Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 08:00
  • Yenilənib 14.01.2014 13:33
  • Nəşr edilib 25.09.2012 08:00

Kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi
meyarları

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli qərarı ilə iqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri yeni redaksiyada təsdiq edilmişdir.
Kiçik sahibkarlıq subyektlərinin müəyyən olunması metodikasının hazırlanmasında inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanmış, beynəlxalq qurumların tövsiyələri nəzərə alınmışdır.
Qərara əsasən, sənaye və tikintidə işçilərin sayı 50 nəfərdən az və illik dövriyyəsi 500 min manatadək, kənd təsərrüfatında işçilərin sayı 25 nəfərdən az və illik dövriyyəsi 250 min manatadək, topdansatış ticarətdə işçilərin sayı 15 nəfərdən az və illik dövriyyəsi 1 milyon manatadək, pərakəndə satış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növlərində işçilərin sayı 10 nəfərdən az və illik dövriyyəsi 250 min manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektləri hesab olunurlar.
 
 
İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin
müəyyənləşdirilməsi meyarlarının hədləri 
 

Sahibkarlıq kateqoriyası

İşçilərin orta siyahı sayı (nəfər)

İllik dövriyyə

(ƏDV, aksiz daxil olmadan)

Sənaye və tikinti

< 50

≤ 500 min manat

Kənd təsərrüfatı

< 25

≤ 250 min manat

Topdansatış ticarət

< 15

≤ 1 mln. manat

Pərakəndəsatış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi fəaliyyət növləri

< 10

≤ 250 min manat

 
 
Sahibkarlıq subyektinin kiçik sahibkarlıq sektoruna aid edilməsi üçün hər iki göstərici bu sektor üçün müəyyənləşdirilmiş hədlər daxilində olmalıdır. Bununla yanaşı, yeni fəaliyyətə başlayan sahibkarlıq subyektləri üçün 1 il müddətində bu hədlərlə müəyyən edilmiş işçilərin sayı, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin kiçik sahibkar kimi müəyyənləşdirilməsində isə illik dövriyyə əsas götürülür.
Yeni meyarların müəyyənləşdirilməsi sahibkarlığa dövlət dəstəyinin göstərilməsində ünvanlılığın təmin edilməsi, ölkədə dolğun statistik-iqtisadi təhlillərin aparılması baxımından əhəmiyyətlidir.

← Geriyə