2015

  • Yaradılıb 07.05.2015 11:07
  • Yenilənib 18.02.2016 11:40
  • Nəşr edilib 07.05.2015 11:07

Sənayenin inkişafı

 

2015-ci ildə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 26.2 milyard manat təşkil etmişdir ki, bu da ötən ilə nisbətən 2,4% artım deməkdir.
Qeyri-neft sənayesi isə 7.7 milyard manat təşkil etmiş və ötən illə müqayisədə 8,4% artmışdır. Bu artım əsasən maşın və avadanlıqların quraşdırılması və təmiri (2,7 dəfə), hazır metal məmulatların istehsalı (54,1%), kimya sənayesi (43,2%), tikinti materiallarının istehsalı (6,3%), qida məhsullarının istehsalı (2,9%), elektrik avadanlıqlarının istehsalı (1,8%) sahələrində müşahidə olunmuşdur.
Neft sənayesi 18.5 milyard manat təşkil etmişdir ki, istehsal ötən ilin eyni səviyəsində qalmışdır.
Sənaye məhsulunun 61,9% mədənçıxarma, 29,9% emal, 7,3% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal olunmuşdur.
Mədənçıxarma sənayesi. Mədənçıxarma bölməsində istehsalın həcmi əvvəlki illə nisbətən 2,0% çox olmuşdur.
Su təchizatı sənayesi. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində ötən illə müqayisədə məhsul və xidmətlərin istehsalı 1,8% artmışdır.
Elektrik enerjisi sənayesi. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən əvvəlki illə müqayisədə 0,4% azalma müşahidə olunmuşdur.
Emal sənayesi. Emal bölməsinin müəssisələri və fərdi sahibkarları tərəfindən ötən illə müqayisədə 7,0% çox məhsul istehsal olunmuşdur.
Qeyri-neft emal sənayesi ötən illə müqayisədə 15,6% artmışdır.
2015-ci ildə emal sənayesində məhsul istehsalının strukturunda ən yüksək xüsusi çəkiyə malik alt sahələr qida məhsullarının istehsalı (33,7%), neft məhsullarının istehsalı (31,0%), maşın və avadanlıqların quraşdırılması və təmiri (8,5%), tikinti materiallarının istehsalı (5,5%), kimya sənayesi (3,7%), metallurgiya sənayesi (2,9%), içki istehsalı (2,6%), maşın və avadanlıqların istehsalı (2,5%), hazır metal məmulatların istehsalı (1,5%), elektrik avadanlıqlarının istehsalı (1,3%), avtomobil, qoşqu və yarımqoşquların istehsalı (1,2%), rezin və plastik kütlə məmulatlarının istehsalı (1,1%), kompyuter, elektron və optik məhsulların istehsalı (1,0%) olmuşdur, digər 11 alt sahənin birgə xüsusi çəkisi isə 3,4% təşkil etmişdir.
Respublikanın iqtisadi və sosial sahələrinin inkişafına 2015-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 16.0 milyard manat vəsait yönəldilmişdir.
Sənayedə neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi 7,2 milyard manat, qeyri-neft sektoruna yönəldilmiş əsas kapitalın həcmi isə 1,2 milyard manat təşkil etmişdir.
Ümumi vəsaitin 52,6% sənaye sahələrinin inkişafına yönəlmiş, bu da 8.4 milyard manat təşkil etmişdir.
Sənayedə əsas kapitala yönəldilmiş vəsaitlərin 85,8% mədənçıxarma sənayesi, 4,8% emal sənayesi, 2,3% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sənayesinə, 7,0% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sənayesinə yönəldilmişdir.
2015-ci ilin yanvar-noyabr aylarında ölkənin sənaye sahələrində çalışan muzdlu işçilərin sayı 182.1 min nəfər təşkil etmişdir, onların orta aylıq əmək haqqı isə 12,3% artaraq 797,0 manat olmuşdur.

 

← Geriyə