İşə qəbul - elanlar

  • Yaradılıb 30.09.2014 11:20
  • Yenilənib 30.09.2014 11:33
  • Nəşr edilib 30.09.2014 11:20

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifəsinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 26 sentyabr 2014-cü il tarixdən
11 oktyabr 2014-cü il tarixdə saat 18:00-dək İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.
Telefonlar: (+99412) 493-88-67

 

1. Struktur bölmə: Gəncə-Qazax regional bölməsi (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri)
Vakant vəzifə: Bölmə müdirinin müavini
İş yerinin ünvanı: Gəncə şəhəri, Azadlıq Meydanı, İnzibati bina, 2-ci mərtəbə
İnzibati vəzifənin təsnifatı: 6-ci təsnifat
Qulluq funksiyaları:
• Müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• Müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsepsiya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;
• Müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsi;
• Region üzrə müvafiq statistik hesabatların aparılması işinin təşkil edilməsi;
• Bölmənin əməkdaşlarının fəaliyyətinə gündəlik nəzarətin həyata keçirilməsi və onların işinin səmərəli təşkili üçün müvafiq tədbirlərin görülməsi;
• Bölmənin mövcud vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanması;
• Bölməyə daxil olan müraciətlərin araşdırılması, cavablandırılmasının təşkil edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
İş stajı: İxtisası üzrə azı 1 il
Kompyuter: MS Windows, MS Office, İnternet və s. (orta səviyyədə)
Xarici dil: Rus dili (orta səviyyədə)

 

2. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Avropa İttifaqı ilə əməkdaşlıq sektoru
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi"
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Avropaya inteqrasiya və Avropa İttifaqı ilə əməkdaşlığın əlaqələndirilməsi üzrə tədbirlərin görülməsi;
• Azərbaycan Respublikasının Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması tədbirlərinin əlaqələndirilməsində iştirak;
• Azərbaycan Hökumətinin Avropa İttifaqı ilə texniki əməkdaşlıq sahəsində proqramlaşdırmada iştirak edilməsi və bu fəaliyyətin təşkil edilməsi;
• Avropa İttifaqı ilə texniki və maliyyə əməkdaşlıq sahəsində Saziş layihələrinin nəzərdən keçirilməsi, onlara müvafiq rəy və təkliflər hazırlanması və imzalanması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• Ölkənin və dövlət orqanlarının texniki yardıma olan ehtiyaclarının araşdırılması və müvafiq layihələrin təşviqinin həyata keçirilməsi;
• Texniki əməkdaşlıq ilə bağlı Avropa İttifaqı ilə danışıqlarda iştirak edilməsi;
• Avropa İttifaqının yardımların məqsədli və səmərəli istifadə olunmasına nəzarətin həyata keçirməsinə yardım edilməsi;
• Texniki yardımların alınması ilə bağlı nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması;
• Ölkədə və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların, seminarların və digər tədbirlərin işində iştirak edilməsi;
• Aidiyyəti üzrə verilən əlavə tapşırıqların icra edilməsi, sektorun fəaliyyətinin təşkil olunması və nəzarət edilməsinə yardım edilməsi, zərurət olduqda sektor müdirinin vəzifələrinin icra edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, hüquqşünaslıq, beynəlxalq münasibətlər, regionşünaslıq, politologiya ixtisasları üzrə ali təhsil
İş stajı: İxtisası üzrə azı 1 il
Kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
Xarici dil: İngilis dili (yüksək səviyyədə)


3. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq donorlarla əməkdaşlıq sektoru
Vakant vəzifə: Aparıcı məsləhətçi
İş yerinin ünvanı: Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi"
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Azərbaycan Hökumətinin beynəlxalq təşkilatlarla texniki əməkdaşlıq sahəsində fəaliyyətinin əlaqələndirməsinin təşkil edilməsi;
• Xarici ölkələr və beynəlxalq təşkilatlarla texniki və maliyyə əməkdaşlıq sahəsində Saziş layihələrinin nəzərdən keçirilməsi, onlara müvafiq rəy və təkliflər hazırlanması və imzalanması ilə bağlı tədbirlərin həyata keçirilməsi;
• Ölkənin və dövlət orqanlarının texniki və maliyyə yardımına olan ehtiyaclarının araşdırılması və müvafiq layihələrin təşviqinin həyata keçirilməsi;
• Texniki əməkdaşlıq üçün əhəmiyyət kəsb edən layihələrin müəyyənləşdirilməsi, onların ikitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində maliyyələşdirilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi;
• Azərbaycanda və xaricdə keçirilən işçi qruplarının, konfransların, illik toplantıların, seminarların və digər tədbirlərin işində iştirak edilməsi;
• Aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, hüquqşünaslıq, beynəlxalq münasibətlər, beynəlxalq hüquq, regionşünaslıq, politologiya ixtisasları üzrə ali təhsil
Kompyuter: MS Windows, MS Office, Internet və s. (yüksək səviyyədə)
Xarici dil: Rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

4. Struktur bölmə: Regionların inkişafı və dövlət proqramları şöbəsi, Regionlarla iş sektoru
Vakant vəzifə: Sektor müdiri
İş yerinin ünvanı: Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi"
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq regionların xüsusiyyətlərini nəzərə almaqla səlahiyyətləri daxilində təkliflərin verilməsi;
• Regionlar üzrə investisiyaların cəlb edilməsinin əsas istiqamətləri və investorların stimullaşdırılması sahəsində tədbirlər müəyyən edilərkən təkliflərin verilməsi;
• Regionlar üzrə sahibkarlığın inkişafına kömək və onun stimullaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsində təkliflərin verilməsi;
• Regional bölmələrin fəaliyyətinə dair daxil olan təklif və şikayətlərin araşdırılması;
• Regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirlərinin əlaqələndirilməsinin həyata keçirilməsi;
• Dövlətin regional siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi, yeni hazırlanan və icraatda olan dövlət proqramlarının regionların inkişafı baxımından ekspertizasının həyata keçirilməsində iştirak edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
İş stajı: İxtisası üzrə azı 3 il
Kompyuter: MS Offise proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti (yüksək səviyyədə)
Xarici dil: Rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

5. Struktur bölmə: Maliyyə və təminat şöbəsi, Təminat sektoru
Vakant vəzifə: Baş məsləhətçi
İş yerinin ünvanı: Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, "Hökumət Evi"
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Alınması tələb olunan malların (iş və xidmətlərin) optimal satış qiymətlərinin müəyyən edilərək əsaslandırılması və təminatı;
• Proqnoz və faktiki tələbatın təsdiq olunmuş xərclər smetasına uyğunluğunun təmin edilməsi;
• Nazirliyin balansında olan binaların, inventar və avadanlıqların, qurğuların səmərəli istifadə olunması, təmiri və qorunmasına nəzarətin həyata keşirilməsi;
• Nəqliyyat və təsərrüfat işlərinin, Nazirliyin əməkdaşlarının xidməti fəaliyyəti üçün müvafiq təminatın təşkil edilməsi və s.
• Şöbənin və sektorun funksiyalarının həyata keçirilməsi ilə bağlı məktub, əmr və digər sənədlərin hazırlanması, müxtəlif təşkilatlardan sektora daxil olan məktubların;
• Alınması tələb olunan mallara, iventar və avadanlıqlara və s. olan tələbatın müəyyənləşdirilməsi
• Yeni alınmış inventar və avadanlıqların balansa mədaxil edilməsi, balansdan-balansa və ya müvəqqəti istifadəyə verilməsinin təmin edilməsi və s
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
İş stajı: İxtisası üzrə azı 2 il
Kompyuter: MS Windows, MS Office, İnternet və s. (orta səviyyədə)
Xarici dil: Rus dili (orta səviyyədə)

 

← Geriyə