Tenderlər

  • Yaradılıb 30.11.2017 11:45
  • Yenilənib 30.11.2017 11:49
  • Nəşr edilib 29.11.2017 14:50

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

"Regionların inkişafına dəstək Proqramı" çərçivəsində "Sahibkarlığın dövlət tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə dəstək" layihəsinə dair açıq tender elan edir:

 

İşlərin yerinə yetirilməsi müddəti 12 aydır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: qiymət, keyfiyyət, avadanlıq və proqram təminatının texniki xüsusiyyətləri, mühafizə imkanları, istifadə və xidmət rahatlığı, analoji layihələr üzrə təcrübə, o cümlədən digər qurumlarda tətbiqi, texniki imkanlar, kadr potensialı.
Tenderdə iştirak etmək istəyənlər 300 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu aşağıdakı ünvandan ala bilərlər:
AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi
Əlaqələndirici şəxs: Ələsgərova Nərmin Vahid qızı, tel: 493-88-67 (daxili: 23-00)

Təşkilatın adı: İqtisadiyyat Nazirliyi
VÖEN: 1700012751
Hesab: AZ82CTRE00000000000002098501

Bank rekvizitləri: Dövlət Xəzinədarlığı Agentliyi
Kod: 210005
M/h: AZ41NABZ01360100000000003944
VÖEN: 1401555071
SWİFT: CTREAZ22
Büdcə səviyyəsinin kodu: 7
İqtisadi təsnifat: 142340

Ünvan: AZ 1000, Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi
Telefon: 493-88-67; Faks: 498-85-19
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- iddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- vergilər, sosial və digər icbari ödənişlərə dair yerinə yetirilmə vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi və sosial müdafiə orqanlarından arayışlar;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü müddətində qüvvədə qalır);
- tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti ( təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımi texniki imkanları haqqında arayış;
- Şərtlər toplusunda nəzərdə tutulan digər tələblər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 29 dekabr 2017-ci il saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 12 yanvar 2018-ci il saat 17:00-dək İqtisadiyyat Nazirliyinə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84, Hökumət evi) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklif zərfləri 15 yanvar 2018-cı il saat 15:00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Tender Komissiyası

← Geriyə