İşə qəbul - elanlar

  • Yaradılıb 05.09.2013 05:51
  • Yenilənib 08.12.2017 15:28
  • Nəşr edilib 05.09.2013 05:51

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadi İnkişaf Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 04 sentyabr 2013-cü il tarixdən
19 sentyabr 2013-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)

 

1. Struktur bölmə: Maliyyə və təminat şöbəsi, Maliyyə sektoru
Vakant vəzifə: böyük məsləhətçi
Vəzifənin kodu: 1030392
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Əsaslı vəsait qoyuluşu ilə bağlı vəsaitin büdcə layihəsinin tərtibatı, tərtibatı, maliyyələşməsi təəyinatı üzrə xərclənməsi;
• Nazirliyin saxlanma xərclərinin proqnoz layihələrinin, investisiya xərcləri üzrə statistik hesabatların hazırlanması;
• mühasibat uçotunun aparılması üzrə proqram təminatının təmin edilməsi;
• Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların dövri maliyyə hesabatlarının (xərclər smetasının icrası, balans və s.) alınması, təhlil edilməsi və ümumiləşdirilməsi;
• Bank ödəniş tapşırıqlarının, öhdəlik, mal alışı və sifariş sənədlərinin təsdiqedici sənədlər əsasında hazırlanması və müvafiq xəzinə orqanına təqdim edilməsi;
• Müvafiq mühasibat müxabirləşmələrinin yazılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 1 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə)

 

2. Struktur bölmə: Daxili nəzarət şöbəsi, Daxili audit və monitorinq sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030079
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərin təşkilində və həyata keçirilməsində iştirak;
• məlumat, nəzarət və icra üçün daxil olmuş sənədlərin qəbul edərək onlarla tanış olunması, icra xarakterli sənədlərin müəyyən edilmiş müddətlərdə və qaydada icrasının təmin edilməsi;
• əmr və digər təşkilati-sərəncam xarakterli sənədlərin layihələrinin hazırlanmasının təmin edilməsi, əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı xidməti yoxlamalar aparılması, Nazirliyin strukturlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı xidməti yoxlamalar aparılması;
• Nazirliyin əməkdaşları barədə, o cümlədən xidməti yoxlamaların nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının müddəalarının pozulması ilə əlaqədar xidməti yoxlamalar aparılması;
• Nazirliyin strukturlarının fəaliyyəti yoxlanılarkən aşkar edilmiş nöqsan və qanun pozuntularına yol verilməsinin səbəblərinin müəyyənləşdirilməsi, onların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər təqdim edilməsi;
• Nazirliyin strukturlarında aparılan xidməti yoxlamalar zamanı vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların hərəkətlərinin normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə uyğunluğunu yerində araşdırılması;
• Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, İqtisadi İnkişaf Nazirliyinin əmr, sərəncam, Kollegiya qərarları və digər göstərişləri ilə verilmiş tapşırıqların, habelə digər dövlət orqanlarının sorğularının icra vəziyyətini Nazirliyin strukturlarında yoxlayaraq, nəticələrinin rəsmiləşdirilməsi;
• Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsi;
• Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsi;
• icraatına daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə)

 

 

← Geriyə