İşə qəbul - elanlar

  • Yaradılıb 04.10.2012 06:35
  • Yenilənib 04.10.2012 06:36
  • Nəşr edilib 04.10.2012 06:35

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

vakant dövlət qulluğu vəzifələrinin

tutulması ilə bağlı müsahibə

ELAN EDİR:

 

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan İqtisadi İnkişaf Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

 

Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

 

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 10 sentyabr 2012-ci il tarixdən
24 sentyabr 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00‑dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

 

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

 

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə müraciət edilə bilər.

 

 

 

Telefonlar: 493 88 67 (dax. 2147)

 

 

 

 

 

1. Struktur bölmə: İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Fiskal, monetar və qiymət siyasəti sektoru

 

Vakant vəzifə: baş məsləhətçi

 

Vəzifənin kodu: 1030007

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • iqtisadi vəziyyətin təhlili əsasında dövlətin iqtisadi siyasətinin həyata keçirilməsinin təmin edilməsi ilə bağlı qanun və digər normativ hüquqi aktların layihələrinin işlənib hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • ölkədə aparılan iqtisadi siyasətə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə rüsumların, vergilərin və digər məcburi ödənişlərin dərəcələri ilə bağlı təkliflərin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;
  • iqtisadi vəziyyətin təhlil edilməsi, iqtisadiyyatın dövlət tənzimlənməsi və iqtisadi inkişafın öncül istiqamətləri barədə təkliflərin hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi;
  • dövlət büdcəsinin formalaşdırılması üçün əhalinin pul gəlirləri və xərcləri balansının proqnozunun tərtib edilməsi və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 2 il;

 

kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

2. Struktur bölmə: İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi, Sahələrarası əlaqələr və icmal sektoru

 

Vakant vəzifə: baş məsləhətçi

 

Vəzifənin kodu: 1030018

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • iqtisadiyyatın inkişaf dinamikasının təhlilində və onun icmalının hazırlanmasında iştirak;
  • neft sektorunun inkişafı istiqamətində dövlətin iqtisadi siyasətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;
  • dünya bazarında neft sektorunun mövcud vəziyyəti və baş verən meyillər ilə əlaqədar olaraq arayışların hazırlanması;
  • neft sektoru üzrə zəruri göstəricilər bazasının yaradılması;
  • iqtisadiyyatın sahələri üzrə məqsədli proqramların, qanun, fərman və digər normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak və digər dövlət orqanları tərəfindən bu sahədə hazırlanmış normativ hüquqi aktların layihələrinə dair rəy və təkliflərin hazırlanması;
  • sektora daxil olmuş məktub və digər sənədlərin icrasında iştirak və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 2 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

3. Struktur bölmə: Strateji planlaşdırma şöbəsi, İnsan kapitalının inkişafı sektoru

 

Vakant vəzifə: böyük məsləhətçi

 

Vəzifənin kodu: 1030032

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • insan kapitalının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak edilməsi;
  • insan kapitalının inkişafı üzrə strategiya və üsulların ümumdövlət inkişaf strategiya və praktikası ilə uzlaşdırılması; insan kapitalının ölçülməsi üzrə dünya praktikasında istifadə olunan metodologiyaları öyrənilməsi və tətbiq edilməsi, yeni metodologiyaların işlənilməsi;
  • müvafiq dövlət qurumları tərəfindən insan kapitalı sahəsinə dair sorğu olunan məlumatların cavablandırılması;
  • aidiyyəti üzrə verilən əlavə tapşırıqlarınicra edilməsi;
  • Dövlət Proqramlarında insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
  • xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumatların toplanılması;
  • xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclərin işlə təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanması və tədbirlərin həyata keçirilməsi və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 1 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

4. Struktur bölmə: Ümumi şöbə, Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sektoru

 

Vakant vəzifə: sektor müdiri

 

Vəzifənin kodu: 1030066

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • sektorun fəaliyyətinin təşkil edilməsi və ona rəhbərlik edilməsi;
  • rəhbərliyin müəyyən etdiyi iş bölgüsünə əsasən sektor əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi;
  • sektora həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədi ilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinin təmin edilməsi;
  • sektorun əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün şöbənin rəhbərliyinə təqdimatın verilməsi;
  • sektor üzrə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasının, kargüzarlıq işlərinin aparılmasının və məxfilik rejiminin təmin edilməsi və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: ali;

 

iş stajı: azı 3 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

5. Struktur bölmə: Daxili nəzarət şöbəsi, Daxili audit və monitorinq sektoru

 

Vakant vəzifə: aparıcı məsləhətçi

 

Vəzifənin kodu: 1030080

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərin təşkilində və həyata keçirilməsində iştirak;
  • Nazirliyin strukturlarının və tabeliyindəki qurumlarının fəaliyyətinə dair keçirilmiş daxili nəzarət tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə onların rəhbərlərindən və vəzifəli şəxslərindən məlumatlar alaraq, həmin nöqsanların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər verilməsi;
  • məlumat, nəzarət və icra üçün daxil olmuş sənədləri qəbul edərək onlarla tanış olması, icra xarakterli sənədlərin müəyyən edilmiş müddətlərdə və qaydada icrasının təmin edilməsi;
  • Nazirliyin strukturlarında müvafiq qaydalara uyğun olaraq xidməti yoxlamalar aparılması və nəticələrinin ümumiləşdirilməsi;
  • Nazirliyin strukturlarında aparılan xidməti yoxlamalar zamanı vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların hərəkətlərinin normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə uyğunluğunun yerində araşdırılması;
  • Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsi;
  • Nazirliyin strukturlarında aparılan xidməti yoxlamalar zamanı Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların və təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunması istiqamətində nəzarətin həyata keçirilməsinin təşkil edilməsi;
  • iqtisadi inkişaf nazirinin əmr və digər təşkilati-sərəncamverici sənədlərinin layihələrinin hazırlanması;
  • Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamlarından irəli gələn tapşırıqların, İqtisadi İnkişaf Nazirliyinin əmr, sərəncam və göstərişlərinin, habelə digər dövlət orqanlarının sorğularının icrasının strukturlarda yoxlanılması;
  • Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunması üçün müvafiq tədbirlər görülməsi və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə)

 

 

 

 

6. Struktur bölmə: Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsi, İkitərəfli iqtisadi əlaqələr və icmal sektoru

 

Vakant vəzifə: sektor müdiri

 

Vəzifənin kodu: Yeni vəzifə

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Azərbaycan Respublikasının ikitərəfli və çoxtərəfli xarici iqtisadi əlaqələrinin həyata keçirilməsi sahəsində sektorun əməkdaşlarının fəaliyyətinə rəhbərlik;
  • xarici ölkələrin iqtisadiyyatlarının təhlili işinə rəhbərlik;
  • dünya ölkələri ilə iqtisadi əməkdaşlıq, mövcud əlaqələrə dair məlumat bazasının mütəmadi olaraq yeniləşdirilməsi, həmçinin gələcək əməkdaşlıq imkanlarının təhlili və təkliflərin hazırlanması işinin təşkili və əlaqələndirilməsi;
  • xarici ölkələr tərəfindən təqdim olunan əməkdaşlıq üzrə təkliflərin araşdırılmasına nəzarət;
  • ikitərəfli danışıqların aparılması və danışıqlarda iştirak edilməsi;
  • xarici ölkələrlə hüquqi bazanın genişləndirilməsi məqsədilə lazım olan yeni sənədlərin (sazişlərin, müqavilələrin və sair) tərtib edilməsi;
  • respublikanın aidiyyəti təşkilatları ilə razılaşdırılması və imzalandıqdan sonra həyata keçirilməsi işinə nəzarət edilməsi;
  • iqtisadi inkişaf nazirinin həmsədr olduğu Hökumətlərarası İqtisadi Komissiyaların işinin təşkili və fəaliyyətinin əlaqələndirilməsinə nəzarətin həyata keçiriməsi, həmçinin digər Hökumətlərarası Komissiyalar çərçivəsində aparılan danışıqlarda iştirak edilməsi;
  • nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandılması işinə nəzarət və əlaqələndirmənin həyata keçirilməsi;
  • sektorun səlahiyyətlərinə daxil olan işlərin təşkil edilməsi;
  • sektorun əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, həyata keçirilən işlərə nəzarət edilməsi.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri, humanitar və sosial ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə 3 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

 

 

 

7. Struktur bölmə: Sahibkarlığın inkişafı siyasəti şöbəsi, Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektoru

 

Vakant vəzifə: baş məsləhətçi

 

Vəzifənin kodu: 1030159

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • sahibkarlıq fəaliyyətini tənzimləyən müasir qanunvericilik bazasının işlənib hazırlanması və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi;
  • dövlət orqanlarından, bələdiyyələrdən və digər şəxslərdən sahibkarların və istehlakçıların hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran hərəkətlərin dayandırılması ilə bağlı təkliflərin verilməsi;
  • iqtisadi fəaliyyət növlərinin lisenziyalaşdırılması sisteminin tətbiqi sahəsində dövlət siyasətinin hazırlanmasında iştirak və səlahiyyətləri daxilində həyata keçirilməsi, lisenziyalaşdırma ilə bağlı dövlət tənzimlənməsinin əsas istiqamətlərini və normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanması;
  • lisenziya verən dövlət orqanlarına metodiki rəhbərliyin və informasiya təminatının həyata keçirilməsi;
  • ölkədə vahid lisenziya reyestrinin aparılması;
  • lisenziyalaşdırma məsələləri üzrə aidiyyəti dövlət orqanlarına təkliflərin verilməsi;
  • sektorun fəaliyyət istiqamətlərinə daxil olan məsələlər üzrə layihələrin hazırlanması, ekspertizaların keçirilməsi, rəy və təkliflərin verilməsi, təhlillərin, ümumiləşdirmələrin, monitorinqlərin, tədqiqatların aparılması və analitik materialların hazırlanması;
  • lisenziya blanklarının hazırlanmasına dair sifarişlərin verilməsi, onların bölgüsü, blankların istifadəsinin uçotunun və hesabatının aparılması;
  • qanunvericiliklə müəyyən edilmiş idxal-ixrac əməliyyatları üzrə müqavilələrin ekspertizadan və qeydiyyatdan keçirilməsi;
  • səlahiyyətlərinə aid olan məsələlərlə bağlı aidiyyəti üzrə təkliflərin verilməsi və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə, texniki ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 2 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (yüksək səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

 

 

 

8. Struktur bölmə: Regionların inkişafı və dövlət proqramları şöbəsi, Dövlət proqramlarının icrasının əlaqələndirilməsi və təhlili sektoru

 

Vakant vəzifə: baş məsləhətçi

 

Vəzifənin kodu: Yeni vəzifə

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Dövlət proqramlarının, o cümlədən iqtisadiyyatın əsas sahələrinin inkişafına yönəldilmiş sahəvi dövlət proqramlarının icrasının əlaqələndirilməsinin və təhlilinin həyata keçirilməsinin təmin edilməsi üzrə zəruri tədbirlərin görülməsi;
  • Nazirliyin əlaqələndiricisi olduğu dövlət proqramlarında və digər sahəvi dövlət proqramlarında İqtisadi İnkişaf Nazirliyinə həvalə edilmiş tədbirlərin icrası ilə əlaqədar müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları, həmçinin Nazirliyin struktur bölmələri tərəfindən təqdim olunmuş hesabatların, ayrı-ayrı məktublara, sorğulara verilmiş cavabların təhlil edilməsi, dövlət proqramlarının icrasında yol verilmiş nöqsanların araşdırılması və onların aradan qaldırılması sahəsində təkliflərin hazırlanması;
  • Dövlət proqramlarının icrası ilə əlaqədar müvafiq məlumat bazasının formalaşdırılması və mütəmadi olaraq yeniləşdirilməsi;
  • Nazirliyin əlaqələndiricisi olduğu proqramların icra vəziyyəti barədə yekun hesabatların hazırlanması və təhlili ilə bağlı müvafiq işlərin görülməsi;
  • Mərkəzi və yerli icra hakimiyyəti orqanları, ictimai təşkilatlar tərəfindən hazırlanmış proqramların layihələrinə rəy verilməsi və s.
  • Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məsələləri ilə bağlı daxil olmuş məktublara baxılması və s.
  • Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin görülməsi.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə 2 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

9. Struktur bölmə: Regionların inkişafı və dövlət proqramları şöbəsi, Dövlət proqramlarının monitorinqi və icrasına nəzarət sektoru

 

Vakant vəzifə: sektor müdiri

 

Vəzifənin kodu: Yeni vəzifə

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Dövlət proqramlarının, o cümlədən iqtisadiyyatın inkişafını təmin edən sahəvi dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsinin təmin edilməsi;
  • İqtisadi İnkişaf Nazirliyinin əlaqələndiricisi olduğu dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması məqsədilə monitorinqlərin həyata keçirilməsinin təşkili;
  • Keçirilmiş monitorinqlər nəticəsində müəyyən olunmuş nöqsanların araşdırılması və onların aradan qaldırılması sahəsində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması;
  • Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin görülməsi;
  • Dövlət proqramlarının monitorinqi ilə əlaqədar müvafiq məlumat bazasının formalaşdırılması və mütəmadi olaraq yeniləşdirilməsi;
  • Monitorinqlərin nəticələrinin təhlili, qiymətləndirilməsi və hesabatların hazırlanması ilə bağlı müvafiq işlərin görülməsi;
  • Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məsələləri ilə bağlı daxil olmuş məktublara baxılması, hesabatların təqdim olunması və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə 3 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

10. Struktur bölmə: Regionların inkişafı və dövlət proqramları şöbəsi, Dövlət proqramlarının monitorinqi və icrasına nəzarət sektoru

 

Vakant vəzifə: böyük məsləhətçi

 

Vəzifənin kodu: Yeni vəzifə

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • İqtisadi İnkişaf Nazirliyinin əlaqələndiricisi olduğu dövlət proqramlarının monitorinqinin həyata keçirilməsində iştirak etmək;
  • Keçirilmiş monitorinqlər nəticəsində müəyyən olunmuş nöqsanların aradan qaldırılması sahəsində müvafiq tədbirlərin görülməsi üçün təkliflərin hazırlanması;
  • Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə müzakirələrin, görüşlərin və s. keçirilməsinin təşkili ilə bağlı zəruri tədbirlərin görülməsi;
  • Dövlət proqramlarının monitorinqi ilə əlaqədar müvafiq məlumat bazasının formalaşdırılması və mütəmadi olaraq yeniləşdirilməsi;
  • Monitorinqlərin nəticələrinin təhlili, qiymətləndirilməsi və hesabatların hazırlanması ilə bağlı müvafiq işlərin görülməsi;
  • Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti üzrə icrası məsələləri ilə bağlı daxil olmuş məktublara baxılması, hesabatların təqdim olunması və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə 1 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

 

 

 

11. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru

 

Vakant vəzifə: baş məsləhətçi

 

Vəzifənin kodu: 1030121

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Azərbaycan Respublikasının beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq yerli hökumət orqanları və beynəlxalq təşkilatlarla əlaqələndirilmənin təşkil edilməsi;
  • sektora müxtəlif yerli və xarici təşkilatlardan daxil olan məktubların müvafiq qaydada icra edilməsi;
  • beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığa dair arayışların hazırlanması;
  • beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş sazişlərin, müqavilələrin, anlaşma memorandumlarının və digər sənəd layihələrinin təhlil edilməsi və müvafiq rəylər hazırlanması;
  • qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xaricdə keçirilən forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak edilməsi;
  • nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması və aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra edilməsi;
  • zəruriyyət olduqda sektor müdirinin vəzifələrinin icra edilməsi və s.

Vəzifənin tutulması şərtləri:

 

təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, politologiya ixtisas istiqamətləri üzrə ali təhsil;

 

iş stajı: ixtisası üzrə azı 3 il;

 

kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);

 

xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (yüksək səviyyədə)

 

 

12. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq sektoru

 

Vakant vəzifə: böyük məsləhətçi

 

Vəzifənin kodu: 1030126

 

İş yerinin ünvanı: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 40, Hökumət Evi

 

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

 

Qulluq funksiyaları:

  • Azərbaycan Hökumətinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlığının həyata keçirilməsində iştirak edilməsi;
  • iqtisadiyyatın ayrı-ayrı sahələrinə maliyyə vəsaitlərinin, kreditlərin cəlb edilməsi üçün səlahiyyətləri daxilində tədbirlər görülməsi;
  • aidiyyəti üzrə danışıqlar aparılması, müvafiq müqavilələrin (sazişlərin, kontraktların) layihələrinin hazırlanması, onların qanunvericiliklə müəyyən edilmiş qaydada imzalanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsinin təmin edilməsi;
  • kredit layihələrinin məqsədli və səmərəli istifadə olunmasına nəzarətin həyata keçirilməsi;
  • aidiyyəti üzrə Azərbaycanda və xarici ölkələrdə keçirilən forumların, konfranslar

← Geriyə