Elanlar

  • Yaradılıb 04.12.2017 16:54
  • Yenilənib 04.12.2017 16:54
  • Nəşr edilib 04.12.2017 16:50

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda işgüzar forum keçirmişdir.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Balakən rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- startap layihələrin maliyyələşdirilməsi;
- tütünçülük və bağçılıq təsərrüfatlarının yaradılması;
- tütün qurutma kameralarının, tütün, fındıq, süd emalı, çörək istehsalı və meyvəqurutma müəssisələrinin yaradılması;
- barama qəbulu və emalı məntəqələrinin, otelin yaradılması;
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

← Geriyə