İşə qəbul - elanlar

  • Yaradılıb 23.05.2014 13:10
  • Yenilənib 23.05.2014 13:10
  • Nəşr edilib 23.05.2014 13:10

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti(bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 14 may 2014-cü il tarixdən
28 may 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)

 

1. Struktur bölmə: Maliyyə və təminat şöbəsi, Təminat sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 1030416
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyli küçəsi 84, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• alınması tələb olunan malların (iş və xidmətlərin) optimal satış qiymətlərinin müəyyən edilərək əsaslandırılması və təminatı;
• proqnoz və faktiki tələbatın təsdiq olunmuş xərclər smetasına uyğunluğunun təmin edilməsi;
• Nazirliyin balansında olan binaların, inventar və avadanlıqların, qurğuların səmərəli istifadə olunması, təmiri və qorunmasına nəzarətin həyata keşirilməsi; nəqliyyat və təsərrüfat işlərinin, Nazirliyin əməkdaşlarının xidməti fəaliyyəti üçün müvafiq təminatın təşkil edilməsi və s.;
• şöbənin və sektorun funksiyalarının həyata keçirilməsi ilə bağlı məktub, əmr və digər sənədlərin hazırlanması ;
• müxtəlif təşkilatlardan sektora daxil olan məktubların icrasının və nəzarətdən çıxarılmasının təmin edilməsi;
• alınması tələb olunan mallara, iventar və avadanlıqlara və s. olan tələbatın müəyyənləşdirilməsi;
• yeni alınmış inventar və avadanlıqların balansa mədaxil edilməsi, balansdan-balansa və ya müvəqqəti istifadəyə verilməsinin təmin edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS Windows, MS Office, İnternet və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə)

 

← Geriyə