Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:47
  • Yenilənib 14.01.2014 12:17
  • Nəşr edilib 25.09.2012 07:47

Sahibkarların investisiya təminatının gücləndirilməsi

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılmışdır. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Belə ki, sement istehsalının genişləndirilməsi, gəmiqayırma şirkətinin yaradılması, qida məhsullarının emalı, logistika və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı konkret addımlar atılmaqdadır.

Azərbaycan İnvestisiya Şirkətinin birgə əməkdaşlığı ilə aşağıdakılar reallaşdırılır:

  • İnvestisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi;
  • Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi;
  • Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi;
  • Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi;
  • İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması.

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı şirkətin www.aic.az internet səhifəsindən əldə edə bilərsiniz.

← Geriyə