İşə qəbul - elanlar

  • Yaradılıb 14.10.2013 06:03
  • Yenilənib 08.12.2017 16:18
  • Nəşr edilib 14.10.2013 06:03

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadi İnkişaf Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 oktyabr 2013-cü il tarixdən
26 oktyabr 2013-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)

 

1. Struktur bölmə: İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Sahələrarası əlaqələr və icmal sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030018
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• iqtisadiyyatın inkişaf dinamikasının təhlilində və onun icmalının hazırlanmasında iştirak;
• neft sektorunun inkişafı istiqamətində dövlətin iqtisadi siyasətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
• dünya bazarında neft sektorunun mövcud vəziyyəti və baş verən meyillər ilə əlaqədar olaraq arayışların hazırlanması;
• neft sektoru üzrə zəruri göstəricilər bazasının yaradılması;
• iqtisadiyyatın sahələri üzrə məqsədli proqramların, qanun, fərman və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak və digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanması;
• sektora daxil olmuş məktub və digər sənədlərin icrasında iştirak və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

 

2. Struktur bölmə: İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Qeyri-neft sahələrinin inkişafı sektoru
Vakant vəzifə: aparıcı məsləhətçi
Vəzifənin kodu: 1030022
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• qeyri-neft sahələri üzrə müvafiq dövlət tənzimlənməsi tədbirlərinin hazırlanmasında iştirak;
• qeyri-neft sahələrinin mövcud inkişaf meyilləri ilə bağlı məlumat bazasının formalaşdırılması və təhlillərin aparılmasında iştirak;
• qeyri-neft sahələrinin davamlı inkişafı ilə bağlı təkliflərin hazırlanmasında iştirak;
• müvafiq komissiyaların və işçi qrupların işində iştirak;
• sektorun iş planlarının hazırlanmasında iştirak;
• sektora daxil olan məktubların və digər sənədlərin icrasında iştirak və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

3. Struktur bölmə: Mənzil-kommunal siyasəti şöbəsi, Kommunal siyasəti sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030038
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• dövlət büdcəsinin formalaşdırılması üçün kommunal təsərrüfatı sahələri üzrə sosial-iqtisadi inkişaf konsepsiyasının, proqnoz göstəricilərin hazırlanmasında iştirak edilməsi;
• dövlətin iqtisadi və sosial siyasətinə uyğun olaraq kommunal təsərrüfatı sahələrində islahatların aparılmasına dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
• aidiyyəti struktur bölmələri ilə birlikdə kommunal sahələrdə fəaliyyət göstərən iri dövlət vergi ödəyicilərinin gəlir və xərclər smetalarının razılaşdırılmasında və icrasına nəzarətin həyata keçirilməsində iştirak edilməsi;
• kommunal təsərrüfatı sahələrinə aid xidmətlərin tariflərinin və məhsulların qiymətlərinin səviyyəsini təhlil edilməsi, onların müvafiq qaydada tənzimlənməsi barədə təkliflər verilməsi;
• kommunal təsərrüfatı sahələri üzrə normativ və metodiki sənədlərin (normaların) hazırlanmasında iştirak edilməsi;
• kommunal təsərrüfatı sahələrində göstərilən xidmətlərin təhlili əsasında onların təkmilləşdirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı təkliflər hazırlaması;
• kommunal təsərrüfatı sahələrində göstərilən xidmətlərin təhlili əsasında onların təkmilləşdirilməsi və keyfiyyətinin daha da yüksəldilməsi ilə bağlı təkliflər hazırlaması;
• peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak edilməsi;
• rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda nazirliyin təmsil edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, memarlıq və inşaat ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

4. Struktur bölmə: Dövlət investisiyaları şöbəsi, Dövlət investisiya layihələrinin monitorinqi və qiymətləndirilməsi sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030094
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• dövlət investisiya layihələrinin icrası barədə zəruri məlumatların və hesabatların toplanması, təhlil edilməsi, eləcə də dövlət investisiya layihələrinin icrası üçün ayrılmış vəsaitlərin səmərəli və təyinatı üzrə xərclənməsinə nəzarətin həyata keçirilməsi;
• investisiya layihələrinin icrası barədə dəqiq və dürüst məlumatların toplanması, təhlili, faktiki icra mərhələlərinin planlaşdırılan mərhələlərlə müqayisəsi, xərclərə, keyfiyyət tələblərinə, layihə-smeta sənədlərinə və prosedurlara riayət edilməsinin yoxlanması;
• dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən investisiya layihələrinin icra vəziyyətinin yerində öyrənilməsi;
• sifarişçi təşkilatların satınalınmasında iştirak və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, təbiət-texniki ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 3 il
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

5. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq donorlarla əməkdaşlıq sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030129
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Azərbaycan Hökumətinin beynəlxalq təşkilatlarla texniki yardım əməkdaşlığı sahəsində, proqramlaşdırmada iştirak edilməsi və müvafiq təkliflər verilməsi;
• beynəlxalq təşkilatlar və xarici ölkələrlə texniki və maliyyə əməkdaşlıq haqqında Saziş layihələrinin hazırlanması və onların imzalanması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• ölkənin və dövlət orqanlarının texniki yardıma olan ehtiyaclarının araşdırılması və müvafiq layihələrin təşviqinin həyata keçirilməsi; texniki əməkdaşlıq ilə bağlı beynəlxalq təşkilatlarla danışıqlar aparılması;
• texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi, onların ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi;
• Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən yardımların onlara ayrılması üçün tədbirlər görülməsi və ayrılan həmin yardımların əlaqələndirilməsi;
• xarici yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi; ölkədə və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların, seminarların və digər tədbirlərin işində iştirak edilməsi;
• aidiyyəti üzrə verilən əlavə tapşırıqların icra edilməsi; sektorun fəaliyyətinin təşkil edilməsi və birbaşa nəzarətin həyata keçirilməsi və s.

Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, hüquqşünaslıq, beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya ixtisasları üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 4 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

6. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq donorlarla əməkdaşlıq sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030130
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Azərbaycan Respublikası Hökumətinin beynəlxalq təşkilatlarla texniki əməkdaşlıq sahəsində fəaliyyətinin əlaqələndirməsinin təşkil edilməsi;
• xarici ölkələr və beynəlxalq təşkilatlarla texniki və maliyyə əməkdaşlıq sahəsində Saziş layihələrinin nəzərdən keçirilməsi, onlara müvafiq rəy və təkliflər hazırlanması və imzalanması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• ölkənin və dövlət orqanlarının texniki və maliyyə yardımına olan ehtiyaclarının araşdırılması və müvafiq layihələrin təşviqinin həyata keçirilməsi;
• texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi, onların ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi;
• Azərbaycanda və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların, seminarların və digər tədbirlərin işində iştirak edilməsi;
• aidiyyəti üzrə verilən əlavə tapşırıqların icra edilməsi; zəruriyyət olduqda sektor müdirinin vəzifələrini icra edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq, beynəlxalq münasibətlər, politologiya, regionşünaslıq ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 3 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

 

← Geriyə