Xəbərlər

  • Yaradılıb 24.04.2018 14:29
  • Yenilənib 24.04.2018 14:30
  • Nəşr edilib 24.04.2018 14:25

Mini-futbol turniri davam edir

 

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mini-futbol turniri davam edir.

Turnirin iştirakçısı olan İqtisadiyyat Nazirliyinin komandası turnirin 2-ci və 3-cü turlarında da qələbə qazanıb. Belə ki, qrup mərhələsinin 2-ci turunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə qarşılaşan İqtisadiyyat Nazirliyinin komandası 12-1 hesablı qələbə qazanıb, 3-cü turda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandasını 6-4 hesabı ilə məğlub edib.

Hazırda İqtisadiyyat Nazirliyinin komandası A Qrupunda 9 xalla liderdir.

← Geriyə