Xarici mətbuatdan

  • Yaradılıb 01.02.2018 16:58
  • Yenilənib 01.02.2018 16:58
  • Nəşr edilib 01.02.2018 16:50

Özbəkistan portalı yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi imkanlarından yazıb

 
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzərdə əsas nəqliyyat habı olacaq. Bu liman, 150-160 metr uzunluğunda olan 10 min ton yük götürən gəmiləri də qəbul etmək imkanına malikdir. Bu fikirlər Özbəkistanın nuz.uz portalında yer alan məqalədə öz əksini tapıb. Yazıda bildirilir ki, yanvarın 9-da prezident İlham Əliyev, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Kompleksində Ro-Ro terminalının açılışında iştirak edib. Qeyd olunur ki, 60 minə yaxın TIR və yaxud 1,8 milyon ton yük qəbul etmək imkanında olan terminal ən müasir texniki tələblərə uyğun tikilib. Vurğulanır ki, yeni limanda dünya və yerli gəmiçilik şirkətləri üçün Azad İqtisadi Zona yaradılır. Burada logistik, istehsal və digər növlərdə xidmətlər fəaliyyət göstərəcək. Baş plana əsasən, yeni liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malikdir. Yükaşırma imkanı illik 15 milyon ton, o cümlədən 100 min ədəd konteyner təşkil edir. Məqalədə Azərbaycanın  coğrafi mövqeyinə görə strateji məkanda, Avropa ilə Asiyanın, Qərblə Şərqin qovşağında, Çindən Avropaya qədər uzanan tarixi İpək Yolunun üzərində yerləşdiyi barədə də məlumat verilir.

http://www.aztv.az/readnews.php?lang=az&id=31297

 

← Geriyə