Xəbərlər

  • Yaradılıb 13.06.2018 10:05
  • Yenilənib 13.06.2018 10:05
  • Nəşr edilib 12.06.2018 14:55

 

Qazaxda sahibkarlar üçün treninq keçirilib

 

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən treninqdə iştirakçılara biznes ideyanın formalaşdırılması və biznes planın tərtib olunması barədə məlumat verilib.

Treninqdə iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb, mövzular üzrə təqdimatlar keçirilib.

← Geriyə