2011

  • Yaradılıb 24.09.2012 07:04
  • Yenilənib 15.10.2012 06:24
  • Nəşr edilib 24.09.2012 07:04

qliyyat və rabitə

 

2011-ci ildə nəqliyyat sektorunda bütün nəqliyyat növləri ilə 203,5 milyon ton yük daşınmışdır ki, bu da ötən ilə nisbətən 3,6 faiz və yaxud 7.0 milyon ton çoxdur. Yük daşıma həcmləri dəniz nəqliyyatında 6,7 faiz, hava nəqliyyatında 27,2 faiz, avtomobil nəqliyyatında 9,9 faiz, qaz boru kəməri nəqliyyatında isə 7,8 faiz artmışdır.

 

Hesabat dövründə boru kəməri nəqliyyatı ilə 59,0 milyon ton (ötən illə müqayisədə 94,5 faiz), o cümlədən neft kəmərləri ilə 45,6 milyon ton (91,2 faiz), qaz kəmərləri ilə isə 13,4 milyon ton və ya 18,7 milyard kub-metr (107,8 faiz) yük daşınmışdır. 2011-ci ildə Şahdəniz yatağında təbii qaz hasilatının artırılması hesabına Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Cənubi Qafqaz Boru Kəməri ilə ötürülən təbii qazın həcmi artmış və nəticədə qaz boru kəməri sistemi ilə təbii qazın nəql edilməsində 7,8 faiz artım olmuşdur.

 
 

2011-ci ildə bütün nəqliyyat növləri ilə 1491,9 milyon və yaxud ötən ilə nisbətən 7,5 faiz çox sərnişin daşınmışdır. Ümumi artım sərnişin daşımalarının avtomobil nəqliyyatında 8,7 faiz, metroda 0,8 faiz və hava nəqliyyatında 37,1 faiz artması hesabına olmuşdur.

 

2011-ci ildə nəqliyyat xidmətlərinin həcmi (faktiki qiymətlərlə) 2010-cu ilin səviyyəsini 1,0 faiz üstələyərək 3820,4 milyon manat təşkil etmişdir. Bu artım avtomobil, dəniz, hava nəqliyyatı və metro ilə göstərilən xidmətlərin artması hesabına baş vermişdir.

 

2011-ci ildə rabitə sektorunda göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 2010-cu ilə nisbətən 11,8 faiz artaraq, 1245,0 milyon manat təşkil etmişdir. Əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi 15,4 faiz artaraq, 905,1 milyon manata çatmışdır. Rabitə xidmətlərinin 75,3 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd etmək lazımdır ki, rabitə və informasiya-kommunikasiya texnologiyaları sektorunda müşahidə olunan artım əsasən İKT xidmətlərinin ümumi həcmində böyük xüsusi çəkiyə (61,8 faiz) malik olan özəl mobil rabitə operatorları tərəfindən göstərilmiş xidmətlərin artırılması hesabına baş vermişdir. Belə ki, mobil operatorları tərəfindən 2011-ci ildə 770,0 milyon manat və ya 2010-cu ilə nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz çox gəlir əldə olunmuşdur. Eyni zamanda, internet xidmətlərin həcmi də daima artmaqdadır və bu sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən hesabat dövründə 65,1 milyon manat və ya 2010-cu ilə nisbətən müqayisəli qiymətlərlə 76,3 faiz çox gəlir əldə edilmişdir.

← Geriyə