Elanlar

  • Yaradılıb 13.07.2017 08:34
  • Yenilənib 13.07.2017 08:34
  • Nəşr edilib 10.07.2017 18:15

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Quba rayonunun Tmiryazev qəsəbəsində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması;
- meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, eləcə də otelin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

 

← Geriyə