İşə qəbul - elanlar

  • Yaradılıb 16.03.2015 12:27
  • Yenilənib 16.03.2015 12:56
  • Nəşr edilib 16.03.2015 12:27

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifəsinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 25 fevral 2015-ci il tarixdən
11 mart 2014-cü il tarixdə saat 18:00-dək İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.
Telefonlar: (+99412) 493-88-67

 

1. Struktur bölmə: Daxili nəzarət şöbəsi, Daxili araşdırmalar sektoru
Vakant vəzifə: Sektor müdiri
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sektorun fəaliyyətinə ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi, əməkdaşların fəaliyyətinin əlaqələndirilməsi, tabeliyində olan əməkdaşlar arasında cari iş bölgüsünün aparılması, əmək, icra və xidmət intizamına riayət olunmasının təmin edilməsi;
• Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin təşkilinin və həyata keçirilməsinin təmin edilməsi;
• daxili nəzarət məqsədləri üçün Nazirliyin strukturlarında daxili audit yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrinin müəyyən olunmasında iştirak edilməsi;
• daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasında iştirak edilməsi;
• Nazirliyin strukturlarında müvafiq qaydalara uyğun olaraq xidməti yoxlamaların və araşdırmaların aparılmasının və nəticələrinin rəsmiləşdirilməsinin təmin və təşkil edilməsi;
• Nazirliyin əməkdaşları barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının müddəalarının pozulması ilə əlaqədar xidməti yoxlamalar və araşdırmalar aparılmasının təşkil edilməsi;
• Nazirliyin strukturlarında aparılacaq xidməti yoxlamaların və araşdırmaların planlarının tərtib edilməsinin təşkil edilməsi;
• Nazirliyin strukturlarında aparılan xidməti yoxlamalar və araşdırmalar zamanı vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların hərəkətlərinin normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə uyğunluğunun yerində araşdırılmasının təşkil edilməsi;
• xidməti yoxlamalar və araşdırmalar ilə əlaqədar Nazirliyin əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatlar alınması;
• Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsinin təşkil edilməsi və s.;
Vəzifənin tutulması şərtləri:
Təhsil: hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: ixtisası üzrə azı 3 il
Kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə)

 

2. Struktur bölmə: Sənaye şöbəsi, Emal sənayesi sektoru
Vakant vəzifə: baş məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Emal sənaye müəssisələrinin fəaliyyətinin təhlilinə dair müvafiq arayışlar hazırlanması;
• Emal sənayesi sahəsində mövcud istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin qurulması və s. üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində emal sənayesi sahəsində iri layihələrin dəstəklənməsi və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Emal sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkmilləşdirilməsi və onların infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Sahə üzrə sənaye birlikləri və assosiasiyalarının yaradılmasına dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Zəruriyyət olduqda sektor müdirinin vəzifələrini icra edilməsi;
• Müvafiq komissiyaların və işçi qruplarının işində iştirak edilməsi;
• Sektorun iş planlarının hazırlanmasında iştirak edilməsi;
• Sektora daxil olan məktubları cavablandırmaq və digər sənədlərin icrasında iştirak edilməsi;

Vəzifənin tutulması şərtləri:
Təhsil: ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, texniki, təbiət-texniki istiqamətlər və iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: ixtisası üzrə azı 3 (üç) il
Kompyuter: MS Office və ofis texnikası (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

3. Struktur bölmə: Sənaye şöbəsi, Sənayeyə dəstək layihələri sektoru
Vakant vəzifə: baş məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Dəstək istiqamətlərinin (marketinq, treninq, araşdırma) müəyyənləşdirilməsinə dair təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi məqsədilə layihələrin hazırlanmasında iştirak edilməsi;
• Sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi məqsədilə hazırlanmış layihələrin həyata keçirilməsində iştirak edilməsi;
• Sənayeyə dair elektron informasiya resurslarının yaradılması ilə bağlı layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;
• Dünya ölkələrinin sənayeyə dəstək mexanizmləri üzrə təcrübələrini öyrənmək və müvafiq arayışların hazırlanması;
• Ölkənin sənaye müəssisələrinin rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədilə müvafiq dəstək mexanizmləri üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Zəruriyyət olduqda sektor müdirinin vəzifələrini icra edilməsi;
• Müvafiq komissiyaların və işçi qruplarının işində iştirak edilməsi;
• Sektorun iş planlarının hazırlanmasında iştirak edilməsi;
• Sektora daxil olan məktubları cavablandırmaq və digər sənədlərin icrasında iştirak edilməsi.;
Vəzifənin tutulması şərtləri:
Təhsil: ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, hüquqşünaslıq, beynəlxalq hüquq, texniki, təbiət-texniki istiqamətlər, beynəlxalq münasibətlər və İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: ixtisas üzrə 3 (üç) il
Kompyuter: MS Office və ofis texnikası (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

4. Struktur bölmə: Sənaye şöbəsi, Sənaye parkları və klasterləri sektoru
Vakant vəzifə: böyük məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Sənaye klasterlərinin qurulması ilə bağlı təkliflərin hazırlanmasında və onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edilməsi;
• Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyətinin əlaqələndirilməsində iştirak edilməsi;
• Sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi və sənaye zonalarının (sənaye klasterlərinin) yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak edilməsi;
• Sənaye parkları və sənaye məhəllələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi;
• Müvafiq komissiyaların və işçi qruplarının işində iştirak edilməsi;
• Sektorun iş planlarının hazırlanmasında iştirak edilməsi;
• Sektora daxil olan məktubların və digər sənədlərin icrasında iştirak edilməsi;
Vəzifənin tutulması şərtləri:
Təhsil: ümumi iqtisadiyyat, mühəndis iqtisadiyyatı və idarəetmə, hüquqşünaslıq, beynəlxalq hüquq, texniki istiqamətlər və iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisas istiqamətlləri üzrə ali təhsil
İş stajı: ixtisas üzrə 1 (bir) il
Kompyuter: MS Office və ofis texnikası (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

5. Struktur bölmə: Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi, Hökümətlərarası komissiyalar və ikitərəfli sənədlərlə iş sektoru
Vakant vəzifə: böyük məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• İqtisadiyyat və sənaye nazirinin, nazir müavininin və aparat rəhbərinin həmsədr olduğu Hökumətlərarası Komissiyaların, İşçi Qrupların işinin təşkili və fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi;
• digər Hökumətlərarası Komissiyaların işində aidiyyəti üzrə iştirakın təmin edilməsi;
• Komissiyaların iclas Protokollarında nəzərdə tutulan müddəaların icrasına nəzarət, Nazirliyin həmsədr olduğu Komissiyaların Protokollarının tərcümə olunması və imzaya hazırlanması;
• Komissiyanın iclasları çərçivəsində rəhbərlik üçün çıxış və digər rəsmi məlumatların hazırlanması;
• Komissiyanın Protokol layihəsi ilə bağlı xarici ölkələrin müvafiq orqanları ilə danışıqlar aparılması;
• ikitərəfli sənədlərlə bağlı nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandılması;
• xarici ölkələr tərəfindən təqdim olunan əməkdaşlıq üzrə təkliflərin araşdırılması və əlaqələndirlməsinə nəzarət edilməsi;
• xarici ölkələrlə hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində ehtiyac duyulan yeni sənədlərin (memorandumların, sazişlərin, müqavilələrin və sair) tərtib edilməsi, respublikanın aidiyyəti təşkilatları və qarşı tərəflə razılaşdırılması və imzalanmaya hazırlanması;
• ikitərəfli iqtisadi-ticarət əlaqələrini tənzimləyən sənədlərin icrası və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə ali təhsil
İş stajı: peşə istiqaməti üzrə azı 1 il
Kompyuter: MS Windows, MS Office, Internet, İE proqramları və ofis texnikası (yüksək səviyyədə)
Xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

6. Struktur bölmə: Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsi, Ticarət siyasəti sektoru
Vakant vəzifə: böyük məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq ticarət təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla ticarət sahəsində əməkdaşlıq ilə bağlı danışıqların aparılması və müqavilə (saziş, kontrakt) layihələrinin hazırlanması ilə bağlı təkliflərin hazırlanması;
• daxili ticarət sahəsində dövlət tənzimləməsinin təkmilləşdirilməsi məqsədi ilə bu sahədə mövcud vəziyyətin təhlili və müvafiq təkliflərin hazırlanması;
• xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq ticarət təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsinə dair təkliflərin verilməsi;
• daxili ticarətin və istehlak bazarının inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması;
• beynəlxalq nəqliyyat, malların tranziti, habelə xarici ticarət daşımaları ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında və razılaşdırılmasında iştirak edilməsi və həyata keçirilməsinə dair təkliflərin verilməsi;
• xarici ticarət fəaliyyəti iştirakçılarının iqtisadi informasiya ilə təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi;
• dünya mal və xidmət bazarlarının konyunkturunun təhlil edilməsi və əldə olunan nəticələrə əsasən təkliflərin hazırlanması;
• daxili və xarici ticarət ilə bağlı dövri arayışların hazırlanması;
• peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak edilməsi;
• sektor daxilində müvafiq texniki-təşkilati tapşırıqların yerinə yetirilməsi və s.

Vəzifənin tutulması şərtləri:
Təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
İş stajı: ixtisas üzrə azı 1 il
Kompyuter: MS Office proqramlarından və ofis texnikası (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

7. Struktur bölmə: İnsan resursları şöbəsi, Kadrlarla iş sektoru
Vakant vəzifə: baş məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• işçilərə xidməti vəsiqələrin hazırlanıb verilməsinin təmin edilməsi;
• dövlət qulluqçularının şəxsi işinin aparılması, insan resurslarının idarə edilməsi sahəsində sənədləşmə işinin təşkil edilməsi və həyata keçirilməsi;
• qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və işçilərə məzuniyyət verilməsinin, onların qeydiyyatının aparılmasının, ezamiyyətə göndərilməsinin təmin edilməsi;
• əmək müqavilələrinin hazırlanması;
• kadr əmrlərinin hazırlanması;
• Nazirliyin strukturuna daxil olan qurumların işçilərinin siyahısının ümumiləşdirilməsi və s.;
Vəzifənin tutulması şərtləri:
Təhsil: iqtisadiyyat və idarəetmə və hüquqşünaslıq, beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: ixtisası üzrə azı 2 il
Kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

8. Struktur bölmə: İnsan resursları şöbəsi , İnsan kapitalının inkişafı sektoru
Vakant vəzifə: Sektor müdiri
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Şöbənin Əsasnaməni rəhbər tutaraq sektorun fəaliyyətini təşkil edilməsi, işin icrasına nəzarəti həyata keçirilməsi, sektor daxilində iş intizamının yüksək səviyyədə saxlanması, əməkdaşlar arasında iş bölgüsünü aparılması, onların mütəxəssis kimi təkmilləşmələri üçün səlahiyyətləri daxilində tədbirlər görülməsi;
• insan kapitalının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak edilməsi;
• insan kapitalının inkişafı üzrə strategiya və üsulların ümumdövlət inkişaf strategiya və praktikası ilə uzlaşdırılması;
• insan kapitalının ölçülməsi üzrə dünya praktikasında istifadə olunan metodologiyaları öyrənmək və tətbiq etmək, yeni metodologiyaları işlənməsi;
• aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra edilməsi;
• Dövlət Proqramlarında insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edilməsi;
• xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumatların toplanılması;
• xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclərin işlə təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanması və tədbirlərin həyata keçirilməsi;
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə, hüquqşünaslıq, beynəlxalq hüquq və texniki ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: ixtisası üzrə azı 3 il
Kompyuter: MS Offise proqramları və ofis texnikası (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə) əlavə dil

 

9. Struktur bölmə: Ümumi şöbə, Sənədlərlə iş və arxiv sektoru
Vakant vəzifə: böyük məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasının həyata keçirilməsi;
• daxil olan sənədlərin qeydiyyata alınması;
• sənədləri işlər üzrə formalaşdırılması, saxlanması və onlardan istifadə edilməsinin təmin edilməsi;
• Nazirlikdən xaric olan bütün sənədlərin qeydiyyatının aparılması;
• Nazirlikdən xaric olan sənədlərdə ünvanının düzgün əks olunmasının, göstərilən qoşmaların mövcudluğunun yoxlanılması və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə sənədləri icraçılara qaytarılması;
• Nazirliyin strukturlarından sənədləri müvafiq qaydada arxivə qəbul edilməsi, onların saxlanılmasının, saxlanılma müddəti bitdikdən sonra Mərkəzi Ekspert Komissiyasının Əsasnaməsinə uyğun olaraq dövlət arxivinə verilməsinin, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin müvafiq akt əsasında məhv edilməsinin təmin edilməsi;
• sənəd qovluqlarının düzgün formalaşdırılmasının, sənədlərin tez tapılmasının təmin edilməsinin, işlərin sistemləşdirilməsini, uçotunu, onların saxlanma müddətlərinin müəyyən edilməsinin, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsinin təmin edilməsi;
• qovluqların saxlanılmaq üçün arxivə təhvil verilməsindən əvvəl onlarda sənədlərin hamısının olub-olmadığının, sənədlərin yerləşməsinin düzgünlüyünün və qovluqlarla siyahı arasında məlumatların uyğunluğunun, işə tikilməli sənədlərin qeydə alınıb-alınmadığının yoxlanılması;
• qulluq funksiyası ilə həvalə edilmiş işlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
• Rəhbərliyin göstərişi ilə digər vəzifələrin yerinə yetirilməsi
Vəzifənin tutulması şərtləri:
Təhsil: ali
İş stajı: ixtisası üzrə azı 1 il
Kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
Xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)

 

10. Struktur bölmə: Maliyyə və təminat şöbəsi, Təminat sektoru
Vakant vəzifə: baş məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• şöbənin və sektorun funksiya¬larının həyata keçirilməsi ilə bağlı məktub, əmr və digər sə¬nədlərin hazırlanması; müxtəlif təşkilatlardan sektora daxil olan məktubların icrasının və nəzarətdən çıxarıl¬masının təmin edilməsi;
• alınması tələb olunan mallara, inventar və avadanlıqlara və s. olan tələbatın müəyyənləşdirilməsi;
• yeni alınmış inventar və avadanlıqların balansa mədaxil edilməsi, balansdan-balansa və ya müvəqqəti istifadəyə verilməsinin təmin edilməsi və s.;
Vəzifənin tutulması şərtləri:
Təhsil: ali
İş stajı: ixtisası üzrə azı 2 il
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə)

 

11. Struktur bölmə: Sahibkarlığa Kömək Milli Fondu, Maliyyə və təminat şöbəsi, Kreditlərin uçotu və nəzarəti sektoru
Vakant vəzifə: baş məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• kredit vəsaitinin sahibkarlıq subyekt¬lərinə verilməsini təsdiq edən müvafiq sənədlərin və digər məlumatların müvəkkil kredit təşkilatlarından alınması;
• hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş limit çərçi-vəsində ayrılmış vəsaitlər üzrə kredit, kreditə görə hesablan¬mış aylıq və rüblük faizlərin və digər daxilolmaların Fondun hesabına vaxtında qaytarılmasına nəzarətin həyata keçirilməsi;
• sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin və kreditə görə hesablanmış aylıq və rüblük faizlərin hər bir sahibkarlıq subyekti üzrə fərdi uçotunun aparılması;
• müvəkkil kredit təşkilatları tərəfindən qaytarılmış kredit və faiz borcları, vaxtı keçmiş borclar, cərimələr və Fond qarşısında olan öhdəliklərin yerinə yetirilməsi haqqında məlumatların mütəmadi olaraq sektor müdirinə təqdim edilməsi;
• sektorun iş planının hazırlanmasında iştirak edilməsi;
• sektor tərəfindən görülmüş işlər haqqında hesabatların hazırlanmasında iştirak edilməsi və s.;
Vəzifənin tutulması şərtləri:
Təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: ixtisas üzrə azı 2 il
Kompyuter: MS Office və ofis texnikası (orta səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

← Geriyə