2010

  • Yaradılıb 24.09.2012 07:45
  • Yenilənib 15.10.2012 06:51
  • Nəşr edilib 24.09.2012 07:45

2011-ci ilin yanvar-iyun aylarında nəqliyyat

sektorunun fəaliyyəti haqqında

 

2011-ci ilin yanvar-iyun aylarında bütün nəqliyyat növləri ilə 99,6 milyon ton yük daşınmışdır ki, bu da ötən ilə nisbətən 5,7% (5,4 milyon ton) çoxdur. Yük daşıma həcmləri dəniz nəqliyyatında 12,6%, hava nəqliyyatında 33,6%, avtomobil nəqliyyatında 9,3%, boru kəməri nəqliyyatında isə 1,6%, o cümlədən qaz boru nəqliyyatında 8,8% artmışdır.

Hesabat dövründə boru kəməri nəqliyyatı ilə 30,9 milyon ton (artım surəti 101,6%), o cümlədən neft kəmərləri ilə 23,8 milyon ton (99,7%), qaz kəmərləri ilə isə 7,1 milyon ton və ya 9,8 milyard m3 (108,8%) yük daşınmışdır. Bakı-Tbilisi-Ceyhan Əsas Neft İxrac Boru Kəməri vasitəsilə 18,2 milyon ton xam neft ixrac edilmişdir. Dübəndi-Sumqayıt-Siyəzən-Şirvanovka istiqamətində Bakı-Novorossiysk ixrac boru kəməri marşrutu ilə 1089,8 min ton və ya ötən ilə nisbətən 3,9% çox xam neft ixrac olunmuşdur.

Hesabat dövründə Şahdəniz yatağında təbii qaz hasilatının artırılması hesabına Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Cənubi Qafqaz Boru Kəməri ilə ötürülən təbii qazın həcmi artmış və nəticədə qaz boru kəməri sistemi ilə təbii qazın nəql edilməsində 8,8% artım olmuşdur.

2011-ci ilin I yarısında bütün nəqliyyat növləri ilə 699,4 milyon və yaxud ötən ilə nisbətən 6,5% çox sərnişin daşınmışdır. Sərnişin daşımalarında ümumi artım avtomobil və hava nəqliyyatında sərnişin daşımaların müvafiq olaraq 8,1% və 37,2% artırılması hesabına olmuşdur.

2011-ci ilin yanvar-iyun aylarında nəqliyyat xidmətlərinin həcmi ötən ilin səviyyəsini 8,5% üstələyərək 1882,7 milyon manat təşkil etmişdir. Bu artım avtomobil, dəniz, hava, qaz boru kəməri nəqliyyatı ilə göstərilən xidmətlərin artması hesabına baş vermişdir.

Hesabat dövründə rabitə sektorunda göstərilən informasiya və rabitə xidmətlərinin həcmi ötən ilə nisbətən 14,4% artaraq, 562,2 milyon manat təşkil etmişdir. Əhaliyə göstərilmiş rabitə xidmətlərinin həcmi 18,4% artaraq, 412,7 milyon manata çatmışdır. Rabitə xidmətlərinin 76,2%-i qeyri-dövlət sektorunun payına düşmüşdür. Qeyd etmək lazımdır ki, bu sektorda müşahidə olunan artım özəl mobil rabitə operatorları tərəfindən göstərilmiş xidmətlərin artırılması hesabına baş vermişdir.

← Geriyə