İşə qəbul - elanlar

  • Yaradılıb 07.02.2013 14:31
  • Yenilənib 07.02.2013 14:45
  • Nəşr edilib 07.02.2013 14:31

BAKI-2013

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı daxili müsahibə

ELAN EDİR:

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonlu rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə)
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 07.02. 2013-ci il tarixdən 21.02. 2013-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (daxili: 21-45, 21-46, 21-47 20-32)
İnternet sayt : economy.gov.az
Elektron poçt : lala.mahmudova@economy.gov.az

I.Nazirliyin Aparatı üzrə:

1. Struktur bölmənin adı: İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Qeyri-neft sahələrinin inkişafı sektoru;
İnzibati vəzifənin adı: sektor müdiri;
İş yerinin ünvanı: Bakı ş., Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi" ;
İnzibati vəzifənin təsnifatı: 5;
Qulluq funksiyaları:
• müvafiq dövlət orqanları ilə bir¬likdə dövlətin sosial-iqtisadi siyasət, o cümlədən qeyri-neft sahələri üzrə iqtisadi siyasət tədbirlərinin hazırlan¬masında iştirak;
• qeyri-neft sahələrinin inkişafı ilə bağlı strateji inkişaf planlarının, konsepsiyaların və proqram¬ların hazırlanmasında və ekspertizasının aparılmasında iştirak və digər dövlət orqanları tərəfindən bu isti¬qamətdə hazırlanmış müvafiq sənəd layihələrinə dair rəylərin verilməsi;
• qeyri-neft sahələri üzrə dövlət tənzim¬lənməsinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, o cümlədən bu tənzimlənmə tədbirlərinin əsaslandığı müvafiq qanun, fərman, qərar və digər nor¬mativ-hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının aparılmasında iştirak, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ-hüquqi aktların layihələrinə dair rəylərin verilməsi;
• qeyri-neft sahələrinin inkişaf meyilləri ilə bağlı araşdırmaların aparılması və analitik hesabatların hazırlanması;
• qeyri-neft sahələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, bu sahələr üzrə biznes mühitinin davamlı olaraq yax¬şılaşdırılması istiqamətində təkliflərin hazırlanması;
• rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiya¬larda, işçi qruplarda və digər müvafiq tədbirlərdə Nazirliyin təmsil edilməsi;
• sektorun iş planlarının hazır¬lanması, sektorun fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi, sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünün aparılması və s.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
• iş stajı: ixtisası üzrə azı 3 il;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
• xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (yüksək səviyyədə)

2. Struktur bölmənin adı: Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi, Hökumətlərarası komissiyalar və ikitərəfli sənədlərlə iş sektoru;
İnzibati vəzifənin adı: Sektor müdiri;
İş yerinin ünvanı: Bakı ş., Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi" ;
İnzibati vəzifənin təsnifatı: 5;
Qulluq funksiyaları:
• İqtisadi inkişaf nazirinin, nazir müavininin və aparat rəhbərinin həmsədr olduğu Hökumətlərarası Komissiyaların, İşçi Qrupların işinin təşkili və fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi;
• Digər Hökumətlərarası Komissiyaların işində aidiyyəti üzrə iştirakın təmin edilməsi;
• Komissiyanın iclasları çərçivəsində rəhbərlik üçün çıxış və digər rəsmi məlumatların hazırlanması;
• Komissiyaların iclas Protokollarında nəzərdə tutulan müddəaların icrasına nəzarət, Nazirliyin həmsədr olduğu
• Komissiyaların Protokollarının tərcümə olunması və imzaya hazırlanması;
• İkitərəfli sənədlərlə bağlı nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandılması;
• Xarici ölkələrin müvafiq strukturları ilə sənəd layihələrin razılaşdırılması;
• Komissiyanın Protokol layihəsi ilə bağlı xarici ölkələrin müvafiq orqanları ilə danışıqlar aparılması;
• Protokolların və Sazişlərin icrasına mütəmadi nəzarət;
• Xarici ölkələr tərəfindən təqdim olunan əməkdaşlıq üzrə təkliflərin araşdırılması və əlaqələndirlməsinə nəzarət;
• Xarici ölkələrlə hüquq-müqavilə bazasının genişləndirilməsi istiqamətində ehtiyac duyulan yeni sənədlərin (memorandumların, sazişlərin, müqavilələrin və sair) tərtib edilməsi, respublikanın aidiyyəti təşkilatları və qarşı tərəflə razılaşdırılması və imzalanmaya hazırlanması;
• İkitərəfli iqtisadi-ticarət əlaqələrini tənzimləyən sənədlərin həyata keçirilməsi işinə nəzarət;
• Qeyd olunan xarici iqtisadi fəaliyyətin və ondan irəli gələn məsələlərin həyata keçirilməsi sahəsində sektorun əməkdaşlarının işinə rəhbərlik və fəaliyyətin əlaqələndirilməsi.
Vəzifənin tutulması şərtləri:
• təhsil: İqtisadiyyat və idarəetmə, beynəlxalq hüquq, beynəlxalq münasibətlər;
• iş stajı: ixtisası üzrə azı 3 il;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
• xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə).

3. Struktur bölmənin adı: Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi, İkitərəfli iqtisadi əlaqələr və icmal sektoru;
İnzibati vəzifənin adı: Baş məsləhətçi;
İş yerinin ünvanı: Bakı ş., Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi" ;
İnzibati vəzifənin təsnifatı: 5;
Qulluq funksiyaları:
• Xarici ölkələrin iqtisadiyyatlarının təhlili, dünya ölkələri ilə iqtisadi əməkdaşlıq əlaqələrinə dair məlumat bazasının mütəmadi olaraq yenilənməsində iştirak;
• Xarici ölkələrlə əməkdaşlıq imkanlarının araşdırılması və təkliflərin hazırlanması, eləcə də xarici ölkələr tərəfindən təqdim olunan əməkdaşlıq üzrə təkliflərin təhlili;
• Xarici nümayəndə heyətlərinin Azərbaycana və Azərbaycan nümayəndə heyətlərinin xarici ölkələrə səfərlərinə aidiyyəti üzrə hazırlıq işlərinin həyata keçirilməsində iştirak;
• İkitərəfli danışıqlarda iştirak;
• Nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması.
Vəzifənin tutulması şərtləri:
• təhsil: İqtisadiyyat və idarəetmə, beynəlxalq münasibətlər;
• iş stajı: ixtisası üzrə azı 2 il;
• kompüter: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə ;
• xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə).

4. Struktur bölmənin adı: Sahibkarlığın inkişafı siyasəti şöbəsi, Sahibkarlara elektron xidmətlərin göstərilməsinin təşkili sektoru;
İnzibati vəzifənin adı: sektor müdiri;
İş yerinin ünvanı: Bakı ş., Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi" ;
İnzibati vəzifənin təsnifatı: 5;
Qulluq funksiyaları:
• Sahibkarlara elektron xidmətlərin göstərilməsinin təşkili sektoruna (bundan sonra-sektor) rəhbərlik etmək, sektorun səmərəli fəaliyyət göstərməsini, sektora həvalə edilmiş tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
• sektorun əməkdaşlarının fəaliyyətinə səlahiy-yətləri daxilində nəzarət etmək, onlar tərəfindən əmək, icra və xidmət intizamına əməl olunmasını təmin etmək, müvafiq təqdimatlar hazırlamaq;
• sahibkarlara elektron xidmətlər göstərilməsinin qanunvericiliyə uyğun təşkili və həyata keçirilməsini təmin etmək;
• Nazirliyin strukturları göstərilən elektron xidmətlərin qanunvericiliyə və müvafiq inzibati reqlamentə uyğun təşkilinə nəzarətin və sahədə metodiki rəhbərliyin həyata keçirilməsi ilə bağlı zəruri tədbirlər görmək;
• elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların qanunvericiliyə müvafiq qaydada mühafizəsinin təmin olunması ilə bağlı tədbirlər görmək;
• sahibkarlıq sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarının, iqtisadi inkişaf nazirinin əmr və
• qərarlarının, inzibati reqlamentlərin layihələrini hazırlamaq, Nazirliyin struktur bölmələri ilə birlikdə belə sənədlərin hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış hüquqi aktların layihələrinə dair rəy və təkliflər vermək;
• sahibkarlıq sahəsində qanunvericilik bazasının formalaşdırılması, mütəmadi olaraq təkmilləşdi-rilməsini və yeniləşdirilməsini təmin etmək;
• Nazirliyin sahibkarların məlumatlandırılması və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə xidmət edən internet portallarının fəaliyyətinin təmin və təşviq edilməsi, mütəmadi yenilənməsi və daim işlək vəziyyətdə saxlanılmasının təmin edilməsi ilə bağlı zəruri tədbirlər görmək;
• sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı qanunvericiliyə uyğun əməli tədbirlər həyata keçirmək, o cümlədən onların
• məhkəmə müdafiəsi ilə bağlı tədbirlər görmək;
• dövlət sahibkar münasibətlərinin səmərəliliyinin, əlaqə mexanizmlərinin inkişaf etdirilməsi, təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;
• sahibkarların müraciətlərinin elektron qaydada qəbulu və rəsmi cavablandırılmasını, o cümlədən onları iqtisadi və hüquqi informasiya ilə təmin etmək;
• sahibkarların elektron xidmətlərdən istifadə imkanlarının artırılması üzrə tədbirlərin həyata keçirilməsinə dair təkliflər vermək;
• Nazirliyi dövlət və qeyri-dövlət orqanlarında, yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə təmsil etmək;
• fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
• sahibkarlıq sahəsinin inkişaf meylləri və istiqamətləri ilə bağlı araşdırmalar aparmaq, arayış və hesabatlar hazırlamaq.
Vəzifənin tutulması şərtləri:
• təhsil: Hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil;
• staj tələbi: ixtisası üzrə azı 3 il;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
• xarici dil: Rus dili (Orta səviyyədə), İngilis dili və ya başqa xarici dili (Orta səviyyədə);

5. Struktur bölmənin adı: Ümumi şöbə, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektoru;
İnzibati vəzifənin adı: baş məsləhətçi;
İş yerinin ünvanı: Bakı ş., Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi" ;
İnzibati vəzifənin təsnifatı: 5;
Qulluq funksiyaları:
• qəbula gəlmiş vətəndaşların qeydiyyatının aparılması və müvafiq vəzifəli şəxslərin qəbuluna yazılması;
• vətəndaşlara müvafiq izahatların verilməsi;
• qəbul haqqında müraciətlərə baxılması və cavablandırılması;
• qəbul haqqında müraciətlərin uçotu¬nun, sistemləşdirilməsinin və təhlilinin aparılması; Nazir¬likdə vətəndaşların təklif, ərizə və şikayətlərinə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılmasına və cavablandırılmasına nəzarətin həyata keçirilməsi;
• vəzi¬fəli şəxslər tərəfindən vətəndaşların qəbulu qrafı¬kinin layihəsinin hazırlanması; Nazirliyin strukturla¬rında və¬tən¬daşların qəbulu və müraciətlərinə baxılması qaydalarının layihəsinin hazırlanması və s.
Vəzifənin tutulması şərtləri:
• təhsil: ali;
• iş stajı: ixtisası üzrə azı 2 il;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
• xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

I. Nazirliyin regional bölmələri üzrə:

6. Struktur bölmənin adı: Abşeron regional bölməsi ;
İnzibati vəzifənin adı: baş məsləhətçi;
İş yerinin ünvanı: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ;
İnzibati vəzifənin təsnifatı: 7;
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsep¬siya, proqram və layihələrin ekspertizasının hə-yata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət isti¬qamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak;
• səlahiyyətləri daxilində bölməyə daxil olan müra¬ciətlərin araşdırılması, cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);

7. Struktur bölmənin adı: Şəki-Zaqatala regional bölməsi;
İnzibati vəzifənin adı: bölmə müdirinin müavini;
İş yerinin ünvanı: Şəki şəhəri, 20 Yanvar küçəsi 8;
İnzibati vəzifənin təsnifatı: 6;
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsep¬siya, proqram və layihələrin ekspertizasının hə-yata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət isti¬qamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak;
• səlahiyyətləri daxilində bölməyə daxil olan müra¬ciətlərin araşdırılması, cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
• xarici dil: rus dili (orta səviyyədə)

8. Struktur bölmənin adı: Quba-Xaçmaz regional bölməsi;
İnzibati vəzifənin adı: baş məsləhətçi;
İş yerinin ünvanı: Quba rayonu, Fətəli Xan küçəsi 65;
İnzibati vəzifənin təsnifatı: 7;
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsep¬siya, proqram və layihələrin ekspertizasının hə-yata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət isti¬qamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak;
• səlahiyyətləri daxilində bölməyə daxil olan müra¬ciətlərin araşdırılması, cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
• təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
• İş stajı: ixtisası üzrə 1 il.
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);

9. Struktur bölmənin adı: Aran regional bölməsi;
İnzibati vəzifənin adı: böyük məsləhətçi;
İş yerinin ünvanı: Yevlax şəhəri, Bakı prospekti 31;

← Geriyə