Elanlar

  • Yaradılıb 27.04.2017 11:31
  • Yenilənib 27.04.2017 11:31
  • Nəşr edilib 21.04.2017 11:31

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Neftçala rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il aprelin 13-də Neftçala rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- süd emalı, meyvəqurutma, çörək və şirniyyat məhsulları, qablaşdırma materialı, bal emalı və qablaşdırılması, plastik qablar, polietilen paketlər, corab və təbii məhsullardan sabun istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

← Geriyə