Xəbərlər

  • Yaradılıb 23.02.2018 16:13
  • Yenilənib 23.02.2018 16:13
  • Nəşr edilib 23.02.2018 16:10

Qazaxda və Astarada treninqlər keçirilib

 

Fevralın 23-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Qazaxda və Astarada sahibkarlar üçün treninqlər keçirilib.

"Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə KOS subyektləri üçün maariflənmə imkanlarının genişləndirilməsi məqsədilə keçirilən treninqlər “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlığın və səmərəliliyin artırılması yolları, çayçılıq, sitrusçuluq və çəltikçilik sahələrinin inkişaf etdirilməsi, biznes planın tərtibi, logistikanın mahiyyəti, logistik mərkəzlərin yaradılması mövzulatrını əhatə edib.

Treninqlərdə iştirakçılara həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, Apellyasiya Şuraları və sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumat verilib, mövzular üzrə təqdimatlar keçirilib.

← Geriyə