İşə qəbul - elanlar

  • Yaradılıb 13.02.2014 08:14
  • Yenilənib 13.02.2014 08:15
  • Nəşr edilib 13.02.2014 08:14

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 10 fevral 2014-cü il tarixdən
24 fevral 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)

 

1. Tabe təşkilat: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Struktur bölmə: Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Əmtəə bazarında antiinhisar qanunvericiliyinə nəzarət sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030270
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• sektorun işinin təşkil edilməsi; sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planına dair təkliflərin verilməsi;
• Xidmətin iş planına və öz təşəbbüsünə əsasən araşdırma aparılması nəzərdə tutulan əmtəə və xidmət bazarlarında monitorinqlər aparan Komissiyaların işinin təşkil edilməsi, Antiinhisar qanunverıciliyinin pozulması haqqında işlərə baxan Komissiyanın tərkibində iştirak;
• əmtəə bazarlarında istehsal və xidmətlərin həcmi, idxal-ixrac əməliyyatlarına dair və qanunvericiliyə uyğun olaraq digər mənbələrdən əldə olunan məlumatlar əsasında rəqabətin vəziyyətinin araşdırılması, təhlil edilməsi, təkliflərin hazırlanması və təsərrüfat subyektlərinin hökmran mövqeyinin müəyyən edilməsi;
• əmtəə və xidmət bazarlarında istehlakçıların hüquqlarının, rəqabətin və qanuni maraqlarının dövlət tərəfindən qorunmasının təmin edilməsi, daxil olmuş qanunvericilik layıhələrinə dair rəylərin hazırlanması;
• mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.

Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, əmtəəşünaslıq, hüquqşünaslıq və beynəlxalq hüquq, beynəlxalq münasibətlər ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

 

2. Tabe təşkilat: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Struktur bölmə: Rəqabətin qorunması və reklam qanunvericiliyinə nəzarət şöbəsi, Maliyyə xidmətləri bazarında antiinhisar qanunvericiliyinə nəzarət sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030275
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• sektorun işinin təşkil edilməsi;
• sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planına dair təkliflərin verilməsi;
• Xidmətin iş planına və öz təşəbbüsünə əsasən araşdırma aparılması nəzərdə tutulan əmtəə və xidmət bazarlarında monitorinqlər aparan komissiyaların və antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın tərkibində iştirak;
• maliyyə-sənaye qruplarının dövlət qeydiyyatından keçməsinə, yaradılması haqqında müqavilə şərtlərində və qrup iştirakçılarının tərkibində edilən dəyişikliklərə antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğu barədə rəylərin hazırlanması;
• maliyyə xidmətləri göstərilməsi ilə məşğul olan hüquqi və fiziki şəxslər (təsərrüfat subyektləri), dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, rəqabətin məhdudlaşdırılmasına, yaxud aradan qaldırılmasına, təsərrüfat subyektlərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxaran hərəkətlərin qarşısının alınması üçün tədbirlərın hazırlanması və həyata keçirilməsi;
• mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.

Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, əmtəəşünaslıq, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).


3. Tabe təşkilat: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti
Struktur bölmə: Monitorinq və analitik təhlil şöbəsi, Analitik təhlil sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030314
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• sektorun işinin, sektorun işçilərinin fəaliyyətinin və əlaqəli işinin təşkil edilməsi;
• sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanmasına dair təkliflərin verilməsi;
• Dövlət Xidmətinin şöbə və bölmələri tərəfindən təqdim olumuş yoxlama və monitorinqlərin nəticələri barədə hesabatların toplanılmasının, ümumiləşdirilməsinin, təhlilinin və rəhbərliyə təqdim etmək üçün ümumi hesabatların hazırlanmasının təmin edilməsi;
• Dövlət Xidmətinin işinin təkmilləşdirilməsi ilə bağlı aparılmış təhlillərin nəticələri barədə rəhbərliyə təqdim edilməsi üçün təkliflərin verilməsi;
• daxili bazarın formalaşmasına xüsusilə təsir edən bəzi malların orta bazar qiymətlərinin monitorinqlərinin nəticələrinə dair təhlillərin aparılması və müvafiq təkliflərin verilməsi;
• mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, əmtəəşünaslıq, mexanika, qida məhsullarının texnologiyası, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

 

← Geriyə