İşə qəbul - elanlar

  • Yaradılıb 29.04.2014 12:28
  • Yenilənib 29.04.2014 12:28
  • Nəşr edilib 29.04.2014 12:28

Müsabiqə elanı

 

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 23 aprel 2014-cü il tarixdən 22 may 2014-cü il tarixdə saat 18:00-dək, ümumi müsahibədə iştirak etmək istəyənlər isə 23 aprel 2014-cü il tarixdən 12 may 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması Komissiyanın "Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu" elektron xidməti vasitəsilə(müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Əlaqə vasitələri: E-poçt: exidmet@csc.gov.az , Telefon:(012) 465-87-93 (#202,#203,#470,#124, #127, #128),(012) 465-34-71(qaynar xətt).

 

← Geriyə