Xəbərlər

  • Yaradılıb 31.05.2018 16:13
  • Yenilənib 31.05.2018 16:13
  • Nəşr edilib 31.05.2018 16:05

Sahibkarlar ixracın genişləndirilməsini müzakirə ediblər

 

Məlumat verildiyi kimi, bu ilin ilk ixrac missiyası Rusiya Federasiyasının Həştərxan vilayətinə təşkil edilib. İxrac missiyasına ölkəmizdə emal və kənd  təsərrüfatı, yüngül sənaye, fındıq emalı, tikinti və digər  sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.

Bu gün AZPROMO-nun təşkilatçılığı ilə Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib. 40-a yaxın Rusiya şirkətinin nümayəndəsinin də iştirak etdiyi görüşdə Azərbaycan məhsulları barədə məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin, xüsusilə ixracın genişləndirilməsinə dair müzakirələr aparılıb.

← Geriyə