İşə qəbul - elanlar

  • Yaradılıb 04.12.2014 10:29
  • Yenilənib 04.12.2014 10:29
  • Nəşr edilib 04.12.2014 10:29

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi
vakant dövlət qulluğu vəzifəsinin
tutulması ilə bağlı müsahibə
ELAN EDİR:

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizənin surəti
• əmək kitabçasının surəti
• ali təhsil haqqında diplomun surəti(xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə)
• kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir)
• bir ədəd ağ rəngli foto şəkil
• son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 21 noyabr 2014-cü il tarixdən
06 dekabr 2014-cü il tarixdə saat 18:00-dək İqtisadiyyat və Sənaye Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edilə bilər.
Telefonlar: (+99412) 493-88-67

 

1. Struktur bölmə: İnsan kapitalının inkişafı sektoru
Vakant vəzifə: Sektor müdiri
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Şöbənin Əsasnaməni rəhbər tutaraq sektorun fəaliyyətini təşkil etmək, işin icrasına nəzarəti həyata keçirmək, sektor daxilində iş intizamının yüksək səviyyədə saxlamaq, əməkdaşlar arasında iş bölgüsünü aparmaq, onların mütəxəssis kimi təkmilləşmələri üçün səlahiyyətləri daxilində tədbirlər görmək;
• insan kapitalının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
• insan kapitalının inkişafı üzrə strategiya və üsulların ümumdövlət inkişaf strategiya və praktikası ilə uzlaşdırmaq;
• insan kapitalının ölçülməsi üzrə dünya praktikasında istifadə olunan metodologiyaları öyrənmək və tətbiq etmək, yeni metodologiyaları işləmək;
• aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək.
• Dövlət Proqramlarında insan kapitalı və insan potensialının artırılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsində iştirak;
• xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumatların toplanılması;
• xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclərin işlə təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanması və tədbirlərin həyata keçirilməsi və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə, hüquqşünaslıq və beynəlxalq hüquq ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: İxtisası üzrə azı 3 (üç) il
Kompyuter: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
Xarici dil: Rus dili – Orta səviyyədə; İngilis dili – Orta səviyyədə (əlavə xarici dil biliyinə üstünlük verilir)

 

2. Struktur bölmə: Daxili nəzarət şöbəsi, Daxili araşdırmalar sektoru
Vakant vəzifə: Sektor müdiri
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sektorun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək, əməkdaşların fəaliyyətini əlaqələndirmək, tabeliyində olan əməkdaşlar arasında cari iş bölgüsünü aparmaq, əmək, icra və xidmət intizamına riayət olunmasını təmin etmək;
• Nazirliyin strukturlarında daxili nəzarət tədbirlərinin təşkilini və həyata keçirilməsini təmin etmək;
• daxili nəzarət məqsədləri üçün Nazirliyin strukturlarında daxili audit yoxlamaları və monitorinqlə əhatə edilməli olan fəaliyyət sahələrinin müəyyən olunmasında iştirak etmək;
• daxili auditin və monitorinqin keçirilmə metodikasının və prosedurunun hazırlanmasında iştirak etmək;
• Nazirliyin strukturlarında müvafiq qaydalara uyğun olaraq xidməti yoxlamaların və araşdırmaların aparılmasını və nəticələrinin rəsmiləşdirilməsini təmin və təşkil etmək;
• Nazirliyin əməkdaşları barədə, o cümlədən daxili nəzarət tədbirlərinin nəticələri üzrə dövlət qulluğu, əmək və digər qanunvericilik aktlarının müddəalarının pozulması ilə əlaqədar xidməti yoxlamalar və araşdırmalar aparılmasını təşkil etmək; Nazirliyin strukturlarında aparılacaq xidməti yoxlamaların və araşdırmaların planlarının tərtib edilməsini təşkil etmək;
• Nazirliyin strukturlarında aparılan xidməti yoxlamalar və araşdırmalar zamanı vətəndaşların, o cümlədən sahibkarların hüquqlarının pozulması halları müəyyən edildikdə, əməkdaşların hərəkətlərinin normativ-hüquqi və digər idarəetmə aktlarının tələblərinə uyğunluğunun yerində araşdırılmasını təşkil etmək;
• xidməti yoxlamalar və araşdırmalar ilə əlaqədar Nazirliyin əməkdaşlarından və digər şəxslərdən məlumat, arayış və izahatlar almaq;
• Nazirliyin strukturlarında əmək, icra və xidmət intizamına əməl olunması üzərində müşahidə-baxış tədbirlərinin həyata keçirilməsini təşkil etmək;
• Nazirliyin strukturları və əməkdaşları tərəfindən onların fəaliyyətini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl olunması istiqamətində nəzarəti həyata keçirmək;
• əməkdaşlar tərəfindən etik davranış qaydalarına əməl edilməsi ilə bağlı xidməti yoxlamalar və araşdırmalar aparmaq;
• Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı xidməti yoxlamalar və araşdırmalar aparmaq;
• sektora daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunla müəyyən edilmiş müddətlərdə və qaydada baxılmasına cari nəzarəti həyata keçirmək;
• qanunvericiliyə uyğun olaraq digər vəzifələri həyata keçirmək və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: Hüquqşünaslıq, beynəlxalq hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil.
İş stajı: İxtisası üzrə azı 3 il iş stajı
Kompyuter: MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə
Xarici dil: Rus dili – orta səviyyədə

 

3. Struktur bölmə: Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru
Vakant vəzifə: Baş məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Azərbaycan Respublikasının beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq istiqamətində müvafiq tədbirlərin görülməsi;
• Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə müvafiq yerli hökumət orqanları və beynəlxalq təşkilatlarla əlaqələndirməni təşkil etmək;
• Sektora müxtəlif yerli və xarici təşkilatlardan daxil olan məktubların müvafiq qaydada icra etmək;
• Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlığa dair arayışları hazırlanmaq;
• Beynəlxalq təşkilatlar tərəfindən təqdim olunmuş sazişləri, müqavilələri, anlaşma memorandumlarını və digər sənəd layihələrini təhlil etmək və müvafiq rəylər hazırlamaq;
• Qabaqcıl təcrübənin öyrənilməsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən xaricdə keçirilən forumların, konfransların, seminarların, digər tədbirlərin işində iştirak etmək;
• Nazirliyə daxil olan müraciətlərə aidiyyəti üzrə baxılması və cavablandırılması və aidiyyəti üzrə verilən əlavə tapşırıqları icra etmək;
• Zərurət olduqda sektor müdirinin vəzifələrini icra etməkvə s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, Hüquqşünaslıq, Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər, Politologiya ixtisasları üzrə ali təhsil;
İş stajı: İxtisası üzrə azı 2 il.
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə)
Xarici dil: ingilis dili (yüksək səviyyədə ); rus dili (yüksək səviyyədə)

 

4. Struktur bölmə: Ümumi şöbə, Sənədlərlə iş və arxiv sektoru
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• Sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasını həyata keçirmək;
• Daxil olan sənədləri qeydiyyata almaq;
• Sənədləri işlər üzrə formalaşdırmaq, saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
• Nazirlikdən xaric olan bütün sənədlərin qeydiyyatını aparmaq;
• Nazirlikdən xaric olan sənədlərdə ünvanının düzgün əks olunmasını, göstərilən qoşmaların mövcudluğunu yoxlamaq və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə sənədləri icraçılara qaytarmaq;
• Nazirliyin strukturlarından sənədləri müvafiq qaydada arxivə qəbul etmək, onların saxlanılmasını, saxlanılma müddəti bitdikdən sonra Mərkəzi Ekspert Komissiyasının Əsasnaməsinə uyğun olaraq dövlət arxivinə verilməsini, saxlanma müddəti bitmiş və arxivə verilməyən sənədlərin müvafiq akt əsasında məhv edilməsini təmin etmək;
• Sənəd qovluqlarının düzgün formalaşdırılmasını, sənədlərin tez tapılmasının təmin edilməsini, işlərin sistemləşdirilməsini, uçotunu, onların saxlanma müddətlərinin müəyyən edilməsini, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsini təmin etmək;
• Qovluqların saxlanılmaq üçün arxivə təhvil verilməsindən əvvəl onlarda sənədlərin hamısının olub-olmadığını, sənədlərin yerləşməsinin düzgünlüyünü və qovluqlarla siyahı arasında məlumatların uyğunluğunu, işə tikilməli sənədlərin qeydə alınıb-alınmadığını yoxlamaq;
• Nazirlikdə kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək;
• Qulluq funksiyası ilə həvalə edilmiş işlərin təkmilləşdirilməsi ilə bağlı təklif vermək;
• Rəhbərliyin göstərişi ilə digər vəzifələri yerinə yetirmək və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: Ali təhsil
İş stajı: 1 il
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə)
Xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)

 

5. Struktur bölmə: Sahibkarlığın inkişafı siyasəti şöbəsi, Sahibkarlığın dəstəklənməsi və təşviqi sektoru
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Üzeyir Hacıbəyli küçəsi 84, Hökümət Evi
İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat
Qulluq funksiyaları:
• sahibkarlığın inkişafı, təşviqi və dəstəklənməsi sahəsində təkliflər hazırlamaq;
• sahibkarlığın inkişafı və dəstəklənməsi sahəsində qanunvericilik bazasının hazırlanması və təkmilləşdirilməsi üçün təkliflər vermək;
• sahibkarlığın, xüsusilə də, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin təşkilinə dair təkliflər vermək;
• dövlət-sahibkar münasibətlərinin səmərəliliyinin, əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, kiçik və orta sahibkarlığın inkişafının təşviq edilməsi ilə bağlı təkliflər hazırlamaq və həyata keçirilməsində iştirak etmək;
• sahibkarlıq subyektlərinin istehsal etdiyi malların və göstərdiyi xidmətlərin xarici bazarlara çıxarılması və bununla bağlı lazım olan əlverişli şəraitin yaradılması, ixracatçıların maraqlarının müdafiə olunması üçün təkliflər vermək;
• sahibkarlığın inkişafı, təşviqi, dəstəklənməsi və s. sahələrdə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının əməkdaşlığının yaradılmasına və inkişafına dair təkliflər vermək;
• Nazirliyin strukturları tərəfindən sahibkarlığın təşviqi, dəstəklənməsi və s. sahələrdə həyata keçirilən tədbirlərdə səlahiyyətləri daxilində iştirak etmək, bu tədbirlərin təşkilini əlaqələndirmək, digər dövlət orqanları tərəfindən aidiyyəti tədbirlərin həyata keçirilməsi ilə bağlı təkliflər hazırlamaq;
• Nazirliyi dövlət və qeyri-dövlət orqanlarında yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə təmsil etmək;
• fəaliyyət istiqamətlərinə uyğun olaraq, digər dövlətlərin təcrübəsini öyrənmək və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
• sahibkarlıq sahəsinin inkişaf meylləri və istiqamətləri ilə bağlı araşdırmalar aparmaq, arayış və hesabatlar hazırlamaq.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə və texniki ixtisas istiqamətləri üzrə ali təhsil
İş stajı: İxtisası üzrə 1 il
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə)
Xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)

 

6. Struktur bölmə: Gəncə-Qazax regional bölməsi (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri)
Vakant vəzifə: baş məsləhətçi
İş yerinin ünvanı: Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina, 2-ci mərtəbə
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları:
• müvafiq regionun xüsusiyyətləri nəzərə alınmaqla onun inkişafına dair dövlət siyasətinin əsas istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən regionların inkişafı istiqamətində hazırlanmış konsep¬siya, proqram və layihələrin ekspertizasının həyata keçirilməsində iştirak;
• müvafiq regionun inkişafına bilavasitə təsir edəcək sahəvi investisiya layihələrinin ha¬zırlanması, qiymətləndirilməsi və ekspertizasının həyata keçirilməsində iştirak;
• bölmənin fəaliyyət isti¬qamətləri üzrə dövri hesabatların hazırlanmasında iş-tirak;
• səlahiyyətləri daxilində bölməyə daxil olan müra¬ciətlərin araşdırılması, cavablandırılması və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqaməti üzrə ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta səviyyədə)

 

7. Struktur bölmə: Sahibkarlığa Kömək Milli Fondu, Sahibkarlığın inkişafı şöbəsi, Sahibkarlarla və müvəkkil kredit təşkilatları ilə iş sektoru
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal r-nu, Şərifzadə küç 172
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• müvəkkil kredit təşkilatlarından daxil olan sifarişlər üzrə müvafiq sənədlərin hazırlanmasında iştirak;
• kredit portfelinin diversifikasiyası və müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması üzrə təkliflərin hazırlan¬masında iştirak;
• müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəricilərinin təhlil edilməsi;
• sahibkarlığın inkişafı sahəsində regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak;
• müvəkkil kredit təşkilatlarının məcmu kapitalı əsasında limit çərçivəsində onlara ayrılan vəsaitlərin həcminə nəzarətin həyata keçirilməsi;
• sahibkarlıq subyektlə¬rinə zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanmasında, bazar konyunkturasının öyrənilməsində sahib¬karlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihə¬lərinin işlənib hazırlanmasında məsləhətlərin verilməsi və metodiki köməkliyin göstərilməsində iştirak;
• şöbə və sektorun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak;
• məktub, ərizə və şikayətlərə cavab layihələrinin hazırlan¬ma¬sında iştirak və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə sahəsində ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)

 

8. Struktur bölmə: Sahibkarlığa Kömək Milli Fondu, Maliyyə və təminat şöbəsi, Mühasibatlıq və təminat sektoru
Vakant vəzifə: Baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal r-nu, Şərifzadə küç 172
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• Fondun maliyyə resurslarının hərəkətinin sənədləşdirilməsi;
• cari maliyyə ili üçün təsdiq olun¬muş xərc smetalarının icrasının həyata keçirilməsi;
• növbəti maliyyə ili üçün Fondun cari xərclərinin proqnozlaşdırılması;
• Fondun qanunvericilikdə nəzərdə tutulmuş maliyyə və statistik hesabatlarının hazırlanması və aidyyəti üzrə təqdim edilməsi;
• sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələş¬dirilməsi məqsədilə müvəkkil kredit təşkilatlarından daxil olan sifarişlər əsasında onlara ayrılmış vəsaitin köçürülməsi üçün müvafiq işlərin görülməsi;
• müvəkkil kredit təşkilatları tərəfindən qaytarılmış kredit, faiz və digər daxilolmaların uçotunun aparılması;
• təqdim olunan ilkin maliyyə və müha¬sibat sənədlərinin Azərbaycan Respublikasının qanunveri¬ciliyinə uyğunluğunun araşdırılmasının təmin edilməsi;
• bank və xəzinə əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə zəruri işlərin görülməsi;
• işçilərə əmək haqqının, ezamiyyət xərclərinin və müavinətlərin hesablanması və ödənilməsinin həyata keçirilməsi;
• müxtəlif debitor və kreditorlarla hesablaş¬maların vaxtında ödənilməsinin və uçotunun aparılması və s.;
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə sahəsində ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(yüksək səviyyədə)
Xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)


9. Struktur bölmə: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İstehlak bazarına nəzarət şöbəsi
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• şöbənin fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanmasına dair təkliflərin verilməsi;
• şöbə müdirinin tapşırığı ilə monitorinqlərdə, yoxlamalarda və komissiyaların işlərində iştirak;
• ticarət obyektlərində mövcud norma və qaydalara riayət edilməsi ilə bağlı görülən tədbirlərdə iştirak;
• yoxlamanın nəticələri haqqında vaxtı-vaxtında müvafiq sənədlərin tərtib edilməsi;
• aparılmış yoxlamaların və görülmüş işlərin nəticələrinə dair hesabatların hazırlanması və təhlil edilməsində iştirak;
• Dövlət Xidmətinə vətəndaşlardan telefon vasitəsilə daxil olan müraciətlərin (o cümlədən "Qaynar Xətt"ə) ətraflı və tam şəkildə qəbul olunmasını, rəsmiləşdirilməsini və rəhbərliyə təqdim olunmasının təmin edilməsi;
• lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməsi;
• mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, Qida məhsullarının texnologiyası, Əmtəəşünaslıq, Hüquqşünaslıq ixtisasları üzrə ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)

 

10. Struktur bölmə: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Monitorinq və analitik təhlil şöbəsi
Vakant vəzifə: Baş məsləhətçi
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 88 a
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Qulluq funksiyaları:
• sektor müdiri işdə olmadıqda onun vəzifələrinin icra edilməsi;
• sektorun fəaliyyəti ilə bağlı şöbənin iş planının hazırlanmasına dair təkliflərin verilməsi;
• Dövlət Xidmətinin şöbə və bölmələri tərəfindən təqdim olumuş yoxlama və monitorinqlərin nəticələri barədə hesabatların toplanılması, təhlili və rəhbərliyə təqdim etmək üçün ümumi hesabatların hazırlanması;
• Dövlət Xidmətinin işinin təkmilləşdirilməsi ilə bağlı aparılmış təhlillərin nəticələri barədə rəhbərliyə təqdim edilməsi üçün təkliflərin verilməsi;
• daxili bazarın formalaşmasına xüsusilə təsir edən bəzi malların orta bazar qiymətlərinin monitorinqlərinin nəticələrinə dair təhlillərin aparılması və müvafiq təkliflərin verilməsi;
• Dövlət Xidmətinə vətəndaşlardan telefon vasitəsilə daxil olan müraciətlərin (o cümlədən "Qaynar Xətt"ə) ətraflı və tam şəkildə qəbul olunmasını, rəsmiləşdirilməsini və rəhbərliyə təqdim olunmasının təmin edilməsi;
• lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməsi;
mütəmadi olaraq görülmüş işlər barəsində şöbə müdirinə hesabatların təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, Qida məhsullarının texnologiyası, Əmtəəşünaslıq, Hüquqşünaslıq və Regionşünaslıq ixtisasları üzrə ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)

 

11. Struktur bölmə: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Gəncə-Qazax regional bölməsi
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Gəncə şəhəri, Məmməd Xələfov küçəsi 18
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları:
• bölmənin iş planının hazırlanmasında iştirak;
• bölmə müdirinin tapşırığı ilə antiinhisar və reklam qanunvericiliklərinin pozulması halları ilə bağlı sənəd və məlumatların toplanmasının və istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunması, istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində (obyektlərdə) mövcud norma və qaydalara riayət edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada monitorinq, yoxlama və araşdırmaların aparılması;
• yoxlama və araşdırmaların nəticələri haqqında vaxtı-vaxtında müvafiq sənədlərin tərtib edilməsi, aparılmış yoxlamaların və görülmüş işlərin nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
• lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməsi;
• mütəmadi olaraq görülmüş işlər barəsində bölmə müdirinə hesabatların təqdim edilməsi və s.;

Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, Qida məhsullarının texnologiyası, Əmtəəşünaslıq, Hüquqşünaslıq və Beynəlxalq hüquq ixtisasları üzrə ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)

 

12. Struktur bölmə: Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, Aran regional bölməsi
Vakant vəzifə: Böyük məsləhətçi
İş yerinin ünvanı: Yevlax şəhəri, Bakı pr. 31 Biznes mərkəzi, 2-ci mərtəbə
İnzibati vəzifənin təsnifatı: 7-ci təsnifat
Qulluq funksiyaları:
• bölmənin iş planının hazırlanmasında iştirak;
• bölmə müdirinin tapşırığı ilə antiinhisar və reklam qanunvericiliklərinin pozulması halları ilə bağlı sənəd və məlumatların toplanmasının və istehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət tərəfindən qorunması, istehlak bazarında, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində (obyektlərdə) mövcud norma və qaydalara riayət edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada monitorinq, yoxlama və araşdırmaların aparılması;
• yoxlama və araşdırmaların nəticələri haqqında vaxtı-vaxtında müvafiq sənədlərin tərtib edilməsi, aparılmış yoxlamaların və görülmüş işlərin nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
• lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməsi;
mütəmadi olaraq görülmüş işlər barəsində bölmə müdirinə hesabatların təqdim edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
Təhsil: İqtisadiyyat və idarəetmə ixtisas istiqaməti, Qida məhsullarının texnologiyası, Əmtəəşünaslıq, Hüquqşünaslıq və Beynəlxalq hüquqixtisasları üzrə ali təhsil
Kompyuter: MS WINDOWS, MS OFFICE, INTERNET və s.(orta səviyyədə)

 

← Geriyə