Elanlar

  • Yaradılıb 08.08.2017 05:02
  • Yenilənib 08.08.2017 05:02
  • Nəşr edilib 07.08.2017 16:20

Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlardan prioritet hesab olunan aşağıdakı sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır


Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində işgüzar forum keçirmişdir.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılmış, Saatlı rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- əkinçilik (qarğıdalı, soya, mərci və noxud), intensiv bağçılıq (nar, gilas, gavalı), kiçik həcmli istixana və cins heyvandarlıq təsərrüfatlarının, eləcə də süd emalı və çörək istehsalı müəssisələrinin yaradılması.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az

← Geriyə