Elanlar

  • Yaradılıb 13.07.2017 08:29
  • Yenilənib 13.07.2017 08:29
  • Nəşr edilib 13.06.2017 11:20

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göygöl rayonu sahibkarlarından prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il iyunun 8-də Göygöl rayonunun Xəqani kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- cins heyvandarlıq, üzümçülük, kartofçuluq və arıçılıq təsərrüfatlarının,
- süd və meyvə emalı müəssisələrinin,
- otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

← Geriyə