Xəbərlər

  • Yaradılıb 04.05.2018 15:41
  • Yenilənib 04.05.2018 15:41
  • Nəşr edilib 04.05.2018 15:40

Şəkidə sahibkarlar üçün treninq keçirilib

 

Mayın 4-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar üçün regionda ənənəvi sahələrdən olan arıçılığın inkişaf perspektivləri və bu sahənin inkişafına dövlət dəstəyi, arıçılıq məhsullarının istehsalı və qablaşdırılması mövzuları üzrə treninq keçirilib.

Treninq çərçivəsində iştirakçılar həmçinin, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, “Lisenziyalar və icazələr” portalından (www.lisenziya.gov.az) və “Biznesdən-biznesə” elektron platformasından istifadə qaydaları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə məlumatlandırılıb.

← Geriyə