Beynəlxalq donorlar

  • Yaradılıb 01.10.2012 13:10
  • Yenilənib 02.05.2018 17:27
  • Nəşr edilib 01.10.2012 13:10

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi

 

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) 1992-ci ildə təsis olunmuşdur. Baş ofisi İsveçrənin Bern şəhərində yerləşir. Direktoru 2011-ci ilin 1 aprel tarixindən Mari-Qabriel İneyşen-Fleyşdir.

SECO-nun vəzifəsi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin, həmçinin Avropa Birliyinə yeni üzv seçilən inkişaf edən ölkələrin iqtisadiyyat və ticarət meyarlarını planlaşdırmaq və həyata keçirməkdir. SECO 24 ölkədə fəaliyyət göstərir.

SECO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələri 1990-cı illərin ortalarından yaranmışdır. Texniki və maliyyə əməkdaşlığı üzrə ikitərəfli layihələr 1998-ci ildən başlayaraq həyata keçirilməkdədir. SECO-nun Azərbaycan üzrə proqramı əsasən infrastruktur, özəl sektorun inkişafı, siyasi məsləhət və potensialın artırılması sahələrini əhatə edir.

Ümumilikdə, İsveçrə hökuməti tərəfindən Azərbaycana 90 milyon ABŞ dollarına yaxın dəyərdə qrant və texniki yardım ayrılıb. Regional layihələr də daxil olmaqla Azərbaycanda bu günə kimi 30 layihənin icrası başa çatmışdır. Hazırda 6 layihənin icrası davam edir.

 

SECO tərəfindən Azərbaycanda həyata keçirilən layihələr:

1.

Açıq Kommunal İnfrastruktur Proqramı-II

Benefisiar: "Azərsu" ASC

Müddəti: 2006-2018

2.

Maliyyə Sektorunun Müasirləşdirilməsi Proqramı, 2-ci mərhələ

Benefisiar: Maliyyə Bazarlarına Nəzarət Palatası

Müddəti: 2016-2020

 

3.

Azərbaycan, Qırğızıstan və Tacikistanda xarici sektorun statistikasının təkmilləşdirilməsi

Benefisiar: Mərkəzi Bank

Müddəti: 2016-2020

 

4.

Mərkəzi banklar üçün ikitərəfli yardım və potensialın gücləndirilməsi Proqramı (regional layihə)

Benefisiar: Mərkəzi Bank

Müddəti: 2012-2017

5.

Azərbaycan və Mərkəzi Asiya Maliyyə İnfrastrukturu layihəsi (ACAFI III)

Benefisiar: Mərkəzi Bank

Müddəti: 2015-2017

 

6.

Maliyyə Proqramlaşdırması

Benefisiar: İqtisadiyyat Nazirliyi

Maliyyə Nazirliyi

Müddəti: 2013-2017

← Geriyə