2014

  • Yaradılıb 23.04.2014 04:52
  • Yenilənib 30.01.2015 07:06
  • Nəşr edilib 23.04.2014 04:52

Qeyri-neft sənayesi


2014-cü ilin yanvar-dekabr ayları ərzində ölkənin qeyri-neft sektorunda 36.0 milyard manatlıq əlavə dəyər yaradılmış və ümumilikdə onun 61.4%-i sosial və digər xidmətlər, ticarət, nəqliyyat vasitələrinin təmiri və tikinti sahələrinin payına düşmüşdür.
2014-cü ilin yanvar-dekabr aylarında ölkə iqtisadiyyatının qeyri-neft sektorunda yaradılan əlavə dəyər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.0% artmışdır. Qeyri-neft sektorunda yaradılan əlavə dəyərin ÜDM-də xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3.9 faiz bəndi artaraq 61.0% təşkil etmişdir. 2014-cü ilin yanvar-dekabr ayları ərzində ölkə iqtisadiyyatında yaradılan əlavə dəyərin artımı tamamilə qeyri-neft sektorunun hesabına baş vermişdir. Qeyri-neft sektorunun alt sahələri üzrə ÜDM-in artımına ən çox müsbət töhfə verən sahə tikinti sahəsi (1.1 faiz bəndi) olmuşdur.


2014-cü ildə ÜDM istehsalı və qeyri-neft sektorunun dinamikası


Qrafik 1.

2014-qn-1

Qeyri-neft sektorunun əksər sahələrində əlavə dəyər istehsalının artım tempi əvvəlki ilin müvafiq dövrünə nisbətən yüksək olmuşdur. Qeyri-neft ÜDM-nin artımına ən böyük müsbət töhfəni tikinti sahəsi (1.9 faiz bəndi) və sosial və digər xidmətlər sahəsi (1.4%) vermişdir.

2014-cü ilin yanvar-dekabr aylarında qeyri-neft sənayesində 7189.8 milyon manatlıq məhsul istehsal edilmiş və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6.9% artmışdır. Qeyd olunan dövrdə qeyri-neft sənayesində istehsal edilən məhsulun ölkə üzrə bütün sənaye məhsullarında xüsusi çəkisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.5 faiz bəndi artmış və 22.6%-ni təşkil etmiş, qeyri-neft sənayesi sənayenin artımına 1.4 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft emal sənayesinin alt sahələri üzrə sənayenin artımına ən çox artırıcı təsiri maşın və avadanlıqların quraşdırılması və təmiri (0.2 faiz bəndi) və tikinti materialları istehsalı (0.2 faiz bəndi) sahələri göstərmişdir. Hesablamalara görə, yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin artımına mədənçıxarmanın qeyri-neft bölməsi 0.8 faiz bəndi, qeyri-neft emal sənayesi 4.3 faiz bəndi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsi 1.6 faiz bəndi, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsi 0.2 faiz bəndi müsbət töhfə vermişdir. Hesabat dövründə qeyri-neft sənayesinin artımına ən çox müsbət töhfə verən qeyri-neft emal sahələri maşın və avadanlıqların quraşdırılması və təmiri (1.1 faiz bəndi), tikinti materialları istehsalı (1.1 faiz bəndi) və kimya sənayesi (0.9 faiz bəndi) sahələri olmuşdur.
Qeyri-neft sənayesinin məhsul istehsalında mədənçıxarma sənayesinin payı 1.6%, emal sənayesinin xüsusi çəkisi 69.8%, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının payı 25.4%, su təchizatı, tullantıların təmizlənməsinin payı isə 3.2% təşkil etmişdir.
Hesablamalara görə, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin məhsul buraxılışında emal sənayesinin xüsusi çəkisi 0.8 faiz bəndi artmışdır.


Qeyri-neft emal sənayesinin ümumi buraxılışının strukturu


Qrafik 2.

2014-qn-2

2014-cü ilin yanvar-dekabr ayları ərzində qeyri-neft sənayesinin ümumi buraxılışının artım tempi 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2.1 faiz bəndi artmışdır. Artım tempinin yüksəlməsinə emal sənayesinin bir çox aparıcı sahələrinin (qida məhsullarının istehsalı, tikinti materiallarının istehsalı, metallurgiya sənayesi, kimya sənayesi, maşın və avadanlıqların quraşdırılması və təmiri, elektrik avadanlıqlarının istehsalı, hazır metal məmulatların istehsalı və s.) artım templərinin yüksəlməsi təsir etmişdir.
2014-cü ilin yanvar-dekabr ayları ərzində məhsul istehsalı qeyri-neft emal sənayesinin əksər bölmələrində, o cümlədən qida məhsulları istehsalında (1.4%), tikinti materiallarının istehsalında (22.2%), metallurgiya sənayesində (11.0%), kimya sənayesində (32.0%), maşın və avadanlıqların quraşdırılması və təmiri sahəsində (41.0%), içki istehsalında (8.1%), elektrik avadanlıqları istehsalında (12.1%), hazır metal məmulatlarının istehsalında (6.2%), geyim istehsalında (59.9%), sair nəqliyyat vasitələrinin istehsalında (3.4 dəfə), mebel istehsalında (8.3%), avtomobil və qoşquların istehsalında (58.2%) və s. bölmələrdə artmışdır.
2014-cü ilin yanvar-dekabr ayları ərzində iqtisadiyyatda əsas kapitala qoyulmuş cəmi investisiyaların 66.1%-i və ya 11.7 milyard manatı qeyri-neft sektoruna yönləndirilmişdir. Əsas kapitala qoyulmuş investisiyaların 7.5%-i, qeyri-neft sektoruna yönləndirilən investisiyaların isə 11.4%-i və ya 1325.7 milyon manatı qeyri-neft sənayesi bölməsinin inkişafında istifadə edilmişdir.

 

← Geriyə