2012

  • Yaradılıb 21.09.2012 10:56
  • Yenilənib 07.02.2013 08:28
  • Nəşr edilib 21.09.2012 10:56

2012-ci il üzrə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair ARAYIŞ

 

2012-ci ildə ÜDM-in real artım tempi 2.2% təşkil etmiş və cari qiymətlərlə 54 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 5884.5 manat (7490.5 ABŞ dolları) təşkil etmişdir.


Qrafik 1



Neft-qaz sektoru üzrə 2012-ci ildə 2011-ci ilə nisbətən 5.0% azalma qeydə alınmışdır. Bu sektorun ÜDM-də xüsusi çəkisi 47.3% (2011-ci ildə: 51.2%) təşkil etmişdir.
2012-ci ildə qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 9.7% (2011-ci ildə: 9.4%) artması ilə nəticələnmişdir. Belə ki, 2011-ci ilə nisbətən 2012-ci ildə rabitə sahəsi 15.9%, nəqliyyat sahəsi 5%, tikinti sahəsi 18%, kənd təsərrüfatı 5.8%, ticarət sahəsi isə 9.6% artmışdır.
2012-ci ildə ölkədə iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 15338.5 mln. manat və ya ötən ilin müvafiq dövründə olduğundan 18% çox əsas kapitala investisiya yönəldilmişdir. Əsas kapitala qoyulmuş vəsaitin 78.8%-ni daxili investisiyalar, 21.2%-ni isə xarici investisiyalar təşkil etmişdir. 2012-ci ildə əsas kapitala yönəldilmiş ümumi investisiyaların 11690.5 milyon manatı (76.2%-i) qeyri-neft bölməsinin, 3648 milyon manatı (23.8%-i) isə neft bölməsinin inkişafında istifadə edilmişdir.
2012-ci ilin 1 dekabr tarixinə iqtisadiyyata banklar tərəfindən kredit qoyuluşlarının həcmi keçən ilin 1 dekabr tarixinə nisbətən 22.1% artaraq 11721.3 mln. manat təşkil etmişdir (2011-ci ilin dekabr ayının 1-nə kredit qoyuluşlarının artımı 7.9% olmuşdur ).

Qrafik 2


2012-ci ilin 1 dekabr tarixinə əhalinin banklardakı əmanətləri keçən ilin eyni dövrünə nəzərən 24.4% artaraq 4.8 mlrd. manat təşkil etmişdir (2011-ci ilin dekabr ayının 1-nə əmanətlərin artımı 33.5% olmuşdur).

Qrafik 3


2012-ci ildə əhaliyə 17559.1 mln. manatlıq çox geniş çeşidli istehlak malları satılmış və 5828.1 mln. manatlıq pullu xidmətlər göstərilmişdir. 2011-ci il ilə müqayisədə əmtəə dövriyyəsi 9.6%, pullu xidmətlərin həcmi isə 8.0% artmışdır. İl ərzində ölkə sakinləri ticarət şəbəkəsindən 9728 mln. manatlıq ərzaq məhsulları və 7831.1 mln. manatlıq qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi ötən ilin eyni dövrünə nəzərən müvafiq olaraq 2.1% və 20.7% artmışdır.
2012-ci ilin 1 dekabr tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları ötən ilin eyni dövrü ilə müqayisədə 9.1% artaraq 391.4 manat təşkil etmişdir. 2012-ci ildə əhalinin hər nəfərinə düşən gəlirləri isə 12.2 % artaraq 3784.3 manata çatmışdır.
2012-ci ildə xarici ticarət dövriyyəsi 33.6 mlrd. ABŞ dolları, o cümlədən, ixrac 23.9 mlrd. ABŞ dolları, idxal isə 9.7 mlrd. ABŞ dolları olmaqla 14.2 mlrd. ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır.
DSK-nın məlumatlarına əsasən 2012-ci ildə 2011-ci ilə nəzərən ərzaq məhsulları üzrə 0.8%, qeyri-ərzaq malları üzrə 1.0%, xidmətlər üzrə 1.2% bahalaşma qeydə alınmışdır. Nəticədə 2012-ci ildə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2011-ci ilə nisbətən 1.1% bahalaşmışdır.

Qrafik 4



2012-ci ildə manatın 1 ABŞ dollarına qarşı orta məzənnəsi 0.7856 AZN təşkil etmişdir.

 

← Geriyə