2015

  • Yaradılıb 27.04.2015 06:24
  • Yenilənib 03.02.2016 13:35
  • Nəşr edilib 27.04.2015 06:24

Qeyri-neft sənayesi

 

2015-ci ilin yanvar-dekabr ayları ərzində ölkənin qeyri-neft sektorunda 37.7 milyard manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 59.0%-dən çoxu sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.
Qrafik 1. Qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin sahələr üzrə bölgüsü

2015-qns-1

2015-ci ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.1% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 8.0 faiz bəndi artaraq 69.3% təşkil etmişdir. 2015-ci ilin yanvar-dekabr ayları ərzində ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin 1.1%-lik artımına qeyri-neft sektoru 0.7 faiz bəndi müsbət töhfə vermişdir.
Qeyri-neft sektorunun əksər sahələrində, o cümlədən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (6.6%), ticarət; nəqliyyat vasitələrinin təmiri (10.9%), turistlərin yerləşdirilməsi və ictimai iaşə (14.0%), informasiya və rabitə (6.8%), sosial və digər xidmətlər (1.7%) sahələrində yaradılan əlavə dəyərin artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Qeyri-neft ÜDM-nin artımına ən böyük müsbət töhfəni ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsi (1.4 faiz bəndi) vermişdir.
2015-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesində yaradılan əlavə dəyərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.0% artaraq 3093.8 milyon manata çatmışdır. Hesabat dövründə yaradılmış ÜDM-də qeyri-neft sənayesinin xüsusi çəkisi 1.0 faiz bəndi artaraq 5.7% təşkil etmişdir. Sənayedə yaradılan əlavə dəyərdə qeyri-neft sənayesinin payı 5.3 faiz bəndi artaraq 16.8%-ə yüksəlmişdir. Yanvar-dekabr ayları ərzində qeyri-neft sektorunda yaradılmış əlavə dəyərdə qeyri-neft sənayesinin xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 0.6 faiz bəndi artmış və 8.2% təşkil etmişdir. Qeyri-neft sənayesi ÜDM-in artımına 0.5 faiz bəndi, qeyri-neft ÜDM-nin artımına 0.8 faiz bəndi, sənayenin artımına isə 1.1 faiz bəndi müsbət töhfə vermişdir.
Qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 1.4% və ya 43.7 milyon manat, emal sənayesinin xüsusi çəkisi 59.4% və ya 1837.4 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 36.2% və ya 1121.1 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin xüsusi çəkisi isə 3.0% və ya 91.6 milyon manat təşkil etmişdir (Qrafik 2).
Müqayisə olunan dövrdə qeyri-neft sənayesində yaradılan əlavə dəyərin strukturunda mədənçıxarma sənayesinin xüsusi çəkisi 0.1 faiz bəndi, emal sənayesinin xüsusi çəkisi isə 3.0 faiz bəndi artmışdır.
Qrafik 2. Qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin strukturu

2015-qns-2

2015-ci ilin yanvar-dekabr aylarında qeyri-neft sənayesində 7660.3 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.4% artmışdır. Qeyd olunan dövrdə qeyri-neft sənayesində istehsal edilən məhsulun ölkə üzrə bütün sənaye məhsullarında xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.3 faiz bəndi artmış və 29.3%-ni təşkil etmiş, sənayenin 2.4%-lik artımına qeyri-neft sənayesi 1.9 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft emal sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox artırıcı təsiri maşın və avadanlıqların quraşdırılması və təmiri (1.4 faiz bəndi), kimya sənayesi (0.3 faiz bəndi), qida məhsullarının istehsalı (0.2 faiz bəndi), hazır metal məmulatlarının istehsalı (0.2 faiz bəndi) və kompüter və digər elektron avadanlıqların istehsalı (0.2 faiz bəndi) sahələri göstərmişdir.
Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 1.7% və ya 130.4 milyon manat, emal sənayesinin xüsusi çəkisi 70.5% və ya 5398.0 milyon manat, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 24.8% və ya 1897.0 milyon manat, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 3.0% və ya 234.9 milyon manat təşkil etmişdir (Qrafik 3).
Qrafik 3. Qeyri-neft sənayesinin ümumi buraxılışının strukturu

2015-qns-3

2015-ci ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin ümumi buraxılışının artım tempi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.5 faiz bəndi artmışdır. Artım tempinin yüksəlməsinə emal sənayesinin bir çox aparıcı sahələrinin (qida məhsullarının istehsalı, tikinti materiallarının istehsalı, kimya sənayesi, maşın və avadanlıqların quraşdırılması və təmiri, hazır metal məmulatların istehsalı, kompüter, elektron və optik məhsulların istehsalı və s.) artım templərinin yüksək olması təsir etmişdir. Qeyd olunan dövrdə qeyri-neft sənayesində yaradılmış əlavə dəyərin xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz bəndi artmışdır.
2015-ci ilin yanvar-dekabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (2.9%), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (2.7 dəfə), tikinti materiallarının istehsalında (6.3%), kimya sənayesində (43.2%), hazır metal məmulatlarının istehsalında (54.1%), elektrik avadanlıqları istehsalında (1.8%), kompüter, elektron və optik məhsulların istehsalında (2.1 dəfə), mebel istehsalı (10.1%), ağac emalı və ağacdan məmulatların istehsalında (67.3%), kağız və karton istehsalında (7.5%), avtomobil və qoşquların istehsalında (4.6%) və s. sahələrdə artmışdır.
2015-ci ilin yanvar-dekabr ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 55.1%-i və ya 8796.3 milyon manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 7.7%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 14.0%-i və ya 1229.2 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir.

 

← Geriyə