Xəbərlər

  • Yaradılıb 24.05.2018 15:08
  • Yenilənib 24.05.2018 15:09
  • Nəşr edilib 23.05.2018 15:00

Lənkəranda sahibkarlar üçün treninq keçirilib

 

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş treninqdə ixrac sahəsində mövcud qanunvericilik, ixracatçılara tətbiq edilən güzəştlər, ixracın stimullaşdırılması tədbirləri, ixracyönümlü məhsulların istehsalı, marketinq araşdırmalarının aparılması sahəsində beynəlxalq təcrübə və s. barədə iştirakçılara ətraflı  məlumat verilib.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

 

← Geriyə