2013-cü ildə Azərbaycan Respublikasının MDB ölkələri ilə
ticarət əlaqələri
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2013-cü ildə Azərbaycan Respublikasının MDB dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 4.062,88 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.553,24 mln. ABŞ dolları, ixracın həcmi isə 1.509,64 mln. ABŞ dolları təşkil etmişdir.
2013-cü ildə MDB dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 11,71 faiz təşkil etmişdir.
2012-ci il ilə müqayisədə, 2013-cü ildə MDB dövlətləri ilə ticarət dövriyyəsi 11,84 faiz, o cümlədən ixrac 20,58 faiz artmışdır.