Xəbərlər

  • Yaradılıb 16.03.2018 17:45
  • Yenilənib 16.03.2018 17:45
  • Nəşr edilib 16.03.2018 17:45

Sahibkarlar üçün növbəti treninq

 

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə Bakıda sahibkarlar üçün treninq keçirilib.
"Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"ndə sənaye müəssisələrində milli brendlərin yaradılmasının təşviqi üzrə müəyyən edilmiş tədbirlərin icrasına həsr edilmiş treninqdə iştirakçılar biznesin təşkili və səmərəli idarəsi, brendləşmə, malların gömrük rəsmiləşdirilməsi və s. məsələlər barədə məlumatlandırılıb.
Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

← Geriyə