Əməkdaşlıq təklifləri

  • Yaradılıb 01.05.2018 18:02
  • Yenilənib 02.05.2018 12:37
  • Nəşr edilib 01.05.2018 18:00

Sahibkarların nəzərinə!

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlb olunması üçün nəzərdə tutulan layihələrin qəbulunu davam etdirir.

İnvestisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.  İnvestisiya layihələri texniki iqtisadi əsaslandırma (Biznes Plan) ilə birlikdə təqdim edilməlidir.

Sahibkarlar investisiya təkliflərini e-mail vasitəsilə və ya çap şəklində aşağıdakı ünvana təqdim edə bilərlər.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 32, Bakı Biznes Mərkəzi
Əlaqələndirici şəxs: Məhəmməd Xələfov
E-mail: mkhalafov@azpromo.az
Tel: (012) 598-01-47 (daxili: 136).

← Geriyə