İşə qəbul - elanlar

  • Yaradılıb 05.05.2014 12:21
  • Yenilənib 05.05.2014 12:21
  • Nəşr edilib 05.05.2014 12:21

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti(bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 01 may 2014-cü il tarixdən
15 may 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)


1. Struktur bölmə: Sənaye şöbəsi, Sənaye siyasəti sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030415
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sektorun fəaliyyətini əsasnaməni rəhbər tutaraq təşkil etmək, işin icrasına nəzarəti həyata keçirmək, iş planlarının tərtib edilməsini təmin etmək, sektor daxilində iş intizamını yüksək səviyyədə saxlamaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların mütəxəssis kimi təkmilləşmələri üçün səlahiyyətləri daxilində tədbirlər görmək;
• ölkə sənayesinin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təklifləri hazırlayıb təqdim etmək;
• ölkə iqtisadiyyatında, o cümlədən sənayesində struktur siyasətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə dair təklifləri hazırlayıb təqdim etmək;
• Sənayenin inkişafı istiqamətində müvafiq normativ-hüquqi aktların, strategiya və proqramların hazırlanmasında iştirak etmək;
• sənayenin inkişafı istiqamətində müvafiq normativ-hüquqi aktların, strategiya və proqramların hazırlanmasında iştirak etmək;
• sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;
• sənaye sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasını və genişləndirilməsini təşkil etmək;
• ölkənin sənaye məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsini genişləndirmək məqsədi ilə müvafiq tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təşkil etmək;
• yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin stimullaşdırılması və dəstəklənməsi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;
• sənaye sahələri üzrə innovasiya fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təklifləri hazırlayıb təqdim etmək;
• sənaye sahəsində dövlət siyasətinin hazırlanması və sənayedə innovasiya və elmi-texniki siyasətin formalaşdırılması ilə bağlı təklifləri hazırlayıb təqdim etmək və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti və hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 4 il;
kompüter: MS Windows, MS Office, İnternet və s. ( yüksək səviyyədə);
xarici dil: rus dili ( orta səviyyədə), ingilis dili ( orta səviyyədə)

 

2. Struktur bölmə: Regionların inkişafı və dövlət proqramları şöbəsi, Regionlarla iş sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030168
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 20
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin əlaqələndirilməsinin həyata keçirilməsi;
• müvafiq region üzrə investisiya qoyuluşu imkanları haqqında məlumat bankının yaradılması və investorların stimullaşdırılması ilə bağlı təkliflərin verilməsi;
• regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar hesabatların təhlil edilməsi və təkliflərin verilməsi;
• dövlətin regional siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi zamanı təkliflərin verilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS Offise proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti (yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

3. Struktur bölmə: Regionların inkişafı və dövlət proqramları şöbəsi, Dövlət proqramlarının monitorinqi və icrasına nəzarət sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030388
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 20
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• dövlət proqramlarının, o cümlədən iqtisadiyyatın inkişafını təmin edən sahəvi dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi;
• İqtisadiyyat və Sənaye Nazirliyinin əlaqələndiricisi olduğu dövlət proqramlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
• keçirilmiş monitorinqlər nəticəsində müəyyən olunmuş nöqsanların araşdırılması və onların aradan qaldırılması sahəsində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması;
• dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin görülməsi;
• dövlət proqramlarının monitorinqi ilə əlaqədar müvafiq məlumat bazasının formalaşdırılması və mütəmadi olaraq yeniləşdirilməsi;
• monitorinqlərin nəticələrinin təhlili, qiymətləndirilməsi və hesabatların hazırlanması ilə bağlı müvafiq işlərin görülməsi;
• dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məsələləri ilə bağlı daxil olmuş məktublara baxılması, hesabatların təqdim olunması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS Offise proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti (yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

4. Struktur bölmə: Sahibkarlığa Kömək Milli Fondu, Maliyyə və təminat şöbəsi, Mühasibatlıq və təminat sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030252
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi 172
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• Fondun maliyyə resurslarının hərəkətinin sənədləşdirilməsi;
• cari maliyyə ili üçün təsdiq olunmuş xərc smetalarının icrasının həyata keçirilməsi;
• növbəti maliyyə ili üçün Fondun cari xərclərinin proqnozlaşdırılması;
• Fondun qanunvericilikdə nəzərdə tutulmuş maliyyə və statistik hesabatlarının hazırlanması və aidyyəti üzrə təqdim edilməsi;
• sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarından daxil olan sifarişlər əsasında onlara ayrılmış vəsaitin köçürülməsi üçün müvafiq işlərin görülməsi;
• müvəkkil kredit təşkilatları tərəfindən qaytarılmış kredit, faiz və digər daxilolmaların uçotunun aparılması;
• təqdim olunan ilkin maliyyə və mühasibat sənədlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunun araşdırılmasının təmin edilməsi;
• bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə zəruri işlərin görülməsi;
• işçilərə əmək haqqının, ezamiyyət xərclərinin və müavinətlərin hesablanması və ödənilməsinin həyata keçirilməsi;
• müxtəlif debitor və kreditorlarla hesablaşmaların vaxtında ödənilməsinin və uçotunun aparılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

← Geriyə