Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə əsasən qrant müqavilələrinin (qərarlarının) qeydə alınması kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçirilir. İqtisadiyyat Nazirliyinin “economy.gov.az” rəsmi informasiya ehtiyatında qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı elektron xidmət (https://e-services.economy.gov.az/qrantlar/qrantForm.aspx) fəaliyyət göstərir. İstifadəçilər həmin xidmət vasitəsilə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilərlər.
“Qrant haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, kommersiya hüquqi şəxslərin müraciətləri əsasında İqtisadiyyat Nazirliyi tərəfindən 2017-ci ildə kommersiya hüquqi şəxslərinin 141 qrant müqaviləsi qeydiyyata alınıb.
Qrant müqavilələrinə əsasən, vəsaitlərin universitetlərdə tədris və təlimin təkmilləşdirilməsi, regionlarda məcburi köçkünlərin icmaları tərəfindən əkinçilik və heyvandarlıq təsərrüfatlarının, ekoloji cəhətdən təmiz, təbii gübrə istehsalı müəssisələrinin, bal və digər arıçılıq məhsullarının istehsalı ilə məşğul olan təsərrüfatların, meyvə-tərəvəz və ərzaq məhsullarının satışını həyata keçirən mağazaların yaradılması istiqamətlərinə yönəldilməsi nəzərdə tutulmuşdur.