Xəbərlər

  • Yaradılıb 03.05.2018 15:28
  • Yenilənib 03.05.2018 15:29
  • Nəşr edilib 03.05.2018 15:25

Qazax, Şəki və Lənkəranda sahibkarlar üçün treninqlər keçirilib

 

Mayın 2-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Şəkidə, mayın 3-də isə Lənkəranda sahibkarlar üçün treninq keçirilib.

“Made in Azerbaijan” brendinin yaradılması, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, biznes planın hazırlanması, sahibkarlıq fəaliyyətinin inkişafında elektron xidmətlərin rolu və s. mövzuları əhatə edən treninqlərdə brendləşmənin xüsusiyyətləri, məhsulların keyfiyyətinin yüksəldilməsi, biznesdə risklərin azaldılması və bu sahədə mövcud qanunvericilik, biznes ideyanın yaradılması və həyata keçirilməsi yolları və s. barədə iştirakçılara ətraflı məlumat verilib.

Treninqlərdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

← Geriyə