Korporativ idarəetmə

  • Yaradılıb 25.09.2012 06:30
  • Yenilənib 25.01.2013 13:01
  • Nəşr edilib 25.09.2012 06:30

Təsərrüfat cəmiyyətlərində korporativ idarəetmənin qiymətləndirilməsi üzrə
BÜLLETEN

 

Təsərrüfat cəmiyyəti haqqında qısa məlumat: _________________________________________
(təsərrüfat cəmiyyətinin adı, təşkilati-hüquqi forması və hüquqi ünvanı)

1. Korporativ idarəetmə üzrə ümumi öhdəliklər
1.1 Təsərrüfat cəmiyyəti Standartlara riayət etmək üzrə öhdəlik götürübmü və onun səhmdarları (payçıları) bu barədə məlumatlıdırlarmı?
Hə______ Qismən______ Yox______
1.2 Təsərrüfat cəmiyyətinin Standartlara uyğun hazırlanıb tətbiq edilən korporativ idarəetmə qaydaları varmı?
Hə______ Qismən______ Yox______
1.3 Təsərrüfat cəmiyyətinin korporativ idarəetmə qaydaları onun bütün səhmdarlarının (payçılarının) və digər maraqlı tərəflərin tanış olması üçün cəmiyyətin internet səhifəsində yerləşdirilibmi?
Hə______ Qismən______ Yox______
1.4 Təsərrüfat cəmiyyətində korporativ idarəetmə qaydalarına riayət olunmasına müntəzəm olaraq nəzarət edən vəzifəli şəxs və ya struktur bölmə müəyyən edilmişdirmi?
Hə______ Qismən______ Yox______
1.5. Korporativ idarəetmə qaydalarına riayət olunmasına nəzarət edən vəzifəli şəxs (struktur bölmə) tərəfindən Müşahidə Şurasına hesabat verilirmi?
Hə______ Qismən______ Yox______
2. Ümumi Yığıncaq
2.1 Qanunvericiliklə Ümumi Yığıncağın səlahiyyətlərinə aid edilmiş səlahiyyətlərdən əlavə digər səlahiyyətlər təsərrüfat cəmiyyətinin nizamnaməsində əks olunubmu?
Hə______ Qismən______ Yox______
2.2 Təsərrüfat cəmiyyətinin "Səhmdarların (iştirakçılarının, payçılarının) Ümumi Yığıncağı haqqında Əsasnamə"si varmı?
Hə______ Qismən______ Yox______
2.3 Ümumi Yığıncaqlara hazırlığın qanunvericiliyin tələblərinə və səhmdarların (payçıların) mənafelərinə uyğun şəkildə aparılması məqsədilə Standartların I fəslinin 2.2-ci bəndinin müddəalarına tam şəkildə riayət olunurmu?
Hə______ Qismən______ Yox______
2.4 Ümumi Yığıncaqda müzakirə ediləcək məsələlər gündəlikdə açıq-aydın, təfsilatı ilə qeyd edilibmi?
Hə______ Qismən______ Yox______
2.5 Təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında ən azı 5 (beş) faiz səsli səhmlərə (və ya paya) malik olan səhmdarlara (payçılara) Ümumi Yığıncağın gündəliyinə əlavə məsələləri daxil etmək imkanı yaradılırmı?
Hə______ Qismən______ Yox______
2.6 Təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında 5 (beş) faizdən az səsli səhmlərə (və ya paya) malik olan səhmdarlara (payçılara) Ümumi Yığıncağın gündəliyinə təkliflərinin verilməsi imkanı yaradılırmı?
Hə______ Qismən______ Yox______
2.7 Ümumi Yığıncağın keçirilməsi vaxtı qeyri-iş günlərinə təsadüf edirmi?
Hə______ Qismən______ Yox______
2.8 Protokolun surəti səhmdarların (payçıların) müvafiq yazılı tələbi daxil olduqdan 5 (beş) iş günü ərzində onlara təqdim olunurmu?
Hə______ Qismən______ Yox______
3. Səhmdarların hüquqları
3.1 Təsərrüfat cəmiyyətinin divident siyasəti mövcuddurmu və cəmiyyət bu siyasətə sadiq qalırmı?
Hə______ Qismən______ Yox______
3.2 Səhmdara (payçıya) Ümumi Yığıncaqda müzakirə ediləcək məsələlər barədə ətraflı məlumatla tanış olmaq imkanı yaradılırmı?
Hə______ Qismən______ Yox______
3.3 İmtiyazlı səhmlərin (payların) sahibləri təsərrüfat cəmiyyətinin yenidən təşkili və ya ləğvi, habelə onların hüquqlarının məhdudlaşdırılması ilə bağlı nizamnaməyə əlavə və dəyişikliklərin edilməsinə dair məsələlər üzrə səs vermək hüququ ilə təmin olunurlarmı?
Hə______ Qismən______ Yox______
3.4 Səhmdarlar (payçılar) təsərrüfat cəmiyyətinin idarəetmə orqanlarına öz şəxsi namizədliklərini irəli sürdükdə, seçki prosesində onların namizədliklərinə hörmət və ədalətlə yanaşılırmı?
Hə______ Qismən______ Yox______
3.5 Səhmdarlara (payçılara) açıqlanan məlumatlarda təsərrüfat cəmiyyətinin illik hesabatları, maliyyə vəziyyəti və bazardakı mövcud durumu, o cümlədən aktivlərinin bazar dəyəri, maddi riskləri və cəmiyyət üçün böyük əhəmiyyətə malik olan digər məsələlər öz əksini tapırmı?
Hə______ Qismən______ Yox______
3.6 Səhmlərin (payların) geri alınmasına dair prosedur qaydalar təsərrüfat cəmiyyətinin nizamnaməsində və ya daxili sənədlərində öz əksini tapıbmı?
Hə______ Qismən______ Yox______
3.7 Təsərrüfat cəmiyyəti tərəfindən buraxılan (artırılan) əlavə səhmlərin (payların) səhmdarlar (payçılar) üçün satış qiyməti üçüncü şəxslərə təklif olunan satış qiymətindən aşağıdırmı?
Hə______ Qismən______ Yox______
3.8 Təsərrüfat cəmiyyətinin azı 10% səhmlərinin (paylarının) sahiblərinin təsərrüfat cəmiyyətinin fəaliyyətinin kənar auditor tərəfindən yoxlanılması tələbi təmin olunurmu?
Hə______ Qismən______ Yox______

4. Müşahidə Şurası
4.1 Təsərrüfat cəmiyyətinin Müşahidə Şurası yaradılıbmı?
Hə______ Qismən______ Yox______
4.2 Müşahidə Şurasının səlahiyyətləri dəqiq müəyyənləşdirilmişdirmi?
Hə______ Qismən______ Yox______
4.3 Müşahidə Şurası təsərrüfat cəmiyyətinin inkişaf strategiyasını müəyyən edibmi?
Hə______ Qismən______ Yox______
4.4 Təsərrüfat cəmiyyətində Müşahidə Şurasının fəaliyyətinin qiymətləndirilməsi və adekvat mükafatlandırılması sistemi mövcuddurmu?
Hə______ Qismən______ Yox______
4.5 Müşahidə Şurasında kifayət sayda müstəqil üzvlər mövcuddurmu?
Hə______ Qismən______ Yox______
4.6 Müşahidə Şurasının üzvləri öz fidusiar vəzifələrinin öhdəsindən layiqincə gəlirlərmi?
Hə______ Qismən______ Yox______
4.7 Müşahidə Şurası üzvlərinin davranış qaydaları təsdiq edilmişdirmi?
Hə______ Qismən______ Yox______
4.8 Müşahidə Şurasının komitələri yaradılıbmı?
Hə______ Qismən______ Yox______
4.9 Təsərrüfat cəmiyyətində Audit Komitəsi yaradılıbmı?
Hə______ Qismən______ Yox______
4.10 Mənafelər toqquşması zamanı Müşahidə Şurasının üzvü öz üzərinə düşən vəzifələri yerinə yetirirmi?
Hə______ Qismən______ Yox______

5. İcra orqanı
5.1 Təsərrüfat cəmiyyətinin kollegial icra orqanı mövcuddurmu?
Hə______ Qismən______ Yox______
5.2 İcra orqanının səlahiyyətləri dəqiq müəyyənləşdirilmişdirmi?
Hə______ Qismən______ Yox______
5.3 Mənafelər toqquşması zamanı icra orqanının üzvü öz üzərinə düşən vəzifələri yerinə yetirirmi?
Hə______ Qismən______ Yox______
5.4 Təsərrüfat cəmiyyətində icra orqanının fəaliyyətinin qiymətləndirilməsi və adekvat mükafatlandırılması sistemi təsdiq edilmişdirmi?
Hə______ Qismən______ Yox______
5.5 Təsərrüfat cəmiyyətində icra orqanı üzvlərinin davranış qaydaları təsdiq edilmişdirmi?
Hə______ Qismən______ Yox______

6. Maliyyə hesabatlılığı, şəffaflıq və məlumatların açıqlanması
6.1 Təsərrüfat cəmiyyətinin mühasibat uçotu sistemi Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarına uyğundurmu?
Hə______ Qismən______ Yox______
6.2 Təsərrüfat cəmiyyətində kənar auditorun seçilməsini tənzimləyən daxili sənəd qəbul olunubmu?
Hə______ Qismən______ Yox______
6.3 Təsərrüfat cəmiyyəti qanunvericiliyin, Beynəlxalq Maliyyə Hesabatlarının Standartlarının (BMHS) və qabaqcıl beynəlxalq təcrübənin tələblərinə uyğun olaraq açıqlanmalı olan məlumatı əks etdirən illik hesabatlar hazırlayıb açıqlayırmı?
Hə______ Qismən______ Yox______
6.4 Təsərrüfat cəmiyyəti illik hesabatların yoxlanılması məqsədilə kənar auditor cəlb edirmi?
Hə______ Qismən______ Yox______
6.5 Məlumatların səhmdarlara (payçılara) və ictimaiyyətə açıqlanmasına dair qaydalar təsdiq edilmişdirmi?
Hə______ Qismən______ Yox______
6.6 Təsərrüfat cəmiyyətində aidiyyəti şəxslərlə əqdlərin bağlanması və müntəzəm olaraq məlumatların açıqlanmasına dair qaydalar təsdiq edilmişdirmi?
Hə______ Qismən______ Yox______
7. Daxili nəzarət sistemi, daxili audit funksiyası və risklərin idarə edilməsi
7.1 Təsərrüfat cəmiyyətində daxili nəzarət sistemi, o cümlədən daxili audit xidməti yaradılıbmı?
Hə______ Qismən______ Yox______
7.2 Daxili audit xidməti idarəetmə orqanlarından müstəqil şəkildə fəaliyyət göstərirmi?
Hə______ Qismən______ Yox______
7.3 Təsərrüfat cəmiyyətində risklərin idarə edilməsi sistemi yaradılıbmı?
Hə______ Qismən______ Yox______

8. Korporativ idarəetmə üzrə müşavir
8.1. Təsərrüfat cəmiyyətində korporativ idarəetmə üzrə müşavir (Korporativ Müşavir) mövcuddurmu?
Hə______ Qismən______ Yox______
8.2. Korporativ Müşavir öz funksiyalarını lazımi səviyyədə yerinə yetirirmi?
Hə______ Qismən______ Yox______
8.3. Korporativ Müşavir Səhmdarlara (payçılara), Müşahidə Şurasına və İcra orqanına öz səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı zəruri köməklik göstərirmi?
Hə______ Qismən______ Yox______
8.4. Korporativ Müşavir təsərrüfat cəmiyyəti barədə məlumatların açıqlanmasını və təsərrüfat cəmiyyətinin sənədlərinin saxlanılmasını təmin edirmi?
Hə______ Qismən______ Yox______
8.5. Korporativ Müşavir səhmdarların (payçıların) hüquqlarının pozulması ilə bağlı, habelə təsərrüfat cəmiyyətinin vəzifəli şəxsləri arasında yaranan mübahisələrin həlli üçün vasitəçilik edirmi?
Hə______ Qismən______ Yox______
9. Maraqlı tərəflər
9.1. Təsərrüfat cəmiyyətində qərarların qəbulu zamanı maraqlı tərəflərin mənafeləri nəzərə alınırmı?
Hə______ Qismən______ Yox______
9.2. Təsərrüfat cəmiyyəti maraqlı tərəflərlə müntəzəm olaraq əlaqə saxlayırmı?
Hə______ Qismən______ Yox______
9.3. Təsərrüfat cəmiyyəti fond bazarı vasitəsilə əlavə maliyyələşmə mexanizmi barədə məlumatlıdırmı?
Hə______ Qismən______ Yox______
9.4. Maraqlı tərəflərə təsərrüfat cəmiyyəti barədə məlumatla, o cümlədən onun fəaliyyət planlarına və hesabatları ilə tanış olmaq imkanı yaradılırmı?
Hə______ Qismən______ Yox______

Təsərrüfat cəmiyyətinin korporativ idarəetmə üzrə məsul şəxsi: ___________________
(vəzifəsi, adı, soyadı, atasının adı və əlaqə telefonu)

Tarix: ___________

Bülleteni aşağıdakı ünvana göndərə bilərsiniz
Email: " korporativ@economy.gov.az "
Tel: 493-88-67 (20-64), 493-01-18

← Geriyə