Xəbərlər

  • Yaradılıb 26.05.2018 14:53
  • Yenilənib 29.05.2018 10:19
  • Nəşr edilib 25.05.2018 14:50

Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu keçirilib

 

Mayın 23-26 tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində “Peterburq Beynəlxalq İqtisadi Forumu” keçirilir.

Peterburq Beynəlxalq İqtisadi Forumu hakimiyyət orqanları ilə biznes nümayəndələri arasında diologun inkişafına şərait yaradır, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün innovasiyalı yanaşmalar tapmağa kömək edir. Forum 1997-ci ildən təşkil edilir, 2006-ci ildən isə Rusiya Federasiyası Prezidentinin himayəsi altında keçirilir. Forumda dövlət və hökumət başçıları, siyasi liderlər, iri şirkətlərin rəhbərləri, habelə tanınmış ekspertlər və KİV nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində IV Rusiya  Kiçik və Orta Sahibkarlıq Forumu keçirilib, “Rusiya: inkişaf potensialını istifadə edərək”, “Rəqəmsal iqtisadiyyatda insan kapitalı”, “Liderlik üçün texnologiya” panel iclasları, Rusiya-Finlandiya, Hindistan, ABŞ, Fransa, Yaponiya, Afrika biznes dialoqları təşkil edilib.

Forumda Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və digər ölkələrin yüksək rəsmiləri çıxış ediblər.

Forumda Azərbaycan nümyəndə heyəti də iştirak edir.

Forum çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri,  Sankt-Peterburqun sahibkarlığın və istehlak bazarının inkişafı üzrə komitəsinin sədri Elgiz Kaçayevlə görüşüb və Sankt-Peterburqla iqtisadi əlaqələrin genişləndirilıməsi ilə bağlı müzakirələr aparılıb.

← Geriyə