Xəbərlər

  • Yaradılıb 26.02.2018 11:19
  • Yenilənib 26.02.2018 16:45
  • Nəşr edilib 26.02.2018 16:05

“Kiçik sahibkarlığa dəstək” sərgi-satış yarmarkası keçiriləcək

 

Sabah saat 10:00-dan 20.00-dək Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə kiçik sahibkarların məhsul və xidmətlərinin sərgi-satış yarmarkası keçiriləcək.
Yarmarkada kiçik sahibkarların əl işləri (suvenirlər, oyuncaqlar, ağacdan oymalar), bal məhsulları, müxtəlif növ qablaşdırma məhsulları və s. nümayiş olunacaq və satışı həyata keçiriləcəkdir.
Arzu edənlər iştirak edə bilərlər.

← Geriyə