Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:03
  • Yenilənib 02.05.2018 17:24
  • Nəşr edilib 01.10.2012 13:03

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi

 

İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) 1960-cı ildə Texniki Əməkdaşlıq Xidməti adı altında yaradılmış və 1996-cı ildən etibarən hazırkı adı ilə fəaliyyət göstərir. Təşkilat İsveçrə Konfederasiyasının Xarici İşlər üzrə Federal Departamentinin strukturunda fəaliyyət göstərir və əsas məqsədi tərəfdaş ölkələrdə yoxsulluğun azaldılması istiqamətində humanitar, texniki və maliyyə yardımı göstərməkdir. Təşkilatda hazırda Baş direktor vəzifəsini Manuel Sager tutur. Azərbaycan üzrə nümayəndəliyin rəhbəri Simona Haberlidir.

Təşkilatın əsas fəaliyyət istiqamətləri Dayanıqlı İnkişaf Məqsədlərinə və yoxsulluğun azaldılmasına nail olunması, insan həyatının təhlükəsizliyinin təşviq edilməsi və risklərin azaldılması və inkişafa dəstək verilməsidir.

SDC-nin Azərbaycan Respublikasında fəaliyyəti 1990-cı illərin əvvəllərində humanitar yardım formasında olmuşdur. Təşkilatın Cənubi Qafqaz üzrə regional ofisi 1996-cı ildə Gürcüstanda açılmış, 2002-ci ildən sözügedən Ofisin Bakı bölməsi fəaliyyətə başlamışdır. Əsas fəaliyyət istiqaməti yoxsulluğun azaldılması və müharibədən əziyyət çəkmiş qaçqın və məcburi köçkünlər arasında məşğulluğun artırılması və layiqli həyat şəraitinin təmin olunmasıdır.

www.eda.admin.ch/sdc

← Geriyə