İşə qəbul - elanlar

  • Yaradılıb 19.01.2015 06:58
  • Yenilənib 19.01.2015 07:02
  • Nəşr edilib 19.01.2015 06:58

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifəsinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 15 dekabr 2014-cü il tarixdən
30 dekabr 2014-cü il tarixdə saat 18:00-dək İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.
Telefonlar: (+99412) 493-88-67

 

1. Struktur bölmə: Sahibkarlığın inkişafı siyasəti şöbəsi, Sahibkarlara elektron xidmətlərin göstərilməsinin təşkili sektoru
Vakant vəzifə: Sektor müdiri
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Sahibkarlara elektron xidmətlərin göstərilməsinin təşkili sektoruna (bundan sonra-sektor) rəhbərlik etmək, sektorun səmərəli fəaliyyət göstərməsini, sektora həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
• sektorun əməkdaşlarının fəaliyyətinə səlahiy-yətləri daxilində nəzarət etmək, onlar tərəfindən əmək, icra və xidmət intizamına əməl olunmasını təmin etmək, müvafiq təqdimatlar hazırlamaq;
• sahibkarlara elektron xidmətlər göstərilməsinin qanunvericiliyə uyğun təşkili və həyata keçirilməsini təmin etmək;
• Nazirliyin strukturları göstərilən elektron xidmətlərin qanunvericiliyə və müvafiq inzibati reqlamentə uyğun təşkilinə nəzarətin və sahədə metodiki rəhbərliyin həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər görmək;
• elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların qanunvericiliyə müvafiq qaydada mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər görmək;
• sahibkarlıq sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının, iqtisadi inkişaf nazirinin əmr və qərarlarının, inzibati reqlamentlərin layihələrini hazırlamaq, Nazirliyin struktur bölmələri ilə birlikdə belə sənədlərin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış hüquqi aktların layihələrinə dair rəy və təkliflər vermək;
• sahibkarlıq sahəsində qanunvericilik bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləşdi-rilməsini və yeniləşdirilməsini təmin etmək;
• Nazirliyin sahibkarların məlumatlandırılması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə xidmət edən internet portallarının fəaliyyətinin təmin və təşviq edilməsi, mütəmadi yenilənməsi və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək;
• sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı qanunvericiliyə uyğun əməli tədbirlər həyata keçirmək, o cümlədən onların məhkəmə müdafiəsi ilə bağlı tədbirlər görmək;
• dövlət sahibkar münasibətlərinin səmərəliliyinin, əlaqə mexanizmlərinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
• sahibkarların müraciətlərinin elektron qaydada qəbulu və rəsmi cavablandırılmasını, o cümlədən onları iqtisadi və hüquqi informasiya ilə təmin etmək;
• sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsinə dair təkliflər vermək;
• Nazirliyi dövlət və qeyri-dövlət orqanlarında, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə təmsil etmək;
• fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
sahibkarlıq sahəsinin inkişaf meylləri və istiqamətləri ilə bağlı araşdırmalar aparmaq, arayış və hesabatlar hazırlamaq.
Vəzifənin tutulması şərtləri:
Təhsil: Hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə və texniki ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: İxtisası üzrə 3 (üç) il
Kompyuter: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
Xarici dil: Rus dili –yüksək səviyyədə, İngilis dili və ya başqa xarici dil – yüksək səviyyədə

 

← Geriyə