Xəbərlər

  • Yaradılıb 02.03.2018 16:58
  • Yenilənib 02.03.2018 16:58
  • Nəşr edilib 02.03.2018 16:55

İxracatçılara dəstək məqsədilə videokonfrans keçirilib

 

Azərbaycanda ixracatçılara dəstək və onların maarifləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında videokonfrans keçirilib.

İqtisadiyyat Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə keçirilən videokonfransda kənd təsərrüfatı, qida, konservləşdirilmiş məhsullar, şərabçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları videokonfrans vasitəsilə azərbaycanlı iş adamlarının suallarını cavablandırıb, ixracatçı şirkətlərə hüquqi və texniki məsələlərlə bağlı ətraflı məlumat veriblər.

Videokonfrans zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

← Geriyə