Sərəncamlar regionlar

  • Yaradılıb 16.01.2014 11:07
  • Yenilənib 16.01.2014 11:07
  • Nəşr edilib 16.01.2014 11:07

gerbaz

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılsın.


2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2013-cü il.

← Geriyə