İşə qəbul - elanlar

  • Yaradılıb 27.06.2013 05:24
  • Yenilənib 27.06.2013 05:27
  • Nəşr edilib 27.06.2013 05:24

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
vakant dövlət qulluğu vəzifələrinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadi İnkişaf Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə (2 nömrəli əlavə)
• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 24 iyun 2013-cü il tarixdən
09 iyul 2013-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət edilə bilər.

Telefonlar: 493 88 67 (dax. 2147)

 

1. Struktur bölmə: Dövlət qulluğu və kadrlar şöbəsi, Kadrlarla iş sektoru
Vakant vəzifə: sektor müdiri
Vəzifənin kodu: 1030048
İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• insan resurslarının idarə edilməsinə dair proqramların və digər sənədlərin hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi;
• qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məzuniyyət cədvəllərinin tərtib olunmasın və işçilərə məzuniyyət verilməsinin, onların qeydiyyatının aparılmasının və ezamiyyətə göndərilməsinin təmin edilməsi;
• Nazirliyin struktur bölmələrində və regional bölmələrində kadr işinin təşkilinə nəzarətin həyata keçirilməsi;
• Nazirliyin kadr siyasətinin və strategiyasının formalaşdırılmasında iştirak, dövlət orqanının kadr siyasətinin və strategiyasının hazırlanması;
• Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi ilə birlikdə işçilərin pensiya təminatı məqsədi ilə lazım olan zəruri sənədlərin hazırlanması və onların əhalinin sosial müdafiəsi orqanlarına təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq ixtisas istiqamətləri və informatika ixtisası üzrə ali təhsil;
iş stajı: ixtisası üzrə azı 3 il;
kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);
xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).


← Geriyə