İşə qəbul - elanlar

  • Yaradılıb 14.02.2018 12:36
  • Yenilənib 11.05.2018 11:16
  • Nəşr edilib 14.02.2018 12:30

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı daxili müsahibə

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti
  • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
  • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
  • iki ədəd ağ fonlu rəngli fotoşəkil (6x4)
  • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2 fevral 2018-ci il tarixdən
16 fevral 2018-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində aparılacaqdır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilə bilər.

Telefonlar:   493 88 67, 310 28 00

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Daxili nəzarət şöbəsi

dövlət orqanı aparatında şöbə müdiri

 

Vəzifənin kodu: 52874

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 84.

İnzibati vəzifənin təsnifatı: İnzibati (4)

Vəzifə maaşı: 890

Qulluq funksiyaları:

  • şöbənin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, sektorların və əməkdaşların fəaliyyətini əlaqələndirmək, şöbə müdirinin müavini və sektorlar arasında cari iş bölgüsünü aparmaq, Nazirlikdə əmək, icra və xidmət intizamına riayət olunmasına nəzarət edilməsini təşkil etmək;
  • Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin təşkilini və həyata keçirilməsini təmin etmək; 
  • daxili nəzarət məqsədləri üçün Nazirliyin strukturlarında daxili audit yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrinin müəyyən olunmasını təmin etmək;
  • daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasını təşkil etmək;
  • Nazirliyin strukturlarında aparılacaq xidməti yoxlamaların və araşdırmaların planlarının tərtib edilməsini təmin etmək və Nazirliyin əməkdaşları barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının müddəalarının pozulması ilə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla və etik davranış qaydalarına əməl edilməsi ilə bağlı xidməti yoxlamalar və araşdırmalar aparılmasını təşkil etmək;
  • Nazirliyin strukturlarında müvafiq qaydalara uyğun olaraq aparılmış xidməti yoxlamaların və araşdırmaların nəticələrinin rəsmiləşdirilməsini təmin və təşkil etmək;
  • Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət planlarının, eləcə də strateji yol xəritələrinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Nazirliyin normativ hüquqi aktlarının və digər kollegiya qərarlarının, iqtisadiyyat nazirinin və onun səlahiyyət verdiyi müavinlərinin qərar, əmr, sərəncam və göstərişlərinin, digər normativ hüquqi aktlar və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların icrasının Nazirliyin strukturlarında yoxlanılmasını, eləcə də bununla bağlı icra intizamına riayət olunmasına müntəzəm nəzarətin həyata keçirilməsini təşkil etmək, nəticəsi barədə Nazirliyin rəhbərliyinə arayışlar təqdim olunmasını təmin etmək;
  • Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsini təşkil etmək;
  • milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu tədbirlər, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələri üzrə ümumi nəzarətin, metodiki-inzibati və əməli rəhbərliyin təşkilini və həyata keçirilməsini təmin etmək;
  • milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrindəki tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icra edilməsinə cari nəzarəti təşkil və təmin etmək;
  • milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş aidiyyəti tədbirlərin icrası zamanı yaranan problemlərin təhlil edilməsini və vaxtında aradan qaldırılmasına dair təkliflərin verilməsini, icra intizamında risklərin qiymətləndirilməsi və preventiv inzibati tədbirlərin görülməsini təşkil etmək;
  • milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri üzrə icraçı struktur bölmələrlə cari əlaqələndirmə işlərini, eləcə də səmərəliliyin daha da artırılması üçün aidiyyəti dövlət orqanları və koordinasiya qurumu ilə mərkəzləşdirilmiş və əlaqəli əməkdaşlığı təşkil etmək;
  • “Strateji yol xəritələrinin icrasına elektron nəzarət” portalında yerləşdirilmiş məlumatların rüblük monitorinqini, təhlilini və qiymətləndirilməsini təmin və təşkil etmək, nəticələrinin Nazirliyin rəhbərliyinə məruzə olunması, eləcə də həmin məlumatların ümumiləşdirilərək tələb olunan müddət ərzində aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin etmək;
  • Nazirliyə daxil olan məxfi sənədlərin qəbulu, dövriyyəsi və icrasına nəzarəti təşkil etmək;
  • Nazirliyin struktur bölmələrində məxfilik rejiminin təşkili vəziyyətinin yoxlanılmasını təmin və təşkil emək;
  • şöbə üzrə Nazirliyin kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini Nazirliyin rəhbərliyinə təqdim etmək, xidməti sənədlərin və hesabatların layihələrinin hazırlanmasını təşkil etmək;
  • Nazirliyin strukturlarının iş planlarında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında, mahiyyəti üzrə və düzgün həyata keçirilməsinə nəzarəti təşkil etmək, iş planlarının icra vəziyyətinin aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;
  • şöbəyə həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Şöbənin iş planının hazırlanmasını təşkil etmək, tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri imzalamaq, iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək, habelə onlarda müəyyən edilmiş tədbirlərin icrasının nəticələrini Nazirliyin rəhbərləyinə məruzə etmək;
  • daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya sisteminin yaradılmasını təşkil etmək və Nazirlikdə tətbiq olunan daxili nəzarət sisteminin inkişaf etdirilməsi üçün digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsini təmin etmək;
  • şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlamasını təşkil etmək və həmin sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
  • şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərinin görülməsi üçün Nazirliyin rəhbərliyinə təqdimatlar vermək;
  • şöbənin əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması istiqamətində Nazirliyin təmsil olunduğu təlim və tədris kurslarında iştirak edəcək əməkdaşlar barədə Nazirliyin rəhbərliyinə təkliflər vermək;
  • şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasını təşkil etmək;
  • şöbəni təmsil etmək və qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

 

Vəzifənin tutulması şərtləri:                              

  • təhsil : HS 130000 Hüquqşünaslıq , HSM 130000 Hüquqşünaslıq, HS 200000 Beynəlxalq hüquq, HSM 200000 Beynəlxalq hüquq, İİ 000000 İqtisadiyyat və idarəetmə, İİM 000000 İqtisadiyyat və idarəetmə
  • iş stajı : dövlət qulluğu üzrə azı 5 il
  • kompüter bilikləri : MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • xarici dil bilikləri : Rus dili - B1 səviyyəsində

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Daxili nəzarət şöbəsi

dövlət orqanı aparatında şöbə müdirinin müavini

 

Vəzifənin kodu: 52874

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 84.

İnzibati vəzifənin təsnifatı: İnzibati (4)

Vəzifə maaşı: 770

Qulluq funksiyaları:

  • şöbə müdiri tərəfindən verilmiş səlahiyyətlər daxilində sektorların fəaliyyətinə nəzarəti həyata keçirmək və fəaliyyətini əlaqələndirmək, Nazirlikdə əmək, icra və xidmət intizamına riayət olunmasını təmin etmək; 
  • Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin təşkilini və həyata keçirilməsini təmin etmək; 
  • daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasını təmin etmək; 
  • Nazirliyin strukturlarında aparılacaq xidməti yoxlamaların və araşdırmaların planlarının tərtib edilməsini və aparılmasını təmin etmək; 
  • Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsini təmin etmək; 
  • Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
  • Azərbaycan Respublikasının qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və digər göstərişləri ilə verilmiş aidiyyəti tapşırıqların, o cümlədən milli layihələr və strategiyaların, dövlət proqramlarının, inkişaf konsepsiyalarının, tədbirlər və fəaliyyət planlarının, eləcə də strateji yol xəritələrinin, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Nazirliyin normativ hüquqi aktlarının və digər kollegiya qərarlarının, iqtisadiyyat nazirinin və onun səlahiyyət verdiyi müavinlərinin qərar, əmr, sərəncam və göstərişlərinin, digər normativ hüquqi aktlar və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların icrasının Nazirliyin strukturlarında yoxlanılmasını, eləcə də bununla bağlı icra intizamına riayət olunmasına müntəzəm nəzarətin həyata keçirilməsini və nəticəsi barədə şöbə müdirinə arayışlar təqdim olunmasını təmin etmək; 
  • milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində Nazirliyin əsas və digər icraçı olduğu, eləcə də Nazirliyin əlaqələndiricisi olduğu strateji yol xəritələrindəki tədbirlərin tam, vaxtında və mahiyyəti üzrə icra edilməsinə cari nəzarəti təmin etmək;
  • Nazirliyin Kollegiyasında məruzə olunmalı məsələlərin, xidməti sənədlərin və hesabatların layihəsinin hazırlanmasını və şöbə müdirinə məruzə olunmasını təmin etmək;
  • şöbənin iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında, tam və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək; 
  • Nazirlikdə tətbiq olunan daxili nəzarət sisteminin inkişaf etdirilməsi üçün digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsini təmin etmək; 
  • şöbənin fəaliyyət istiqamətləri üzrə qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlamasına nəzarət etmək və həmin sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
  • şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasına nəzarət etmək; 
  • qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

Vəzifənin tutulması şərtləri:

  • təhsil : HS 130000 Hüquqşünaslıq , HSM 130000 Hüquqşünaslıq, HS 200000 Beynəlxalq hüquq, HSM 200000 Beynəlxalq hüquq, İİ 000000 İqtisadiyyat və idarəetmə, İİM 000000 İqtisadiyyat və idarəetmə
  • iş stajı : dövlət qulluğu üzrə azı 5 il
  • kompüter bilikləri : MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • xarici dil bilikləri : Rus dili - B1 səviyyəsində

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Dövlət investisiyaları şöbəsi

dövlət orqanı aparatında şöbə müdirinin müavini

 

Vəzifənin kodu: 119327

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 84.

İnzibati vəzifənin təsnifatı: İnzibati (4)

Vəzifə maaşı: 770

Qulluq funksiyaları:

  • Sifarişçi təşkilatlar tərəfindən təqdim edilmiş investisiya layihələrinin həm ayrı-ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə təhlil olunaraq, onların iqtisadi səmərəliliyini, sosial əhəmiyyətini və digər sahələrlə qarşılıqlı əlaqəsini araşdırmaq və növbəti il və sonrakı 3 il üçün dövlət investisiya layihələri haqqında proqnozlar hazırlanmasını təşkil etmək;
  • iqtisadi sahələr investisiya təlabatının öyrənilməsini, investisiyanın cəlb edilməsini və investisiya qoyuluşu ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərinin (layihələrinin), habelə investorların müraciətlərinə əsasən müvafiq təkliflərin (layihələrin) təhlilinin həyata keçirilməsini təşkil etmək;
  • layihələrin xüsusi maliyyələşmə əsasında (TİT modeli üzrə)  həyata keçirilməsi ilə bağlı təkliflərin təhlil edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təşkil etmək;
  • şöbə müdiri olmadıqda müəyyən edilmiş qaydada onun vəzifələrinin icrasını həyata keçirmək;
  • şöbə müdiri tərəfindən verilmiş tapşırıqları yerinə yetirmək;
  • şöbə müdiri tərəfindən həvalə edilmiş sektorların əməkdaşlarının əmək, icra və xidmət intizamına riayət etməsinə nəzarəti həyata keçirmək;
  • həvalə edilmiş sektorların iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət və icra vəziyyəti barədə məlumatları mütəmadi olaraq şöbə müdirinə təqdim etmək. 

Vəzifənin tutulması şərtləri:

  • təhsil : İİ 000000 İqtisadiyyat və idarəetmə, İİM 000000 İqtisadiyyat və idarəetmə
  • iş stajı : dövlət qulluğu üzrə azı 5 il
  • kompüter bilikləri : MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • xarici dil bilikləri : Rus dili - B1 səviyyəsində, İngilis dili - B1 səviyyəsində

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Ticarət siyasəti sektoru

sektor müdiri

 

Vəzifənin kodu: 52942

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 84.

İnzibati vəzifənin təsnifatı: İnzibati (5)

Vəzifə maaşı: 620

Qulluq funksiyaları:

  • daxili və xarici ticarət sahələrində dövlət siyasətinin və dövlət tənzimlənməsinin hazırlanması və  həyata keçirilməsi ilə əlaqədar təkliflərin verilməsi və ya müvafiq təkliflərin verilməsinin əlaqələndirilməsi; 
  • xarici ticarət fəaliyyətinin, daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə dair təkliflərin hazırlaması və ya müvafiq təkliflərin verilməsinin əlaqələndirilməsi; 
  • daxili və xarici ticarətin dövlət tənzimlənməsi ilə bağlı  qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması, hazırlanmasında iştirak, hazırlanmış müvafiq normativ hüquqi akt layihələrinə dair rəylərin verilməsi; 
  • xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq ticarət təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla ticarət sahəsində əməkdaşlıq, bu sahədə danışıqların aparılması və müqavilə (saziş, kontrakt) layihələrinin hazırlanması ilə bağlı təkliflərin verilməsi, müvafiq layihələrin hazırlanması və ya hazırlanmasında iştirak edilməsi, hazırlanmış müvafiq müqavilə layihələrinə dair rəylərin verilməsi və ya bu prosesin əlaqələndirilməsi; 
  • xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahələrində vəziyyətin araşdırılmasının və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflər verilməsinin əlaqələndirilməsi; 
  • xarici ticarətdə ölkənin rəqabət qabiliyyətinin artırılması, ixrac potensialının inkişaf etdirilməsi, yerli malların xarici bazarlara çıxarılması üçün əlverişli şərait yaradılması, ixracatçıların maraqlarının müdafiə olunması tədbirlərinin hazırlanması və həyata keçirilməsinə dair təkliflərin verilməsi işinin əlaqələndirilməsi; 
  • ixrac nəzarəti sahəsində dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi ilə bağlı təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması işinin əlaqələndirilməsi; 
  • xarici ticarət fəaliyyəti iştirakçılarının iqtisadi informasiya ilə təmin edilməsi üçün tədbirlər görülməsinin və xarici ticarət fəaliyyəti məsələləri üzrə informasiya sistemlərinin yaradılması ilə bağlı təkliflərin verilməsinin əlaqələndirilməsi; 
  • ölkənin daxili bazarının qorunmasına dair təhlillərin aparılması və müvafiq təkliflərin hazırlamasının əlaqələndirilməsi; 
  • daxili və xarici ticarət ilə bağlı dövri arayışların hazırlanmasının əlaqələndirilməsi; 
  • rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda, işçi qruplarda və digər müvafiq tədbirlərdə Nazirliyin təmsil edilməsi; 
  • sektora rəhbərliyin həyata keçirilməsi; 
  • sektorun iş planlarının hazırlanması, sektorun fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi, sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünün təşkil edilməsi, sektorun əməkdaşları barəsində təqdimatların hazırlanması.

Vəzifənin tutulması şərtləri:

  • təhsil : İİ 000000 İqtisadiyyat və idarəetmə, İİM 000000 İqtisadiyyat və idarəetmə
  • iş stajı : ixtisası üzrə azı 4 il
  • kompüter bilikləri : MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • xarici dil bilikləri : Rus dili - C1 səviyyəsində, İngilis dili - C1 səviyyəsində

 

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Avropa İttifaqı ilə əməkdaşlıq sektoru

aparıcı məsləhətçi

 

Vəzifənin kodu: 119928

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli 84.

İnzibati vəzifənin təsnifatı: İnzibati (5)

Vəzifə maaşı: 520

Qulluq funksiyaları:

  • Avropaya inteqrasiya və Avropa İttifaqı ilə əməkdaşlığın əlaqələndirilməsi üzrə təkliflərin hazırlanması;
  • Azərbaycan Respublikasının Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasının əlaqələndirilməsi üçün tədbirlərin görülməsi;
  • Azərbaycan Hökumətinin Avropa İttifaqı ilə texniki əməkdaşlıq sahəsində fəaliyyətinin əlaqələndirməsində iştirak etmək və müvafiq təkliflər vermək;
  • Avropa İttifaqı ilə texniki və maliyyə əməkdaşlıq sahəsində  Saziş layihələrini təhlil etmək, onlara müvafiq rəy və təkliflər hazırlamaq və imzalanmasına yardım etmək;
  • Ölkənin və dövlət orqanlarının texniki yardıma olan ehtiyaclarını  araşdırmaq;
  • Layihələrin cari icrasının monitorinqini aparmaq;
  • Texniki yardımların alınması ilə bağlı nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavabların hazırlanması;
  • Ölkədə və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların,  seminarların və digər tədbirlərin işində iştirak etmək;
  • Aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək.

Vəzifənin tutulması şərtləri:

  • təhsil : İİ 000000 İqtisadiyyat və idarəetmə, İİM 000000 İqtisadiyyat və idarəetmə, HS 130000 Hüquqşünaslıq , HSM 130000 Hüquqşünaslıq, HS 200000 Beynəlxalq hüquq, HSM 200000 Beynəlxalq hüquq, HS 160000 Beynəlxalq münasibətlər, HSM 160000 Beynəlxalq münasibətlər, HS 090000 Politologiya, HSM 090000 Politologiya, HS 120000 Regionşünaslıq, HSM 120000 Regionşünaslıq
  • iş stajı : iş stajı tələb olunmur
  • kompüter bilikləri : MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
  • xarici dil bilikləri : İngilis dili - C1 səviyyəsində

 

 

← Geriyə