İşə qəbul - elanlar

  • Yaradılıb 26.10.2016 08:14
  • Yenilənib 08.12.2017 15:28
  • Nəşr edilib 26.10.2016 08:14

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 17 oktyabr 2016-cı il tarixdən
01 noyabr 2016-cı il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilə bilər.
Telefonlar: 493 88 67

 

1. Lisenziyalaşdırma və sahibkarlara xidmətlərin göstərilməsi şöbəsi, Xidmətlərin təşkili sektoru, böyük məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 20
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları: sahibkarlıq subyektləri tərəfindən müraciətçiləri qəbul edərək lisenziya verilməsi üçün tələb olunan sənədlərin tamlığını və onların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaq; hazır olmuş lisenziya sahibkarlıq subyektinə təqdim edilməsi üçün müraciətçinin məlumatlandırılması və dövlət rüsumunun ödənilməsinə dair qəbzi almaqla "İmzalanmış lisenziya blankının təhvil-təslimi kitabı"nda lisenziya növü göstərilməklə qeydiyyatını aparmaq; lisenziyalaşdırma sahəsinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsində və əməkdaşlığın həyata keçirilməsində iştirak etmək, bu sahədə təkliflər hazırlamaq; lisenziya sahəsində vətəndaşlardan, o cümlədən sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılmasını və araşdırılmasını, həmçinin vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin qəbulunun təşkil edilməsini təmin etmək; vətəndaşlardan, o cümlədən sahibkarlıq subyektlərindən daxil olmuş və sektorda baxılmış müraciətlərə dair mütəmadi olaraq hesabatların hazırlanmasını və aidiyyəti üzrə rəhbərliyə təqdim edilməsini təmin etmək; Nazirliyin rəsmi informasiya ehtiyatlarında yerləşdirilməsi üçün sahibkarlıq sahəsinə aid normativ hüquqi aktlara edilmiş dəyişikliklər, həmçinin sahibkarları maraqlandıran digər maarifləndirici məlumatların hazırlanmasında iştirak etmək; fəaliyyət istiqamətlərinə uyğun olaraq sektor üzrə şöbənin iş planına, görülmüş işlər haqqında dövrlər üzrə hesabatların layihələrinə və Nazirliyin Kollegiyasında müzakirə edilməli məsələlərə dair şöbə müdirinə təkliflər vermək; fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək və s.
Vəzifənin tutulması şərtləri: təhsil: hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, iqtisadiyyat və idarəetmə, texniki ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: İxtisası üzrə 1 (bir) il kompyuter: MS Windows, MS Office, Internet (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

2. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Kargüzarlıq və insan resursları şöbəsi, şöbə müdirinin müavini
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a

Vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları: şöbənin iş planının tərtib edilməsi; şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə rəhbərliyin həyata keçirilməsi; şöbənin işçiləri tərəfindən icra və əmək intizamına əməl olunmasının təmin edilməsi, şöbənin işçiləri arasında iş bölgüsünün aparılması, fəaliyyətinin və əlaqəli işinin təşkil edilməsi; dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların Nazirliyə vaxtında təqdim edilməsi üçün zəruri tədbirlər görmək; Dövlət Xidmətində dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkil etmək; dövlət qulluqçularının reyestrinin və dövlət qulluğu ilə əlaqədar yaradılan digər məlumat bazalarının aparılması üçün zəruri tədbirlər görmək və reyestrə daxil edilmiş məlumatlarda baş vermiş dəyişikliklər haqqında reyestr aparan dövlət orqanına hər ay məlumatların verilməsini təmin etmək; dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyəti üzrə vaxtında təqdim edilməsi və yardımçı vəzifələrin, dövlət qulluğu hesab edilməyən vəzifələrin tutulması üçün zəruri tədbirlər görmək; Dövlət Xidmətində insan resursları və kargüzarlıq işləri sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasının təmin edilməsi; xidmətin struktur bölmələrində icra və əmək intizamına əməl olunması ilə bağlı müvafiq məlumatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;Dövlət Xidmətinə daxil olan sənədlərin icra vəziyyəti barədə hesabatların verilməsi; Dövlət Xidmətində vətəndaşların qəbulu işinin təşkili və həyata keçirilməsi; Dövlət Xidmətinə vətəndaşlardan telefon vasitəsi ilə daxil olan müraciətlərin (o cümlədən "Qaynar Xətt"ə) ətraflı və tam şəkil-də qəbul olunmasını və müvafiq qaydada qeydə alınmasına nəzarəti həyata keçirmək; Dövlət Xidmətinə daxil olan məxfi sənədlərin qəbulu, dövriyyəsi və icrasına nəzarətin həyata keçirilməsi;lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməsi; mütəmadi olaraq görülmüş işlər barəsində rəhbərliyə hesabatların təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri: təhsil: Ali təhsil; iş stajı 3 il; kompyuter: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti - orta səviyyədə

 

3. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Antiinhisar və reklam qanunvericiliyinə nəzarət şöbəsi, şöbə müdirinin müavini
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları: şöbənin iş planının tərtib etmək; şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə rəhbərliyi həyata keçirmək; şöbənin işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasının təmin edilməsini, şöbənin işçiləri arasında iş bölgüsünün aparılmasını, fəaliyyətini və əlaqəli işini təşkil etmək; inhisarçılığın qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, rəqabətin qorunması, rəqabət vəziyyətinin təhlili və təşviqi ilə bağlı Xidmət rəhbərliyinə təkliflərin verilməsi, bu sahədə müəyyən olunmuş siyasətin səlahiyyətləri daxilində həyata keçirilməsini, rəqabət və reklam qanunvericiliyinə dövlət nəzarətinin həyata keçirilməsini təmin etmək; Xidmətin iş planına və öz təşəbbüsünə əsasən araşdırma aparılması nəzərdə tutulan əmtəə və xidmət bazarlarında monitorinqlər aparan Komissiyaların işinin təşkilinin təmin edilməsi, antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın tərkibində iştirak etmək; daxil olmuş qanunvericilik layihələrinə, dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinə dair rəylərin hazırlanmasını və təqdim edilməsini təmin etmək; şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasını təşkil etmək; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görmək; mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatlar təqdim etmək və s.

Vəzifənin tutulması şərtləri: təhsil: İqtisadiyyat və idarəetmə, hüquqşünaslıq, əmtəəşünaslıq ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: 3 il; kompyuter: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti-orta səviyyədə;

 

4. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlakçı hüquqları şöbəsi, şöbə müdirinin müavini
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları: şöbə müdiri işdə olmadıqda onun vəzifələrinin icra edilməsi; şöbənin iş planının tərtib edilməsi; şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə rəhbərliyin həyata keçirilməsi; şöbənin işçiləri tərəfindən əmək və icra intizamına əməl olunmasının, vəzifələrinin vaxtında və düzgün icra edilməsi üzərində nəzarətin həyata keçirilməsi; şöbənin işçiləri arasında iş bölgüsünün aparılması, fəaliyyətinin və əlaqəli işinin təşkil edilməsi; istehlakçıların hüquqlarının qorunması sahəsində və istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə və xidmət sahələrində mövcud norma və qaydalara, malların (xidmətlərin) keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi və bu sahədə qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi; ictimai iaşə, məişət və digər xidmət sahələrində müəyyən olunmuş qaydaların pozulduğu hallarda qüsurlar təsərrüfat subyektləri tərəfindən aradan qaldırılanadək müvafiq tələblərə cavab verməyən xidmətlərin icrasının dayandırılması (lisenziyadan məhrum edilməsi) və digər tədbirlər görülməsi üçün müvafiq təqdimatların verilməsi; şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasını təşkil edilməsi; zəruri hallarda yoxlamalarda və komissiyalarda iştirak; şöbənin işinə və sənədlərin tərtibatının düzgünlüyünə nəzarət; şöbə tərəfindən aparılmış yoxlamaların və görülmüş işlərin nəticələrinə dair hesabatların hazırlanması, təhlil edilməsi və informasiya sistemlərinin, məlumat bazasının yaradılması üzrə işlərin görülməsinin təşkil edilməsi; mütəmadi olaraq görülmüş işlər barəsində rəhbərliyə hesabatların təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri: təhsil: İqtisadiyyat və idarəetmə, qida məhsullarının texnologiyası, hüquqşünaslıq, əmtəəşünaslıq ixtisas istiqamətləri üzrə ali təhsil;
iş stajı: 3 il; kompyuter: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti - orta səviyyədə;

 

5. Regionların inkişafı və dövlət proqramları şöbəsi, Dövlət proqramlarının icrasının əlaqələndirilməsi və təhlili sektoru, baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 20
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları: dövlət proqramlarının, o cümlədən iqtisadiyyatın əsas sahələrinin inkişafına yönəldilmiş sahəvi dövlət proqramlarının icrasının əlaqələndirilməsinin və təhlilinin həyata keçirilməsinin təmin edilməsi üzrə zəruri tədbirlərin görülməsi; Nazirliyin əlaqələndiricisi olduğu dövlət proqramlarında və digər sahəvi dövlət proqramlarında İqtisadi İnkişaf Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası ilə əlaqədar müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin Nazirliyin struktur bölmələri tərəfindən təqdim olunmuş hesabatların, ayrı-ayrı məktublara, sorğulara verilmiş cavabların təhlil edilməsi, dövlət proqramlarının icrasında yol verilmiş nöqsanların araşdırılması və onların aradan qaldırılması sahəsində təkliflərin hazırlanması; dövlət proqramlarının icrası ilə əlaqədar müvafiq məlumat bazasının formalaşdırılması və mütəmadi olaraq yeniləşdirilməsi;Nazirliyin əlaqələndiricisi olduğu proqramların icra vəziyyəti barədə yekun hesabatların hazırlanması və təhlili ilə bağlı müvafiq işlərin görülməsi; mərkəzi və yerli icra hakimiyyəti orqanları, ictimai təşkilatlar tərəfindən hazırlanmış proqramların layihələrinə rəy verilməsi; dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məsələləri ilə bağlı daxil olmuş məktublara baxılması; dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin görülməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 2 il; MS Windows, MS Office, Internet (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

6. İnsan resursları şöbəsi, İnsan kapitalının inkişafı sektoru, baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 84

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları: insan kapitalının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak edilməsi; insan kapitalının inkişafı üzrə strategiya və üsulların ümumdövlət inkişaf strategiya və praktikası ilə uzlaşdırılması; insan kapitalının ölçülməsi üzrə dünya praktikasında istifadə olunan metodologiyaların öyrənilməsi və tətbiq edilməsi, yeni metodologiyaların işləməsi; nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması və aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək; zəruriyyət olduqda sektor müdirinin vəzifələrinin icra edilməsi; Dövlət Proqramlarında insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsində iştirak edilməsi; xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumatların toplanılması; xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclərin işlə təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanması və tədbirlərin həyata keçirilməsi və s.
Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq, texniki və humanitar və sosial istiqamətlər ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 2 il; MS Windows, MS Office, Internet və s. (orta səviyyədə); xarici dil: ingilis dili (orta səviyyədə)

 

7. Ümumi şöbə, Sənədlərlə iş və arxiv sektoru, böyük məsləhətçi

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 84, Hökumət Evi

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları: sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasının həyata keçirilməsi; daxil olan sənədlərin qeydiyyata alınması; sənədləri işlər üzrə formalaşdırılması, saxlanması və onlardan istifadə edilməsinin təmin edilməsi; Nazirlikdən xaric olan bütün sənədlərin qeydiyyatının aparılması; Nazirlikdən xaric olan sənədlərdə ünvanının düzgün əks olunmasının, göstərilən qoşmaların mövcudluğunun yoxlanılması və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə sənədləri icraçılara qaytarılması; Nazirliyin strukturlarından sənədləri müvafiq qaydada arxivə qəbul edilməsi, onların saxlanılmasının, saxlanılma müddəti bitdikdən sonra Mərkəzi Ekspert Komissiyasının Əsasnaməsinə uyğun olaraq dövlət arxivinə verilməsinin, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin müvafiq akt əsasında məhv edilməsinin təmin edilməsi; sənəd qovluqlarının düzgün formalaşdırılmasının, sənədlərin tez tapılmasının təmin edilməsinin, işlərin sistemləşdirilməsini, uçotunu, onların saxlanma müddətlərinin müəyyən edilməsinin, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsinin təmin edilməsi; qovluqların saxlanılmaq üçün arxivə təhvil verilməsindən əvvəl onlarda sənədlərin hamısının olub-olmadığının, sənədlərin yerləşməsinin düzgünlüyünün və qovluqlarla siyahı arasında məlumatların uyğunluğunun, işə tikilməli sənədlərin qeydə alınıb-alınmadığının yoxlanılması; Nazirlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək; qulluq funksiyası ilə həvalə edilmiş işlərin təkmilləşdirilməsi ilə bağlı təklif vermək;lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli və s.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, humanitar və sosial, təbiət, texniki ixtisas istiqamətləri və Hüquqşünaslıq, Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər ixtisasları üzrə üzrə ali təhsil; iş stajı: azı 1 il; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

8. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Gəncə-Qazax regional bölməsi, baş məsləhətçi
İş yerinin ünvanı: Gəncə şəhəri, Məmməd Xələfov küçəsi 18
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları: bölmə müdiri işdə olmadıqda onun vəzifələrinin icra edilməsi; bölmənin iş planının hazırlanmasında iştirak; bölmə müdirinin tapşırığı ilə antiinhisar və reklam qanunvericiliklərinin pozulması halları ilə bağlı sənəd və məlumatların toplanmasının və istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunması, istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində (obyektlərdə) mövcud norma və qaydalara riayət edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada monitorinq, yoxlama və araşdırmaların aparılması; fəaliyyəti yoxlanılan obyektlərin görülən tədbirlər barədə məlumatlandırılması və yoxlamanın nəticələri barədə sənədlərin tərtib edilməsi;aparılmış yoxlama və araşdırmaların və görülmüş işlərin nəticələrinə dair məlumatların Dövlət Xidmətinin əlaqədar şöbələrinə təqdim edilməsi üçün hesabatların hazırlanması; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməsi; mütəmadi olaraq görülmüş işlər barəsində bölmə müdirinə hesabatların təqdim edilməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, əmtəəşünaslıq, qida məhsullarının texnologiyası, hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisas istiqamətləri üzrə ali təhsil; kompyuter: MS Windows, MS Office, İnternet və s. (orta səviyyədə);

 

 

9. Sahibkarlığa Kömək Milli Fondu, İnvestisiya layihələrinin ekspertizası və monitorinqi şöbəsi, şöbə müdiri
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç 172
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları: şöbənin işinin təşkil edilməsi; müvəkkil kredit təşkilatları tərəfindən maliyyələşdirilmək üçün Fonda təqdim olunan investisiya layihələrinin Fondun Müşahidə Şurası tərəfindən təsdiq edilmiş minimal tələblər və investisiya layihələrinin qiymətləndirilmə meyarlarına uyğunluğunun araşdırılması, investisiya layihələrinə dair məlumatların düzgünlüyünün yoxlanılması, həmin investisiya layihələrinin ekspertizasının və bilavasitə yerində ilkin monitorinqinin həyata keçirilməsi; Fondun vəsaitləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulmuş investisiya layihələrinin ekspertizası üçün lazımi sənəd və məlumatlar əsasında rəylərin hazırlanması və maliyyələşdirilməsi üzrə qərar qəbul edilməsi üçün müvafiq qaydada təqdim edilməsi; vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət edilməsi məqsədilə sahibkarlıq subyektləri üzrə aparılacaq monitorinqlərin qrafikinin hazırlanması və təsdiq olunması üçün müvafiq qaydada təqdim edilməsi; Fondun vəsaiti hesabına maliyyələşdirilmiş sahibkarlıq subyektlərində müvəkkil kredit təşkilatları ilə birgə və müstəqil monitorinqlərin aparılmasının təşkil edilməsi və keçirilmiş monitorinqlərin nəticələrinə dair tərtib edilmiş aktların tələb edilməsi; müvəkkil kredit təşkilatlarının ildə iki dəfədən az olmayaraq Fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqinin aparılmasına və aparılmış monitorinqlərlə bağlı hesabatların mütəmadi olaraq alınmasına nəzarətin təmin edilməsi, həmin monitorinq hesabatlarının təhlil edilməsi; güzəştli kredit vəsaitlərinin təyinatına uyğun istifadəsinə nəzarət edilməsi məqsədilə keçirilən monitorinqlər zamanı təyinatdan kənarlaşma hallarının baş verdiyi sahibkarlıq subyektləri və eləcə də müvəkkil kredit təşkilatlarının hesabatlarında güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə dair məlumat verilmiş sahibkarlıq subyektlərinin güzəştli kredit və kreditə görə hesablanmış faiz borclarının müvəkkil kredit təşkilatı tərəfindən bütövlükdə Fonda qaytarılmasının təmin edilməsi üçün təqdimatların hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi; şöbənin fəaliyyəti ilə bağlı dövrlər üzrə hesabatların hazırlanması; müvəkkil kredit təşkilatları tərəfindən Fondun vəsaiti hesabına kredit almaq üçün təqdim edilmiş, Fondun müəyyən etdiyi müvafiq formalara uyğun gəlməyən sənədlərin geri qaytarılması; şöbənin işçiləri arasında iş bölgüsünün aparılması, şöbənin işini Fondun digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurulmasının təşkil edilməsi və s.; Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilməsi və s.
Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 5 il; kompyuter: MS Office proqramları və ofis texnikası (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

10. Sahibkarlığa Kömək Milli Fondu, Maliyyə və təminat şöbəsi, Kreditlərin uçotu və nəzarəti sektoru, baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç 172
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat

Qulluq funksiyaları: kredit vəsaitinin sahibkarlıq subyektlərinə verilməsini təsdiq edən müvafiq sənədlərin və digər məlumatların müvəkkil kredit təşkilatlarından alınması; hər bir müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş limit çərçivəsində ayrılmış vəsaitlər üzrə kredit, kreditə görə hesablanmış aylıq və rüblük faizlərin və digər daxilolmaların Fondun hesabına vaxtında qaytarılmasına nəzarətin həyata keçirilməsi; sahibkarlıq subyektlərinə ayrılmış kreditlərin və kreditə görə hesablanmış aylıq və rüblük faizlərin hər bir sahibkarlıq subyekti üzrə fərdi uçotunun aparılması; müvəkkil kredit təşkilatları tərəfindən qaytarılmış kredit və faiz borcları, vaxtı keçmiş borclar, cərimələr və Fond qarşısında olan öhdəliklərin yerinə yetirilməsi haqqında məlumatların mütəmadi olaraq sektor müdirinə təqdim edilməsi; sektorun iş planının hazırlanmasında iştirak; sektor tərəfindən görülmüş işlər haqqında hesabatların hazırlanmasında iştirak və s.; Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilməsi.
Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil; iş stajı: ixtisas üzrə azı 2 il; kompyuter: MS Office və ofis texnikası (orta səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)


11. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlakçı hüquqları şöbəsi, böyük məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat

Qulluq funksiyaları: sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanmasına dair təkliflərin verilməsi; şöbə müdirinin tapşırığına əsasən araşdırma aparılması nəzərdə tutulan əmtəə və xidmət bazarlarında monitorinqlər aparan komissiyaların və antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxan Komissiyanın tərkibində iştirak; İstehlakçının hüquqlarının müdafiəsi məqsədi ilə və həmçinin vətəndaşların müraciətləri əsasında ticarət, ictimai iaşə, məişət və digər xidmət qaydalarına riayət olunması ilə bağlı keçirilən tədbirlərdə iştirak; istehlakçıların şikayətlərinə baxılması və onların qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının müdafiəsi, istehlakçının hüquqları barədə ictimaiyyətə məlumatların verməsi və onların maarifləndirilməsi məqsədi ilə zəruri tədbirlərin görülməsi, yoxlamanın nəticələri haqqında vaxtı-vaxtında müvafiq sənədlərin tərtib edilməsi; aparılmış yoxlamaların və görülmüş işlərin nəticələrinə dair toplanmış məlumatların hazırlanması, təhlil edilməsi, informasiya sistemlərinin və məlumat bazasının yaradılmasında iştirak; şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasının təmin edilməsi; mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, qida məhsullarının texnologiyası, hüquqşünaslıq, əmtəəşünaslıq ixtisas istiqamətləri üzrə ali təhsil; kompyuter: MS Windows, MS Office, Internet və s. (orta səviyyədə);


12. Strateji planlaşdırma və proqnozlaşdırma şöbəsi, Makroiqtisadi proqnozlaşdırma və təhlil sektoru, baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 84, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları: ölkənin sosial-iqtisadi vəziyyətinin inkişaf dinamikasını təhlil edilməsi; orta müddətli proqnoz göstəricilərini hazırlanması; əsas makro blokların (real, fiskal, tədiyyə balansı, monetar) hər birində baş verən dəyişiklikləri yaxından öyrənərək sahələrarası əlaqələrin monitorinqinin aparılması; ölkə və dünya iqtisadiyyatına dair makroiqtisadi təhlillərin aparılması və bu təhlillərin əsasında müvafiq materialların və təkliflərin verilməsi; iqtisadiyyatın neft sektorunun mövcud vəziyyətini təhlil edilməsi və müvafiq arayışlar hazırlanması; Azərbaycan Respublikası ilə tərəfdaş ölkələr arasında baş verən iqtisadi prosesləri yaxından izləyərək həmin ölkələrdə iqtisadi dəyişikliklərin ölkəyə mümkün təsirinin təhlil edilməsi; makroiqtisadi modellərin işlənib hazırlanmasında iştirak və bu istiqamətdə müvafiq təkliflərin verilməsi; əsas makroiqtisadi göstəricilərin aylıq monitorinqinin hazırlanması; sektorun fəaliyyət istiqaməti üzrə dövri hesabatların hazırlanmasında iştirak edilməsi; əsas makroiqtisadi göstəricilərin aylıq monitorinqinin hazırlanması; makroiqtisadiyyatın müvafiq bölmələri üzrə məlumat bazasının formalaşdırılması və onun mütəmadi olaraq yenilənməsi; hasil olunan və ixrac edilən neft və qaz həcmlərinə dair aylıq məlumatların işlənilməsi; səlahiyyətləri daxilində sektora daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılması; vəzifə səlahiyyətlərinin icrasına uyğun olaraq rəhbərlik tərəfindən verilmiş əmr, sərəncam və göstərişlərin yerinə yetirilməsi; peşə fəaliyyəti və vəzifə öhdəlikləri ilə əlaqədar bilik və bacarıqlarını mütəmadi olaraq təkmilləşdirmək üçün ölkədə və eləcə də xaricdə keçirilən təlim, seminar, konfrans və digər tədbirlərdə iştirak etmək.
Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, riyaziyyat ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 2 il; kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə), E-views (orta səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə). Əlavə xarici dil biliyinə üstünlük verilir.


13. Sahibkarlığın inkişafı siyasəti şöbəsi, Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektoru, böyük məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Bül-Bül prospekti, 20
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Qulluq funksiyaları: Sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının, təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanması və təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək; dövlət orqanlarından daxil olmuş, sahibkarların hüquqlarına və qanuni mənafelərinə, onların hüquqi vəziyyətinə təsir edən normativ hüquqi aktların layihələrinə baxmaq, onlara dair aidiyyəti üzrə rəy və təkliflər vermək; dövlət orqanları, bələdiyyələr və digər şəxslər tərəfindən sahibkarların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran (pozan) hərəkətlərin dayandırılması və onlardan müəyyən olunmuş qaydada zəruri məlumatların (sənədlərin) əldə edilməsi ilə bağlı şöbənin rəhbərliyinə təkliflər vermək; sahibkarlıq fəaliyyətinə maneələr və qanunsuz müdaxilələrlə bağlı sorğular keçirilməsində iştirak etmək; sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsində və əməkdaşlığın həyata keçirilməsində iştirak etmək; vətəndaşlardan, o cümlədən sahibkarlıq subyektlərindən daxil olmuş müraciətlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun baxılmasını və araşdırılmasını, həmçinin vətəndaşların, o cümlədən sahibkarlıq subyektlərinin qəbulunun təşkil olunmasını təmin etmək; vətəndaşlardan,ocümlədənsahibkarlıq subyektlərindən daxil olmuş və şöbədə baxılmış müraciətlərə dair mütəmadi olaraq hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim olunmasını təmin etmək; Nazirliyin rəsmi informasiya ehtiyatlarında yerləşdirilməsi üçün sahibkarlıq sahəsinə aid normativ hüquqi aktlara edilmiş dəyişikliklər barədə, həmçinin sahibkarları maraqlandıran digər maarifləndirici məlumatların hazırlanmasında iştirak etmək; Nazirliyi dövlət və qeyri-dövlət orqanlarında yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə təmsil etmək və s

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: İxtisası üzrə 1 (bir) il; kompyuter: MS Windows, MS Office, Internet (yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili və ya başqa xarici dil (orta səviyyədə)

 

 

← Geriyə