İşə qəbul - elanlar

  • Yaradılıb 13.05.2016 11:48
  • Yenilənib 13.05.2016 11:55
  • Nəşr edilib 13.05.2016 11:48

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı müsahibə

ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

  • ərizənin surəti
  • əmək kitabçasının surəti

· ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)

· kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)

  • bir ədəd ağ rəngli foto şəkil

· son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 5 may 2016-cı il tarixdən
19 may 2016-cı il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67

 

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

 

· Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi, Xidmətlərin təşkili sektoru, baş məsləhətçi

İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 20

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 540 manat

Qulluq funksiyaları: • sahibkarlıq subyektləri tərəfindən müraciətçiləri qəbul edərək lisenziya verilməsi üçün tələb olunan sənədlərin tamlığını və onların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq; • hazır olmuş lisenziya sahibkarlıq subyektinə təqdim edilməsi üçün müraciətçinin məlumatlandırılması və dövlət rüsumunun ödənilməsinə dair qəbzi almaqla “İmzalanmış lisenziya blankının təhvil-təslimi kitabı”nda lisenziya növü göstərilməklə qeydiyyatını aparmaq; • lisenziyalaşdırma sahəsinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsində və əməkdaşlığın həyata keçirilməsində iştirak etmək, bu sahədə təkliflər hazırlamaq; • lisenziyalaşdırma və icazələr sistemi ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətləri ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı şöbənin rəhbərliyinə təkliflər vermək; • lisenziya sahəsində vətəndaşlardan, o cümlədən sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılmasını və araşdırılmasını, həmçinin vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin qəbulunun təşkil edilməsini təmin etmək; • vətəndaşlardan, o cümlədən sahibkarlıq subyektlərindən daxil olmuş və sektorda baxılmış müraciətlərə dair mütəmadi olaraq hesabatların hazırlanmasını və aidiyyəti üzrə rəhbərliyə təqdim edilməsini təmin etmək; • Nazirliyin rəsmi informasiya ehtiyatlarında yerləşdirilməsi üçün sahibkarlıq sahəsinə aid normativ hüquqi aktlara edilmiş dəyişikliklər, həmçinin sahibkarları maraqlandıran digər maarifləndirici məlumatların hazırlanmasında iştirak etmək; • fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək; • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və s.

Vəzifənin tutulması şərtləri: təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat və idarəetmə, texniki ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: azı 2 il; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

· İqtisadi və sosial sahələrin inkişafı şöbəsi, Qeyri-neft sahələrinin inkişafı sektoru, sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 84, Hökumət Evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat

Qulluq funksiyaları: müvafiq dövlət orqanları ilə birlikdə iqtisadi, o cümlədən qeyri-neft sahələri üzrə iqtisadi siyasət tədbirlərinin hazırlanmasında iştirak etmək; iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafı ilə bağlı strateji inkişaf planlarının, konsepsiyaların və proqramların hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək və digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə rəy hazırlamaq; iqtisadiyyatın qeyri-neft sahələri üzrə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq, o cümlədən bu tənzimlənmə tədbirlərinin əsaslandığı müvafiq qanun, fərman, qərar və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihələrinə rəy hazırlamaq; iqtisadiyyatda innovasiya və texnoloji inkişaf siyasətinin formalaşmasında iştirak etmək; iqtisadiyyatın qeyri-neft sahələrinin inkişaf meyilləri ilə bağlı araşdırmalar aparmaq, analitik hesabatlar və təkliflər hazırlamaq; iqtisadiyyatın qeyri-neft sahələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, bu sahələr üzrə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində təkliflər hazırlamaq; ölkənin energetika sektoru üzrə strateji inkişaf planlarının, konsepsiyaların və proqramların, eləcə də illik yanacaq-enerji balanslarının hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə rəy hazırlamaq; nazirliyə təqdim edilən məlumatlar əsasında ölkədə enerji daşıyıcıları istehsal edən dövlət müəssisələrinin fəaliyyətini təhlil etmək və həmin müəssisələrin perspektiv inkişafı üzrə təqdim edilmiş layihələrə münasibət bildirmək; ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı strateji inkişaf planlarının, konsepsiyaların və proqramların, eləcə də həmin sahələrdə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının aparılmasında iştirak etmək və digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə rəy hazırlamaq; rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda, işçi qruplarda və digər müvafiq tədbirlərdə nazirliyi təmsil etmək və s., sektorun əməkdaşları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun məlumat bazalarının tərtib olunmasına və mütəmadi yenilənməsinə nəzarət etmək; sektorun iş planlarını hazırlamaq, sektorun fəaliyyətinə ümumi nəzarət etmək, sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya və etmək; peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək, eyni zamanda, sektorun əməkdaşlarının lazımi istiqamətlərdə bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər görmək.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 3 il; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

· Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsi, Ticarətin hüquqi tənzimlənməsi sektoru, sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyli küçəsi 84, Hökumət Evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat

Qulluq funksiyaları: daxili və xarici ticarətin dövlət tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, müvafiq sahələrdə normativ hüquqi akt layihələrinin hazırlanması, hazırlanmasında iştirak, hazırlanmış müvafiq normativ hüquqi akt layihələrinə dair rəylərin verilməsi və ya bu prosesin əlaqələndirilməsi; ticarət sahəsində qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin və onların layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğunluğu baxımından ekspertizasının təşkil edilməsi və ya bu prosesin əlaqələndirilməsi; ixrac nəzarəti qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması; mövcud qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmasına dair təkliflərin hazırlanması və ya belə təkliflərin hazırlanmasının əlaqələndirilməsi; xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq ticarət təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla ticarət sahəsində əməkdaşlığa dair müqavilə (saziş, kontrakt) layihələrinin hazırlanması ilə bağlı təkliflərin verilməsi, müvafiq layihələrin hazırlanması və ya hazırlanmasında iştirak edilməsi, hazırlanmış müvafiq müqavilə layihələrinə dair rəylərin verilməsi və ya bu prosesin əlaqələndirilməsi; sektora rəhbərlik etmək və sektorun fəaliyyətinə ümumi nəzarət etmək, sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünü aparmaq və əməkdaşların fəaliyyətini koordinasiya etmək, sektorun əməkdaşları barəsində təqdimatlar hazırlanması; rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda, işçi qruplarda və digər müvafiq tədbirlərdə Nazirliyi təmsil edilməsi; peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək, eyni zamanda, sektorun əməkdaşlarının lazımi istiqamətlərdə bilik və bacarıqlarının artırılması üçün zəruri tədbirlər görülməsi və.s. və s.

Vəzifənin tutulması şərtləri: təhsil: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: ixtisas üzrə azı 3 il; kompyuter: MS Office və ofis texnikası (yüksək səviyyədə); xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

· Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Avropa İttifaqı ilə əməkdaşlıq sektoru, sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat

Qulluq funksiyaları: Avropaya inteqrasiya və Avropa İttifaqı ilə əməkdaşlığın və bu sahədə dövlətdaxili qurumların fəaliyyətinin əlaqələndirilməsinin təşkil olunması; Azərbaycan Respublikasının Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması tədbirlərinin əlaqələndirilməsi; Azərbaycan Hökumətinin Avropa İttifaqı ilə texniki və maliyyə yardımı üzrə əməkdaşlığı sahəsində proqramlaşdırmanı və əlaqələndirməni təşkil etmək; Avropa İttifaqı ilə texniki və maliyyə əməkdaşlıq sahəsində Saziş layihələrinin nəzərdən keçirilməsi, onlara müvafiq rəy və təkliflər hazırlanması və imzalanması ilə bağlı tədbirlərin həyata keçirilməsi; ölkənin və dövlət orqanlarının yardıma olan ehtiyaclarının araşdırılması və müvafiq layihələrə dair təkliflər verilməsi; texniki və maliyyə sahəsində yardımlar üzrə proqram və layihələrlə əlaqədar əməkdaşlıq ilə bağlı Avropa İttifaqı ilə danışıqlar aparmaq; Avropa İttifaqının yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi; Aİ tərəfindən ölkəyə tətbiq olunan yardımların alınması ilə bağlı nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması; ölkədə və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların, seminarların və digər tədbirlərin işində iştirak edilməsi,aidiyyəti üzrə verilən əlavə tapşırıqların icra edilməsi; sektorun fəaliyyətinin təşkil edilməsi və birbaşa nəzarətin həyata keçirilməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti və hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, politologiya və avropaşünaslıq ixtisasları üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 3 il; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə); xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

· Daxili nəzarət şöbəsi, İnzibati-təşkilati məsələlər üzrə sektor, sektor müdiri

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 84, Hökumət Evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat

  • Qulluq funksiyaları: Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin təşkilinin və həyata keçirilməsinin təmin edilməsi; sektorun fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi, əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, tabeliyində olan əməkdaşlar arasında cari iş bölgüsünün aparılması, əmək, icra və xidmət intizamına riayət olunmasının təmin edilməsi; daxili nəzarət məqsədləri üçün Nazirliyin strukturlarında daxili audit yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrinin müəyyən olunmasını təmin etmək; daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasını təmin etmək; şöbənin əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisaslarının artırılması istiqamətində Nazirliyin təmsil olunduğu təlim və tədris kurslarında iştirak edəcək əməkdaşlar barədə şöbənin rəhbərliyinə təkliflər vermək; Nazirliyin strukturlarında aparılacaq daxili audit yoxlamalarının və monitorinqlərin planlarını tərtib etmək; Nazirliyin Kollegiyasında məruzə olunmalı məsələlərin, xidməti sənədlərin və hesabatların layihəsinin hazırlanmasını təşkil etmək; Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn tapşırıqların, nazirin və onun müavinlərinin əmr, sərəncam və göstərişlərinin, digər normativ aktlar və təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların, habelə digər dövlət orqanlarının sorğularının icrasını Nazirliyin strukturlarında yoxlayaraq, nəticəsi barədə şöbənin rəhbərliyinə arayış təqdim etmək; Nazirliyin strukturlarının əməkdaşları tərəfindən bu məsələlərin icra olunmasına müntəzəm nəzarətin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək; Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarəti həyata keçirmək və s. Nazirliyin strukturlarının iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinə nəzarəti təşkil etmək, nəticəsi barədə müvafiq arayışın tərtib olunmasını təmin etmək; şöbənin iş planının hazırlanmasını təşkil etmək və onlarda nəzərdə tutulmuş tədbirlərin və daxili audit yoxlamalarının (və ya monitorinqlərin) vaxtında həyata keçirilməsinin təşkilini təmin etmək, iş planında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticələri barədə məruzə hazırlayaraq, baxılmaq üçün şöbənin rəhbərliyinə təqdim etmək; daxili nəzarət fəaliyyətini təmin etmək üçün elektron informasiya sistemini yaradılmasında iştirak etmək; nazirlikdə tətbiq olunan daxili nəzarət sisteminin inkişaf etdirilməsi məqsədi ilə digər dövlətlərin qabaqcıl təcrübəsinin öyrənilməsində iştirak etmək; əmr və digər təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasını təşkil etmək; sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasına cari nəzarəti həyata keçirmək; qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 3 il; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə)

 

· Protokol xidməti sektoru, baş məsləhətçi

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 84

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 540 manat

Qulluq funksiyaları: rəhbərliyin iştirakı ilə Nazirlikdə keçirilən rəsmi qəbulların, görüşlərin keçirilməsində texniki-təşkilati tədbirlərin görülməsi; rəhbərliyin iştirakı ilə Nazirlikdə keçirilən rəsmi qəbulların, görüşlərin protokollaşdırılması; Nazirliyin rəhbərliyinin iştirakı nəzərdə tutulmuş tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsi; Nazirliyin rəhbərliyinin adına daxil olmuş təbrik məktublarının uçotunun aparılması və onların adından təbrik məktublarının layihələrinin hazırlanması; Nazirliyin rəhbərliyinin adına xarici dildə daxil olmuş müşayiətedici məktubların, dəvətnamələrin və digər sənədlərin tərcüməsinin təmin edilməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: ümumi iqtisadiyyat, sosiologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər, beynəlxalq hüquq ixtisas istiqamətləri, filologiya (dillər üzrə), sinxron tərcümə (dillər üzrə), tərcümə (dillər üzrə) ixtisasları üzrə ali təhsil; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə); xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

· Gəncə-Qazax regional bölməsi (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri), baş məsləhətçi

İş yerinin ünvanı: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, 2-ci mərtəbə

İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat

Vəzifə maaşı: 310 manat

Qulluq funksiyaları: müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak edilməsi; müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak edilməsi; müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak edilməsi; bölmənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak edilməsi; səlahiyyətləri daxilində bölməyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil; kompyuter: MS Windows, MS Office, İnternet və s. (orta səviyyədə);

 

← Geriyə