İşə qəbul - elanlar

  • Yaradılıb 25.04.2014 11:21
  • Yenilənib 25.04.2014 11:21
  • Nəşr edilib 25.04.2014 11:21

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti(bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 24 aprel 2014-cü il tarixdən
09 may 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)

1. Struktur bölmə: Sənaye şöbəsi, Sənaye parkları və klasterləri sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 103014
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sektorun fəaliyyətini əsasnaməni rəhbər tutaraq təşkil etmək, işin icrasına nəzarəti həyata keçirmək, iş planlarının tərtib edilməsini təmin etmək, sektor daxilində iş intizamını yüksək səviyyədə saxlamaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların mütəxəssis kimi təkmilləşmələri üçün səlahiyyətləri daxilində tədbirlər görmək;
• xüsusi iqtisadi zonaları, sənaye parkları və sənaye məhəllələrinin yaradılmasına dair təklifləri hazırlayıb təqdim etmək;
• sənaye parkları və sənaye məhəllələrinin fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək; sənaye parkları və sənaye məhəllələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlayıb təqdim etmək;
• sənaye klasterlərinin qurulması ilə bağlı təklifləri hazırlayıb təqdim etmək və onların fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etmək;
• sənaye istehsalının regional strukturunun təkmilləşdirilməsi və sənaye zonalarının (sənaye klasterlərinin) yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təşkil etmək;
• sənaye parkları və klasterlərinin təsərrüfat fəaliyyətinin və iqtisadi göstəricilərinin təhlilinə dair arayışların hazırlanmasını təmin etmək. və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: İqtisadiyyat və idarəetmə, texniki ixtisas istiqamətləri və hüquqşünaslıq və beynəlxalq hüquq ixtisasları ali təhsil;
iş stajı: İxtisası üzrə azı 3 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

2. Struktur bölmə: Sənaye şöbəsi, Sənayenin təhlili və icmal sektoru
Vakant vəzifə:baş məsləhətçi
Vəzifənin kodu: 103015
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sənayenin, o cümlədən onun ayrı-ayrı sahələrinin mövcud vəziyyətinin təhlilinə dair arayışlar hazırlamaq;
• sənaye üzrə icmallaşdırma və ümumi arayışları hazırlamaq;
• dünyada baş verən trendlərin ölkə sənayesinə təsirinin qiymətləndirilməsinə dair təhlillərin aparılmasında iştirak etmək;
• dünya sənayesinin mövcud vəziyyətinin təhlilinə dair arayışların hazırlanmasında iştirak etmək;
• zəruriyyət olduqda sektor müdirinin vəzifələrini icra etmək; müvafiq komissiyaların və işçi qruplarının işində iştirak etmək;
• sektorun iş planlarının hazırlanmasında iştirak etmək;
• sektora daxil olan məktubları cavablandırmaq və digər sənədlərin icrasında iştirak etmək. və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə və texniki ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: azı 1 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (yüksək səviyyədə)

3. Struktur bölmə: Sənaye şöbəsi, Ağır sənaye və maşınqayırma sektoru
Vakant vəzifə:baş məsləhətçi
Vəzifənin kodu: 103016
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• ağır sənaye və maşınqayırma müəssisələrinin fəaliyyətinin təhlilinə dair müvafiq arayışlar hazırlamaq;
• ağır sənaye və maşınqayırma sahəsində mövcud istehsal sahələrinin genişləndirilməsi, yeni müəssisələrin qurulması və s. Üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
• dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində ağır sənaye sahəsində iri layihələrin dəstəklənməsi və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
• ağır sənaye və maşınqayırma müəssisələrinin fəaliyyətinin dəstəklənməsi, təkmilləşdirilməsi və onların infrastruktur təminatının yaxşılaşdırılması məqsədi ilə təkliflərin hazırlanmasında iştirak etmək;
• sahə üzrə sənaye birlikləri və assosiasiyalarının yaradılmasına dair təkliflərin hazırlanmasında iştirak etmək;
• yerli resurslardan səmərəli istifadə etməklə rəqabətqabiliyyətli son sənaye məhsulu istehsalının, yeni sənaye sahələrinin, o cümlədən yüksək əlavə dəyər yaradan istehsal sahələrinin yaradılmasının və fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi və təşviqi ilə bağlı təkliflərin hazırlanmasında iştirak etmək;
• zəruriyyət olduqda sektor müdirinin vəzifələrini icra etmək;
• müvafiq komissiyaların və işçi qruplarının işində iştirak etmək;
• sektorun iş planlarının hazırlanmasında iştirak etmək;
• sektora daxil olan məktubları cavablandırmaq və digər sənədlərin icrasında iştirak etmək və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə və texniki ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

4. Struktur bölmə: İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Sosial-siyasət və davamlı inkişaf sektoru
Vakant vəzifə:baş məsləhətçi
Vəzifənin kodu: 103016
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sosial siyasətin işlənib hazırlanmasında iştirak və davamlı inkişafın prioritetləri barədə təkliflərin hazırlanması;
• Azərbaycan Respublikasında sosial sahələrin inkişafının proqnoz göstəricilərinin hazırlanması;
• Azərbaycanda əhalinin yoxsulluğu, məşğulluq problemləri və işsizliyin aradan qaldırılması istiqamətində dövlət tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması;
• yeni iş yerlərinin yaradılması perspektivlərinin araşdırılması;
• əhalinin sosial müdafiəsi, pensiya və sosial təminat sahəsinin müasir vəziyyətinin təhlil edilməsi və təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyən edilməsi;
• sektora daxil olan normativ hüquqi aktların layihələrinə, digər dövlət orqanlarının müraciətlərinə baxılması və rəylərin hazırlanması; xarici ölkələrdə keçirilən forumların, konfransların, digər tədbirlərin işində iştirak və s.

Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

5. Struktur bölmə: Strateji planlaşdırma şöbəsi, Ərzaq təhlükəsizliyi sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 103012
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• müvafiq dövlət orqanları ilə birlikdə dövlətin sosial-iqtisadi siyasət, o cümlədən ərzaq məhsullarının istehsalı sahələri üzrə iqtisadi siyasət tədbirlərinin hazırlanmasında iştirak;
• ərzaq məhsullarının istehsalı sahələrinin inkişafı ilə bağlı strateji inkişaf planlarının, konsepsiyaların və proqramların hazırlanmasında və ekspertizasının aparılmasında iştirak və digər dövlət orqanları tərəfindən bu istiqamətdə hazırlanmış müvafiq sənəd layihələrinə dair rəylərin hazırlanması;
• ərzaq məhsullarının istehsalı sahələri üzrə dövlət tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması, o cümlədən bu tənzimlənmə tədbirlərinin əsaslandığı müvafiq qanun, fərman, qərar və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının aparılmasında iştirak, digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihə¬lərinə dair rəylərin hazırlanması;
• ərzaq balansı ilə bağlı proqnoz göstəricilərinin hazırlanması;
• ərzaq məhsullarının istehsalı sahələrinin inkişaf meylləri ilə bağlı araşdırmaların aparılması və analitik hesabatların hazırlanması;
• ərzaq məhsullarının istehsalı sahələrinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, bu sahələr üzrə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması;
• rəhbərliyin tapşırığı ilə dövlət orqanlarında, komissiyalarda, işçi qruplarda və digər müvafiq yerlərdə Nazirliyin təmsil edilməsi;
• sektorun iş planlarının hazırlanması, sektorun fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsi, sektorun əməkdaşları arasında səmərəli iş bölgüsünün aparılması və əməkdaşların fəaliyyətinin koordinasiya edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 3 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

6. Struktur bölmə: İnsan resursları şöbəsi, İnsan kapitalının inkişafı sektoru
Vakant vəzifə:baş məsləhətçi
Vəzifənin kodu: 103023
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• insan kapitalının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
• insan kapitalının inkişafı üzrə strategiya və üsulların ümumdövlət inkişaf strategiya və praktikası ilə uzlaşdırılması;
• insan kapitalının ölçülməsi üzrə dünya praktikasında istifadə olunan metodologiyaların öyrənilməsi və tətbiq edilməsi, yeni metodologiyaların işləməsi;
• sektora daxil olan məktubların və digər sə¬nəd¬lərin icrasında iştirak;
• zəruriyyət olduqda sektor müdirinin vəzifələrinin icra edilməsi;
• Dövlət Proqramlarında insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
• xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumatların toplanılması;
• xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclərin işlə təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanması və tədbirlərin həyata keçirilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

7. Struktur bölmə: Protokol xidməti sektoru
Vakant vəzifə:baş məsləhətçi
Vəzifənin kodu: 103023
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• rəhbərliyin iştirakı ilə nazirlikdə keçirilən rəsmi qəbulların, görüşlərin keçirilməsində təşkilati-texniki tədbirləri görmək;
• rəhbərliyin iştirakı ilə nazirlikdə keçirilən rəsmi qəbulları, görüşləri protokollaşdırmaq;
• nazirliyin rəhbərliyinin iştirakı nəzərdə tutulmuş tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərini görmək;
• nazirliyin rəhbərliyinin adına daxil olmuş təbrik məktublarının uçotunu aparmaq və onların adından təbrik məktublarının layihələrini hazırlamaq;
• nazirliyin rəhbərliyinin adına xarici dildə daxil olmuş müşayiətedici məktubların, dəvətnamələrin və digər sənədlərin tərcüməsini etmək və s.

Vəzifənin tutulması şərtləri:
təhsil: ümumi iqtisadiyyati, filologiya (dillər üzrə) sinxron tərcümə (dillər üzrə), tərcümə (dillər üzrə), hüquqşünaslıq, sosiologiya, beynəlxalq münasibətlər, beynəlxalq hüquq xtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

8. Struktur bölmə: Dövlət investisiyaları şöbəsi, İnfrastruktur yönümlü dövlət investisiya layihələri sektoru
Vakant vəzifə:baş məsləhətçi
Vəzifənin kodu: 103017
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• daxil olan müraciətlərə, məktublara baxmaq, səlahiyyətləri daxilində onları araşdırmaq və qanunvericiliyə uyğun olaraq digər tədbirləri həyata keçirmək;
• infrastruktur yönümlü sahələrdə investisiya təlabatının öyrənilməsini, investisiyanın cəlb edilməsini və investisiya qoyuluşu ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərinin (layihələrinin), habelə investorların müraciətlərinə əsasən müvafiq təkliflərin (layihələrin) təhlilini həyata keçirmək;
• sifarişçi təşkilatlar tərəfindən təqdim edilmiş infrastruktur yönümlü investisiya layihələrinin həm ayrı-ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə təhlil etmək, onların iqtisadi səmərəliliyini, sosial əhəmiyyətini və digər sahələrlə qarşılıqlı əlaqəsini araşdırmaq və növbəti il və sonrakı 3 il üçün dövlət investisiya layihələri haqqında proqnozlar hazırlamaq;
• təqdim olunmuş infrastruktur yönümlü investisiya layihələrinin iqtisadi və maliyyə təhlilini həyata keçirmək;
• beynəlxalq kreditli infrastruktur yönümlü investisiya layihələrinin təhlilini aparmaq;
• dövlət investisiya proqramının tərtibi zamanı daxil olmuş təkliflərin təhlilini aparılmasında iştirak etmək;
• dövlət əsaslı vəsait qoyuluşunun bölgüsünün layihəsinin hazırlanmasında iştirak etmək, sifarişçi təşkilatlarla müzakirələr aparmaq;
• sifarişçi təşkilatların satınalınmasında qanunvericiliyə uyğun olaraq iştirak etmək və s.

Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, texniki ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

9. Struktur bölmə: Dövlət investisiyaları şöbəsi, Sosial yönümlü dövlət investisiya layihələri sektoru
Vakant vəzifə: böyük məsləhətçi
Vəzifənin kodu: 103018
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• daxil olan müraciətlərə, məktublara baxmaq, səlahiyyətləri daxilində onları araşdırmaq və qanunvericiliyə uyğun olaraq digər tədbirləri həyata keçirmək;
• sosial yönümlü sahələrdə investisiya təlabatının öyrənilməsini, investisiyanın cəlb edilməsini və investisiya qoyuluşu ilə bağlı icra hakimiyyəti orqanlarının, dövlət müəssisələrinin və nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin təkliflərinin (layihələrinin), habelə investorların müraciətlərinə əsasən müvafiq təkliflərin (layihələrin) təhlilini həyata keçirmək;
• sifarişçi təşkilatlar tərəfindən təqdim edilmiş sosial yönümlü investisiya layihələrinin həm ayrı-ayrılıqda, həm də bir-biri ilə müqayisəli şəkildə təhlil etmək, onların iqtisadi səmərəliliyini, sosial əhəmiyyətini və digər sahələrlə qarşılıqlı əlaqəsini araşdırmaq və növbəti il və sonrakı 3 il üçün dövlət investisiya layihələri haqqında proqnozlar hazırlamaq;
• təqdim olunmuş sosial yönümlü investisiya layihələrinin iqtisadi və maliyyə təhlilini həyata keçirmək; beynəlxalq kreditli investisiya layihələrinin təhlilini aparmaq;
• dövlət investisiya proqramının tərtibi zamanı daxil olmuş təkliflərin təhlilinin aparılmasında iştirak;
• dövlət əsaslı vəsait qoyuluşu bölgüsünün layihəsinin hazırlanmasında iştirak, sifarişçi təşkilatlarla müzakirələrin aparılması;
• sifarişçi təşkilatların satınalınmasında iştirak və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, texniki ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 1 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

10. Struktur bölmə: Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi, İkitərəfli iqtisadi əlaqələr və icmal sektoru
Vakant vəzifə: aparıcı məsləhətçi
Vəzifənin kodu: 103019
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• xarici ölkələrin iqtisadiyyatlarının təhlili, dünya ölkələri ilə iqtisadi əməkdaşlıq əlaqələrinə dair məlumat bazasının mütəmadi olaraq yenilənməsində iştirak;
• xarici ölkələrlə əməkdaşlıq imkanlarının araşdırılması və təkliflərin hazırlanması, eləcə də xarici ölkələr tərəfindən təqdim olunan əməkdaşlıq üzrə təkliflərin təhlili;
• Nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, beynəlxalq münasibətlər ixtisas istiqamətləri üzrə ali təhsil;
kompüter: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti (yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (yüksək səviyyədə)

11. Struktur bölmə: Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsi, Ticarət siyasəti sektoru
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 103020
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları:
• daxili və xarici ticarət sahələrində dövlət siyasətinin və dövlət tənzimləməsinin hazırlanması və həyata keçirilməsi ilə əlaqədar təkliflərin hazırlanması;
• xarici ticarət fəaliyyətinin, daxili ticarətin və istehlak bazarının inkişafına dair tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması;
• daxili və xarici ticarətin dövlət tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
• xarici ticarət fəaliyyəti ilə bağlı xarici dövlətlərin müvafiq qurumları, beynəlxalq ticarət təşkilatları, habelə digər beynəlxalq təşkilatlarla ticarət sahəsində əməkdaşlıq ilə bağlı danışıqların aparılması və müqavilə (saziş, kontrakt) layihələrinin hazırlanması ilə bağlı təkliflərin hazırlanması;
• xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahələrində vəziyyətin araşdırılması və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflər hazırlanması;
• xarici ticarətdə ölkənin rəqabət qabiliyyətinin artırılması, ixrac potensialının inkişaf etdirilməsi, yerli malların xarici bazarlara çıxarılması üçün əlverişli şərait yaradılması, ixracatçıların maraqlarının müdafiə olunması tədbirlərinin hazırlanması və həyata keçirilməsinə dair təkliflərin hazırlanması;
• ticarət sahəsində ölkəyə qarşı ayrı-seçkilik hallarının mövcud olub-olmadığının müəyyənləşdirilməsi, belə hallar aşkarlandıqda onların aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması;
• ixrac nəzarəti sahəsində dövlət siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi ilə bağlı təhlillərin aparılması və müvafiq təkliflərin hazırlanması;
• müvafiq beynəlxalq təşkilatlarda müəyyən edilmiş qaydada ölkənin təmsil olunması ilə bağlı təkliflərin verilməsi;
• ticarət rejiminin təkmilləşdirilməsi məqsədi ilə təhlillərin aparılması və müvafiq təkliflərin hazırlaması;
• xarici ticarət fəaliyyəti məsələləri üzrə informasiya sistemlərinin yaradılması ilə bağlı təkliflərin verilməsi;
• ölkənin daxili bazarının qorunmasına dair təhlillərin aparılması və müvafiq təkliflərin hazırlaması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il;
kompüter: MS Office Proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti (yüksək səviyyədə);
xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

12. Struktur bölmə: Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsi, Ticarət siyasəti sektoru
Vakant vəzifə: aparıcı məsləhətçi
Vəzifənin kodu: 103021
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli 84, Hökumət evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• xarici ticarət fəaliyyəti iştirakçılarının iqtisadi informasiya ilə təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi;
• ticarət rejiminin təkmilləşdirilməsi məqsədi ilə təhlillərin aparılması və müvafiq təkliflərin hazırlaması;
• xarici ticarət fəaliyyətinin inkişafı və tənzimlənməsi sahələrində vəziyyətin araşdırılması və müvafiq tədbirlər görülməsi ilə bağlı təkliflərin hazırlanması;
• daxili ticarət sahəsində dövlət siyasətini və dövlət tənzimləməsinə dair təkliflərin hazırlanması məqsədilə müvafiq, o cümlədən statistik təhlillərin aparılması və statistik məlumatların toplanması formasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
• müvafiq beynəlxalq təşkilatlarda müəyyən edilmiş qaydada ölkənin təmsil edilməsi ilə bağlı təkliflərin verilməsi;
• daxili və xarici ticarət ilə bağlı dövri arayışların hazırlanması;
• peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək;
• sektor daxilində müvafiq texniki-təşkilati tapşırıqların yerinə yetirilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

13. Struktur bölmə: Abşeron regional bölməsi (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri)
Vakant vəzifə: böyük məsləhətçi
Vəzifənin kodu: 103024
İş yerinin ünvanı: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak;
• səlahiyyətləri daxilində bölməyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

14. Struktur bölmə: Quba-Xaçmaz regional bölməsi (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları)
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 103025
İş yerinin ünvanı: Quba rayonu, Fətəli Xan küçəsi 65
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak; səlahiyyətləri daxilində bölməyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

15. Struktur bölmə: Aran regional bölməsi (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri)
Vakant vəzifə: baş məsləhətçi
Vəzifənin kodu: 103026
İş yerinin ünvanı: Mingəçevir şəhəri, Bakı prospekti 31
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət istiqamətləri üzrə dövri hesabatların hazırlanmasında iştirak; səlahiyyətləri daxilində bölməyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılması və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

16. Struktur bölmə: Aran regional bölməsi (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri)
Vakant vəzifə:böyük məsləhətçi
Vəzifənin kodu: 103027

← Geriyə